Soyuducudan düzgün istifadə qaydaları

Soyuducudan düzgün istifadə qaydalarıQida maddələrində olan çoxsaylı mikroorqanizmlər mətbəxdə təmizliyin əhəmiyyətini artırır. Bu səbəbdən xüsusi qayğıya ehtiyac duyur. Lazımi qidaların alınması ilə yeməklərin süfrəyə verilməsi arasında, soyuducuda saxlama, hazırlama, bişirmə, süfrəyə verildikdən sonra təmizliyə qədər bütün işlər, mətbəxdə sağlam mühit yaratmaqda ayrı-ayrı əhəmiyyətə malikdir. Mətbəxdə isti və nəmli (rütubətli) mühitdə olan bakteriyaların sayı hər 20 dəqiqədə ikiqat arta bilər və bakteriyalar 10 saatda 1 milyarda qədər arta bilər.

SOYUDUCUDA RƏFLƏR

Soyuducuda hər şeyin öz yeri var. Ağ və qırmızı ətlər tərəvəz bölməsində, meyvələr isə ən üst rəfdə olduqda, qarmaqarışıq və istifadəsi çətin olur. Lakin, səliqəli bir soyuducu həm sağlam yaşamağı, həm də təmizliyi təmin edir. Bəs soyuducuda nə hara qoyulmalıdır? Ən üst rəfə pendir, əldə hazırlanmış qidalar, yarımçıq qalmış, lakin daha sonra yeyə biləcəyiniz salatlar, sosiska, kolbasa kimi qoxulu qidalar, çiy vetçina və ət qoyulur. Pendir təqribən iki, qoxulu qidalar isə bir həftəyə qədər təzəliyini saxlayır. Yemək artıqları 3 gün içində yeyilib qurtarılmalıdır. Yoxsa xarab olacaq.

Orta rəf: Süd, krem-pendir, təzə kaşar pendiri, qatıq, qaymaq bu rəfə qoyulur. Açılmış paketlər bu rəfdə 4 günə qədər dayanıqlığını qoruyur.

Ən alt rəf: Çiy ət, balıq, sosiska. Bu rəfə qoyulan ət və balığı həmin gün istifadə etməlisiniz. Ət, ağ ət və sosiska, çiyələk kimi meyvələr, göbələk və yaşıl salat (kahı), yarpaqlı tərəvəzlər və göyərti, bitkilər. Az dayanıqlığa malik meyvələr və tərəvəzlər təqribən 3 gün təzə qalır. Digər tərəvəzlər də soyuducuya qoyula bilər, amma bu vacib deyil. Eqzotik meyvələr (banan, papaya, manqo kimi) və pomidor çox soyuqda qalmamalıdır, yoxsa dadlarını itirərlər. Su ilə zəngin olan dolmalıq bibər, xiyar və qabaq, soyuducu üçün ideal olmasa da, soyuducuya qoyula bilər. Lakin uzun müddət dayanıqlı olmadıqlarından, tez istifadə olunmalıdırlar.

Soyudcunun qapısı

Bura kərə yağı, marqarin, yumurta, cem, sous və açılıb gün ərzində istifadə olunmalı olan hər cür kasa, banka və digər qida saxlanılan qablar qoyulur.

Qapağı açılmış meyvə və tərəvəz suları uzunömürlü deyil. Tez istifadə etməyə çalışın. Digər qidalar bir həftəyə qədər dayanıqlı qalırlar, yumurtalar 3 həftəyə qədər təzə qalır.

Məsləhətlər:

Soyuducudakı qoxuları aparmaq üçün, bir kasa südü soyuducuya qoyun və bir gün saxlayın. Süd soyuducunuzdakı bütün pis qoxuları özünə çəkəcəkdir. Soyuducunun alt gözünə limon dilimləri qoyub hər gün dəyişdirsəniz, eyni nəticəni əldə etmiş olarsız.

Soyuducunuzu təmizləmək üçün, bir fincan karbonatı (sodanı) 3 litr suya qarışdırın. Əskini suya batırıb rəflərinizi silin. Rəflərin içi tərtəmiz olacaq. Tərəvəzlərinizin soyducuda uzun müddət təzə qalmasını istəyirsizsə, oları yumadan, ağzı yaxşıca bağlanmış paketlərin içində saxlayın.
resept.az

Mətbəx     Baxılıb: 2736   Tarix: 02 iyun 2015
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Amosov pastası – zehin və ürək üçün təbii gücləndirici

Akademik Amosov əməliyyat olunan xəstələr üçün əməliyyatdan sonra orqanizmin tez surətdə bərpası və güclənməsi üçün gücləndirici qarışım tövsiyə edir. Mikroelementlər və minerallar qaynağı olan bu qarışımın reseptini təqdi

.

Portağallı Toyuq Balqabağı Tarifi

Portağallı Toyuq Balqabağı Tarifi üçün Tərkibi. toyuq barabanı. limon. Narıncı. diş. sarımsaq. çay qaşığı. duz. bir. çay qaşığı. qara istiot. bir. çay qaşığı. zerdeçal. bir. desert qaşığı. yer qırmızı bibər. Narıncı. təz

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. hər kəsin bəyənəcəyi sobada karof dolmasını

.

Toyuq əriştə şorbası

Hamı bilir ki, hamı sağlam olmaq üçün hər gün ilk yeməkləri yeməlidir. Toyuq şorbaları əla sağlam bir yemək seçimidir. Müxtəlif şorbalar var - düyü ilə, qarabaşaq yarması, əriştə və ya kartof ilə. İndi demək olar ki, hə

.

Gül kələmi pendirlə

Gül kələmi ən faydalı tərəvəzlərdən biridir. Təəssüf ki, bizdə bu tərəvəzdən az istifadə olunur. Bu gün biz sizə çox dadlı və faydalı yemək reseptini təqdim edirik - gül kələmi pendirlə. Lazım olan məhsullar:. - gül kələm

.

Ev şəraitində pendirin hazırlanma qaydası

Lazım olan məhsullar:. 3 litir süd. 300 qram xama. 2 ədəd yumurta. 1 yemək qaşığı duz. Qeyd edək ki, bu reseptlə 600 qram pendir hazırlanır. Hazırlanma qaydasını videoda izləyin. Nuş olsun!

.

Bayat çörək atmayın, köftə hazırlayın!

Bayat çörəyi necə qiymətləndirə bilərəm? Bayat çörəyi atmayın, köftə hazırlayın! Bayat çörək köftesi resepti ilə uşaqlarınız üçün həm qidalandırıcı, həm də dadlı çörək köftələri hazırlaya bilərsiniz. Sizə reseptimizdə baya

.

Qədim yeməyimiz xaşlama resepti

Tərkibi:. 1 kq sümüklü ət (qoyun,quzu və ya mal). 5 ədədsoğan. 7 ədəd kartof. 3-4 ədəd bolqar bibəri. 2-3 ədəd pomidor. 2 ədəd dəfnə yarpağı. 1 çimdik qırmızı acı bibər tozu. duz, istiot. Hazırlanması:. İlk öncə ətı doğrayı

turlar.az

sonxeber.az maskalar geyim dəbləri reseptler 2024 hicab geyimləri sudun terkibi dirnaq maskalari plovlar kosmetika mekteb veten haqqinda atalar sozu rus dili 2ci ders bürclər hakisdalar