SON DƏQİQƏ! Azərbaycanda yoxsulluq aradan qaldırılır, minimum əmək haqqı...

SON DƏQİQƏ! Azərbaycanda yoxsulluq aradan qaldırılır, minimum əmək haqqı...2025-ci ildən sonra Azərbaycanda yoxsulluq ünvanlı şəkildə tam aradan qaldırılacaq, keyfiyyətli səhiyyə xidmətlərinə və təhsilə çıxış imkanları genişləndiriləcək.
Qadinsayti.az "Report" -a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə bildirilir.
Sənədə əsasən, 9 ildən sonra yoxsulluq probleminin həllinə iki yanaşma olacaqdır: layiqli iş yerlərinin sayının artırılması; əməkhaqqı və digər gəlirləri ilə ən zəruri ehtiyaclarını ödəyə bilməyən insanlara ünvanlı sosial dəstək. Minimum əməkhaqqı məbləğində tədrici artım işləyən yoxsul insanların xüsusi çəkisini minimuma endirəcək. Xüsusən də minimum əməkhaqqı orta əməkhaqqı səviyyəsinin 60%-nə yaxınlaşacaq. (Hazırda bu göstərici 21-22%-dir).
Bundan başqa, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 2025-ci ildən sonra iqtisadi, sosial, demoqrafik, təbiət və texnoloji sahələrdə baş verə biləcək əsas dəyişikliklərin və problemlərin nəzərə alınması planlaşdırılır.
"Adekvat ərzaq təhlükəsizliyi sisteminin formalaşdırılması üçün yeni qida zənciri texnologiyalarının tətbiqinin genişləndirilməsi (biotexnologiya və nanotexnologiyalardan istifadə səviyyəsinin artırılması, digər istehsal texnologiyalarından istifadə vasitəsilə ərzaq istehsalının artırılması, qidanın medikallaşdırılması və yeni qida növlərinin yaradılması) və yeni aqro-ərzaq zənciri strukturlarının formalaşdırılması (orqanik məhsul istehsalının genişləndirilməsi, regional, yerli və alternativ qida zəncirlərinin formalaşdırılması, qida zənciri üzrə itki və tullantıların azaldılması və yenidən emal imkanlarının genişləndirilməsi) nəzərdə tutulur. Hazırda Qlobal Ərzaq Təhlükəsizliyi İndeksində Azərbaycan qida təminatına görə 61-ci, qida məhsullarının keyfiyyətinə görə 86-cı 51 yerdədir. Daha yaxşı kənd təsərrüfatı sistemi Azərbaycanın hər iki göstərici üzrə mövqeyinin təxminən 40-cı yerə yüksəlməsinə imkan verəcək", - deyə "Strateji Yol Xəritəsi"ndə qeyd olunub.
Bundan başqa, sənəddə deyilir ki, şəhər yerlərində uyğun mənzil təminatı seçimləri Azərbaycanın kənd yerlərində olan hazırkı işçi qüvvəsinin şəhər yerlərindəki məşğulluq imkanlarından bəhrələnməsinə şərait yaradacaq: "Bu, nəinki yoxsulluq səviyyəsini azaltmağa kömək edər, hətta regionlar arasında gəlir bərabərsizliyinin azalmasına gətirib çıxara bilər. Mənzil təminatı artan şəhər əhalisinin tələblərini də əhatə edəcək və bu əhali qrupunun xüsusi çəkisi hazırkı təxminən 55%-dən 70-75%-ə qədər artacaq. Daha yaxşı məşğulluq imkanlarına görə şəhərlərə axın və kənd yerlərində daha yüksək gəlirli məşğulluq imkanlarının artımı nəticəsində gəlirlərdəki bərabərsizlik azalacaqdır. 2025-ci ildən sonra Bakı ilə ölkənin digər regionları arasındakı gəlir fərqi adambaşına təxminən 50%-dən 40%-ə enəcək".

Xəbərlər     Baxılıb: 3419   Tarix: 10 dekabr 2016
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ən təhlükəli xərçəng növlərindən birinin ilk əlamətləri

Britaniyalı həkimlər dörd narahatedici əlamət açıqlayıblar. Bəzi xərçəng növləri əlamətlərinə görə erkən mərhələdə tanınır. .   -a istinadən bildirir ki, bu barədə Böyük Britaniya Milli Səhiyyə Xidmətinin ekspertləri bildiriblər

.

Dişlərin saralmasının əsas 9 səbəbi

Dişlərin təbii rəngi diş minasının sıxlığı, diş toxumasının keyfiyyəti (dentin) və dişlərin mikrorelyefi ilə müəyyən edilir. Bu amillər də öz növbəsində genetikadan asılıdır. Bundan əlavə, sağlamlıq vəziyyəti və ya xaric

.

Yuxusuzluğun beş əsas səbəbi

Xroniki yuxusuzluğun fizioloji səbəbləri ola bilər. .   -a istinadən xəbər verir ki, bunu ingiltərəli mütəxəssis Mayk Koçiş deyib. Koçiş yuxu problemlərinin beş səbəbini açıqlayıb. Onun sözlərinə görə, yuxu pozğunluğunu dah

.

Üzünüzü qazlı su ilə yuyun, görün nə baş verəcək

Nəmləndirmə dərinin cavan qalmasında böyük rol oynayır. Məhz nəmlilik dəriyə elastiklik, hamarlıq və təravət bəxş edir. axşam.az-a istinadən bildirir ki, quru dəri həmişə qoca görünür. Dəriyə makiyaj edən də səliqəsizdi

.

İmsakda bunları yemək ziyanlıdır

Ramazan ayında istehlak edilən qidalara diqqət etmək lazımdır. Qida qəbulu gün ərzində baş vermədiyi üçün imsak vaxtı yediyimiz qidaların müəyyən tarazlıqda olması lazımdır. Bəzi qidaların qəbulu toxluq hissinin azalmasın

.

Bu yeməkləri sabaha saxlamaq olmaz - Siyahı

İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür. Lakin mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər bir neçə saat keçdikdən sonra xəstəlik mənbəyinə çevrilir. Belə ki, onlar soyuducud

.

Təzyiqiniz bu qədər olduqda dərman İÇMƏYİN – Həkim AÇIQLADI

Həkim Elena Malışeva təzyiqi azaltmaq üçün spirtdən imtina etməyi tövsiyə edib. -a istinadən xəbər verir ki, o bu mövzuda "YouTube" kanalında yer alan videoda danışıb. "Təzyiqiniz 130-dan 140-a, 80-dən 90-

.

Dünya əhalisi ilə bağlı HƏYƏCAN TƏBİLİ: 2050-ci ilə qədər

Dünyada doğum nisbətləri azalmağa davam edir. -a istinadən bildirir ki, bu barədə beynəlxalq alimlər qrupunun "MedicalXpress"də dərc olunan araşdırmalarında bildirilir. Məlumatda deyilir ki, dünya ölkələrinin yarısınd

.

İçdiyimiz sudakı bu maddə xərçəng yaradır - Şok araşdırma

Böyük Britaniyanın Şeffild Universitetinin alimləri müəyyən ediblər ki, dünyada milyonlarla insan tərkibində yüksək miqdarda arsen maddəsi olan su içir. -a istinadən xəbər verir ki, tədqiqat "Science of The Total Environment"

turlar.az

sonxeber.az qadın geyimi aksessuarlar maskalar reseptler haxışta həkim məsləhəti cinsəl sağlamlıq kosmetika vətən həsrətinə aid bayatılar ariqla masqalar tapmaca rus dilini öyrənək 2 ci dərs