Soyuq qışın başımıza bəla olan xəstəlikləri - MƏSLƏHƏT

Soyuq qışın başımıza bəla olan xəstəlikləri - MƏSLƏHƏTHavaların soyuması ilə əlaqədar bədən temperaturu soyuğa uyğunlaşa bilmir. Buna görə də orqanizmdə mövcud olan xəstəliklər qışda daha da kəskinləşməyə başlayır. Soyuq hava şəraiti sistit, angena, tənəffüs çatışmazlığı və digər xəstəliklərin kəskinləşməsinə gətirib çıxarır.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, çoxları qış xəstəliklərinin öz-özünə keçəcəyinə ümid edərək, onlara fikir vermir. Amma unutmayaq ki, qış mövsümündə başlayan xəstəliklər bütün dünyada ən çox rast gəlinən və ən çox iş qüvvəsi itkisinə səbəb olan xəstəliklərdir.  
Soyuqdəymədən yaranan sistit
Soyuq havalarda ən çox rastlanan xəstəliklər sırasında sistitin adı ilk sıralardadır. Sistit sidik kisəsinin selikli qişasının iltihabıdır. Sistit xəstəliyinə daha çox qadınlarda rast gəlinir. Kişilərdə isə daha çox xroniki sistit olur. Sistitin yaranmasına səbəb kiçik çanaqda və sidik kanalının divarlarında qan dövranının pozulması, immunitetin aşağı düşməsi, infeksiya və soyuqdəymədir.
Əlamətləri
Sistit zamanı xəstə tez-tez sidiyə gedir, sidik kisəsində kəskin ağrılar olur. Ağır formada olanda isə xəstədə bədən temperaturu artır, hər 15-20 dəqiqədənbir sidiyə gedir, ürəkbulanma olur.
Əgər xəstəliyin yaranmasına səbəb infeksiyadırsa, onda qadın həm də genekoloq müayinəsindən keçməlidir.
Məsləhət:
Sistiti müalicə etmək üçün öncə dar şalvar və ya alt paltarı geyinməmək lazımdır. Əgər işin oturaqdırsa hər 1,5 saatdanbir 5 dəqiqə ayaqüstdə durub, dincəl. Kəskin ədviyyatlı yeməklərdən uzaq ol. Əgər qəbizlik varsa, qida rasionuna çoxlu meyvə və tərəvəz daxil et. Hərarət qalxanda isə ancaq su içmək lazımdır.
· 1 stəkan yulaf toxumunu 2 stəkan suya töküb, qatılaşana kimi qaynat. 1 xörək qaşığı bal qatıb qarışdır. Gün ərzində 3 dəfə ½ stəkan qəbul et.
· Əczaxanada satılan çobanyastığı qurusundan (20 qram), nanə (15 qram) və ağcaqovaq ağacının qurusundan (20 qram) götürüb qarışdır. Ondan bir xörək qaşığı götürüb, 200 ml. suda 3-4 saat vam odda dəmə qoy. Gün ərzində yeməkdən əvvəl 4-5 dəfə 100 ml. qəbul et.  
Səsli-küylü xəstəlik - menyer
Qışın soyuğunda özünü büruzə verən xəstəliklərdən biri də menyerdir. Menyer daxili qulağın qeyri-iltihabi xəstəliyidir. Bu xəstəliyin geniş yayılmasına baxmayaraq onun səbəbləri hələ də tam olaraq aydınlaşdırılmayıb. İlkin variantlara görə xəstəliyin yaranmasına səbəb soyuqdəymədir. Qulaqlarda qan dövranı pisləşir. Allergik reaksiyalar menyer xəstəliyinin inkişafında müəyyən rol oynayır. Menyer xəstəliyi daha çox klimakterik dövrdə aşkarlanır.
Əlamətləri
Xəstəlik zamanı qulaqda güclü küy olur. Xəstə başgicəllənməsindən, ürəkbulanmasından, zəif eşitmədən şikayətlənir. Dəri örtüyü ağarır, nitq pozulur. Getdikcə isə karlaşma başlayır. Menyer zamanı qulaqda damar genişlənməsi olur və güclü ağrılar başlayır. Daxili qulaq şişməyə başlayır. Bu, sinir sisteminə də təsir edir. Tutmalar zamanı sakitləşdirici və allergiya əleyhinə vasitələrdən istifadə olunur. Əgər müalicə bir nəticə verməsə, bu zaman cərrahi müdaxilə edilir. Menyerin simptomları özünü gecə və səhər yuxudan ayılanda göstərir.
Məsləhət:
Menyer zamanı rasionda süd və bitki qidasını çoxaltmaq lazımdır.
Tibet üsulu ilə müalicə
