SON DƏQİQƏ! Azərbaycanlı məşhur Aysel Əlizadənin həyat yoldaşı həbs olundu -FOTO

Nəsimi Rayon Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xanim.az apa-ya istinadən xəbər verir ki, məhkəmədə hökm elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Ramin Hacılıya 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

Digər təqsirləndirilən şəxslər - Anar Vəliyev, Qalib Fərəcov, Orxan Əkbərov, Qismət Məmmədov və Cavid Məmmədov barəsində 2 il müddətinə icbari iş təyin olunub.

Cinayət işinin başlanmasına səbəb kimi Hacılı Ramin Rasim oğlunun ABŞ-a getməyə viza almaq istəyənlər üçün ABŞ-ın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinə saxta sənədlər təqdim etməsi göstərilib.

İttihama görə, ABŞ-a getməyə viza almaq üçün ona müraciət etmiş şəxslərin adlarına iş yerləri və yüksək əmək haqqı almaları barədə hüquq verən rəsmi arayışlar saxtalaşdırılmaqla hazırlanıb.

Daha sonra cinayət işi üzrə təqsirləndirilən şəxs qismində Anar Vəliyev, Qalib Fərəcov, Orxan Əkbərov, Qismət Məmmədov və Cavid Məmmədov cəlb olunublar.

Məlum olub ki, R. Hacılı tamah niyyəti ilə hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla, qanunsuz hazırlama və satma barədə Qismət Məmmədovla qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. R. Hacılı "Azərbaycan Avropa Hərəkatı" adlı qeyri-hökumət təşkilatının sədri olduğu halda, ABŞ-a viza almaq istəyən Q. Məmmədova özünü vətəndaşların viza alınması məsələlərinə xidmət göstərən "Elend Educational And Travel Agency" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi təqdim edib və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyib.

O, 2 noyabr 2016-cı ildə Qismət Məmmədovun adına "Ustop" geyim mağazasının sahibi olması və aylıq əmək haqqının 3200 manat təşkil etməsi barədə həqiqətə uyğun olmayan rəsmi sənəd hesab edilən arayış tərtib edib. Cəmiyyətin adından ABŞ-ın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinə ünvanlanmış 18 noyabr 2016-cı il tarixli 096 nömrəli müşayiət məktubunu saxtalaşdırıb qanunsuz hazırladıqdan sonra həmin saxta məktubu 2 noyabr 2016-cı il tarixli saxta arayışla birlikdə əvvəlcədən aldığı 100 manat pul müqabilində Qismət Məmmədova satıb.

Eyni məzmunlu əməllərin yuxarıda adı keçən digər şəxslərlə birlikdə də törədildiyi bildirilib.

İstintaq müddətində Ramin Hacılı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hökm bir müddət əvvəl elan edilib.
SON DƏQİQƏ! Azərbaycanlı məşhur Aysel Əlizadənin həyat yoldaşı həbs olundu -FOTOSON DƏQİQƏ! Azərbaycanlı məşhur Aysel Əlizadənin həyat yoldaşı həbs olundu -FOTOSON DƏQİQƏ! Azərbaycanlı məşhur Aysel Əlizadənin həyat yoldaşı həbs olundu -FOTO

Xəbərlər     Baxılıb: 6269   Tarix: 12 oktyabr 2017
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kişilərin diqqətinə, bu xərçəng növü sürətlə artır

Dünyada kişilərdə ən çox rast gəlinən xərçəng növü olan prostat xərçəngi gün getdikcə artmağa davam edir. Hazırda bu növ xərçəngdən ölüm nisbətinə görə dünyada 4-cü yerdədir.   -a istinadən bildirir ki, prostat xərçəngi

.

Yatarkən smartfonu yanımızda saxlamaq TƏHLÜKƏLİDİR?

Bir çox insanlar gecələr smartfonu çarpayının yanında və ya yastığın altında saxlayır. .   -a istinadən bildirir ki, araşdırmalara görə, mobil telefondan istifadə insan sağlamlığı üçün təhlükəsizdir. Çoxsaylı tədqiqatla

.

Səhiyyə nazirindən VAKSİNASİYA ilə bağlı əmr

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırm

.

Baş gicəllənməsinə bunlar səbəb olur

Baş gicəllənməsinə 83 müxtəlif vəziyyət səbəb ola bilər ki, bunların da əksəriyyəti qulaq xəstəlikləri ilə bağlıdır. Unikal-a istinadən xəbər verir ki, bu barədə rusiyalı otonevropatoloq Viktor Voronov deyib. Həkimin sözlərin

.

Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?

Hipertoniyaya qarşı təzyiq salıcı dərmanları günün hansı saatında içmək lazımdır ki, xəstələr özlərini qorusun?. -a istinadən xəbər verir ki, rusiyalı həkimlər Yelena Malışeva və German Gandelman hipertoniklərə tövsiyələ

.

Kimlərə portağal yemək olmaz?

Portağal son dərəcə sağlam qidadır, lakin bəzi insanlar bu meyvəni yeməməlidir. -a istinadən xəbər verir ki, endokrinoloq Elena Syuraşkinanın fikrincə, mədə və bağırsaq xəstəlikləri olan şəxslər portağal istehlak etməməlidir

.

Dişlər üçün çox zərərli olan 7 QİDA

Mütəxəssislər ağız və diş baxımının əhəmiyyətinə diqqət çəkir, ortaya çıxan problemlərin müxtəlif xəstəliklərə səbəb ola biləcəyini bildirirlər. Ağız və diş sağlamlığını pozan diş çürükləri, diş əti xəstəlikləri geniş yayılıb. Qidalanm

.

Uşaqlar niyə valideynlərini eşitmirlər? - 3 əsas səbəb

Bir çox valideynlər uşaqların itaətsizliyi və anlaşılmazlığı problemi ilə üzləşir. Buna məhəl qoyulmasa, hər şey daha da pisləşəcək.   -a istinadən xəbər verir ki, uşağın itaətsizliyinin səbəbini düzgün müəyyən etsəniz, hərəkətləriniz

.

Ət alanda bunlara DİQQƏT EDİN

Mütəxəssislər bazardan ət alarkən nələrə diqqət etməli olduğunu açıqlayıblar. -a istinadən bildirir ki, bazardan ət alarkən satıcıların malların təzəliyi ilə bağlı verdiyi zəmanətlərə etibar etməməlisiniz. Satıcıların ə

turlar.az

sonxeber.az gelinlikler sade makiyaj sekilleri yaz geyimleri 2024 köynək modelləri spermanin qadina faydasi pul kisəsi yuxuyozmalar kosmetika yemek reseptleri vətənə aid bayatı novruza aid hakistalar nizami gencevi burcler