· Çobanyastığından 100 qr., qaxotundan 100 qr., solmaz çiçəyindən 100 qr., tozağacından 100 qr., çiyələk yarpağından 100 qr. götürüb qarışdır. Qarışıqdan 2 xörək qaşığı götürüb, 2 stəkan qaynar suya əlavə edib, termosa tök və səhərə kimi saxla. Səhər yeməyindən sonra 200 ml. iç.
Soyuq əllər
İnsanların çoxu yay və ya qış vaxtı əl - ayaq barmaqlarının soyuq olmasından şikayətlənir. Çoxlarımız buna ötəri yanaşırıq. Qeyd edək ki, bu ciddi xəstəlikdir. Tibb elmində sklerodermiya kimi tanınan bu xəstəlik orqanizmdə ciddi problemlərin yaranmasına, həyatın iflic olmasına gətirib çıxara bilər. Sklerodermiya birləşdirici toxumaların xəstəliyidir. Böyrəklər, sinir sistemi və ürəklə əlaqədardır. Bu xəstəliyə qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Xəstəlik zamanı immunitet aşağı düşür. Xəstəliyin yaranmasına soyuqdəymə, bakteriya və virus infeksiyası, xroniki və endokrin xəstəlikləri, allergiya və əsəb sisteminin pozğunluğu səbəb olur.
Əlamətləri
Əllər soyuq olur, dırnaqlar göyərir. Nəticədə, bir-iki ildən sonra dəri bərkiməyə, çatlamağa başlayır, saçlar tökülür və dırnaqların kənarında ətlər çıxıb, tez-tez qanayır. Ürək nahiyəsində ağrılar olur. Xəstəlik ciddi olduğundan müalicə mütəmadi aparılmalıdır.
Məsləhət:
Sklerodermiya xəstəsi stresdən uzaq olmalı, qışda daim isti paltar geyinməlidir. Xəstəlik zamanı yaxşı olar ki, səhərlər idmanla məşğul olub, əl və ayaq barmaqlarına tez-tez masaj edəsən.
· Cökəçiçəyindən, qatırquyruğu otundan, üçrəng bənövşədən,ballıbaba otundan, tozağacından eyni miqdarda götürüb qarışdır. Qarışıqdan bir xörəq qaşığı götürüb, 1 stəkan isti suya töküb, 1 saat dəmlə. İki yerə bölüb, gün ərzində iç. Müalicəni 1-2 ay davam etdir.
· Yemişan, qaraqınıq (duşitsa), qaxotu, şirquyruğu, cökəçiçəyi, qırmızı yonca və pıtraq bitkisindən eyni miqdarda götürüb qarışdır. Qarışıqdan 1 xörək qaşığı götürüb, 1 stəkan suda qaynat. Gün ərzində 3 dəfə yeməkdən yarım saat əvvəl 0,3 stəkan iç.
Qışın bəlası - angina 
Payız - qış aylarında insanların 70 faizi bu xəstəlikdən əziyyət çəkir. Anginanın yaranmasına səbəb streptokokklar, viruslar və pnevmokokklardır. Soyuqdəymə angenaya meyilliyi artırır. Məlumdur ki, angina zamanı badamcıqlar şişir, irinləyir. Virus badamcıqlara hava-damcı yolu ilə keçir. Anginaya ötəri yanaşmaq olmaz, o ciddi xəstəlikdir. Əgər anginadan bir-iki həftə sonra oynaqlarda ağrılar hiss etsəniz, dərhal revmatoloqa müraciət edin. Bu, anginanın səndə revmatizm xəstəliyi yaratması deməkdir. Xroniki tonzitlərdə isə cərrahi müdaxiləyə ehtiyac var.
Əlamətləri
Xəstəlik zamanı hərarət 40 dərəcədən də yüksəyə qalxa bilir. Xəstədə başağrısı, halsızlıq, iştahanın olmaması, udqunma zamanı ağrı kimi hallar aşkarlanır. Angina zamanı qan damarları sıxıldığından udlağa qan gəlmir.
Məsləhət:
· Qırmızı çuğunduru sürtgəcdən keçirib, şirəsini çıxart. Bir stəkan qırmızı çuğundur şirəsinə 1 xörək qaşığı sirkə tök. Gündə 5-6 dəfə həmin qarışıqla boğazını ovuşdur.
· Cirə otundan 1 çay qaşığı götürüb, 1 stəkan suda qaynat. Gün ərzində 3-4 dəfə yeməkdən yarım saat əvvəl ¼ stəkan iç.
· Spirt 100 ml., nanə 2,5 qr., novokain 5 qr., anestezin 1,5 qr. götürüb qarışdır. Gündə iki dəfə qarışıqdan boğaza sürt, sonra qalın şərflə bağla. 
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1626   Tarix: 03 yanvar 2020
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Keyfiyyətli kolbasanı necə seçmək olar? – DİQQƏTLİ OLUN

Kolbasaları çoxlarının sevdiyi məşhur qidalardan biricif. Bəs, doğru kolbasaları necə seçmək olar? .   -a istinadən xəbər verir ki, hər zaman tərkibinə diqqət etməlisiniz. Buna görə də, tərkibindəki maddələri təhlil etməy

.

Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Ürək xəstəlikləri ən önəmli sağlamlıq problemlərindən biridir. Ona görə də, bu problemi yaşayan insanlar üçün qidalanmanın təsiri böyükdür. -a istinadən ürək xəstəliyi olan insanların uzaq durmalı olduğu qidaları təqdim edir:

.

Bu problemləri yaşamaq istəmirsinizsə, stressdən uzaq olun

Dərimiz gündəlik həyatımızın qaçılmaz hissəsi sayılan stressin ən ağır yükünü daşıyır. Buna görə də bir çox dəri xəstəlikləri yaranır. . -a istinadən xəbər verir ki, dərimiz bədənimizin ən böyük orqanıdır və ətraf mühit faktorların

.

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir?

Almaniyanın Vürzburq Universitetindən olan alimlər müəyyən ediblər ki, bədii ədəbiyyat oxumağın koqnitiv bacarıqlara kiçik, lakin əhəmiyyətli təsiri var. -a istinadən bildirir ki, tədqiqat "Journal of Experimental Psychology

.

Armud şirəsi 10 xəstəliyin dərmanı imiş

Armud şirəsi qədimdən bir çox xəstəliklərin şəfası hesab edilib.   -a istinadən armud şirəsinin 10 faydasını təqdim edir:. Çox tərləyənlər bu yazını oxuyun. Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız. Ba

.

Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı

Britaniya alimləri xərçəngin müalicəsində yenilik ediblər. -ə istinadən bildirir ki, onlar melanomaya qarşı unikal mRNT vaksini hazırlayıblar. Belə ki, onkoloji xəstəliklər hələ də ölüm səbəbləri siyahısında aparıcı yerlərdə

.

Ürək damarlarını qoruyan, stressi azaldan çay

Təbii sağlamlıq məhsulları ənənəvi tibb alternativləri arasında populyarlıq qazanır. Bu məhsullar arasında berqamot kimi dərman bitkilərinin sağlamlığa müsbət töhfələri önə çıxır. Bəs berqamotun sağlamlıq üçün faydaları nələrdir?

.

Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?

Dönərdən zəhərlənmə səbəbindən hər il onlarla insan həyatını itiririr. Ən ağır qida zəhərlənmələrindən hesab olunan bu patologyiyada vaxtında yardım göstərilməzsə xəstə ağırlaşır. "medicina"ya istinadən dönərdə

turlar.az

sonxeber.az geymler 2024 yemek reseptleri geyim seçimi marqarita pizza aroma və fitoterapiya xina bayatilari limonun faydasi kosmetika xərçəng bürcü hakistalar toy gecesı nagillar kökəlmək üçün