Stalini xilas edən ilk azərbaycanlı qadın pilot - FOTO

Bu gün alman faşizmi üzərində qələbənin 74-cü ildönümüdür. Bu qələbədə Azərbaycan həm insan resursu, həm də qara qızılı ilə misilsiz xidmətlər göstərib.

İstər ön cəbhədə, istərsə də arxa cəbhədə həyatı bahasına qələbə üçün çalışan insanlar arasında qadınlar xüsusi çəkiyə malik idi. Qəlbindəki odu, düşmənə nifrəti gülləyə çevirərək qələbəyə böyük töhfələr vermiş qadınlardan biri də Azərbaycanın ilk qadın pilotu Züleyxa Seyidməmmədovadır.
Xanim.az bildirir ki, oxu.az ilk azərbaycanlı qadın pilot, müsəlman şərqinin ilk döyüşçü pilotu Züleyxa Seyidməmmədovanın mənalı ömür yoluna nəzər salıb:

O, ilk baxışdan dövründən heç nə ilə fərqlənməyən bir ailədə dünyaya gəlmişdi. Mühasib bir ata, təhsilsiz və 11 yaşında ərə verilmiş bir ananın nikahından doğulmuş ikinci qız idi. Onun da arzuları anası tərəfindən "Bircə bu çatışmırdı" cümləsinə rast gəlmişdi.

Züleyxa Seyidməmmədova ailəsinə baharın ilk nəfəsi ilə gəlmişdi - 1919-cu ilin martın 22-də doğulmuşdu. Atası Mirhəbib ağa Hacı Zeynalabdin Tağıyevin mühasibi idi, həm dini, həm də dünyəvi təhsil almışdı.

Anası, demək olar ki, uşaq yaşda ərə verilmişdi, 13 yaşında ilk övladı Simanı, 14 yaşında isə Züleyxanı qucağına almışdı.

Hələ körpə olanda dəcəl, dəlisov, inadkar Züleyxa həyətlərində qollarını geniş açır, uçduğunu xəyal edirdi.

Əla qiymətlərlə oxuyan Züleyxa ilə bağlı valideynlərinin öz planları vardı: qızları mühəndis olacaq, zavodlardan birində çalışacaq, sakit, xoşbəxt bir həyat sürəcəkdi.

Bir gün Züleyxa evə dönəndə anasında deyir: "Mən təyyarəçi olacağam". Anası Mina xanım isə "Elə bircə bu çatışmırdı", - deyə cavab verir.

Uçmaq sevdası səbəbsiz yaranmamışdı. Yeddinci sinifdə oxuyanda fizika müəllimləri Cümşüd Əfəndiyev şagirdləri Bakı təyyarə meydanına aparır. O gündən bu eşq onun köksündə qor kimi yanmağa başlayır.

Stalini xilas edən ilk azərbaycanlı qadın pilot - FOTOAnasının müqavimətindən sonra uçmaq eşqini daha heç kimlə paylaşmayan Züleyxa orta məktəbi bitirir və Əzizbəyov adına Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - V.B.) mədən fakültəsinə qəbul olur.

"Heç kim öz taleyindən qaça bilməz", - deyiblər. Həyatında ikinci dəfə onu təyyarə meydanına aparan taledən qaçmaq heç Züleyxanın ağlına da gəlmir. "U-2" təyyarəsində səmaya qalxır, Xəzərə səmadan tamaşa edir.

Qəlbində aşıb-daşan duyğuların müşayiətində dostları ilə institutda tələbə aeroklubu yaratmaq qərarına gəlirlər. Bir "U-2" almaq onlara müyəssər olur. Tezliklə intitut aeroklubuna Zabrat yaxınlığında meydança verilir.

Və gözlənilən gün gəlib çatır. Təyyarə idarə etmək həyəcanı tezliklə yerini təkbaşına uçmaq həyəcanına verir. Bu xoşbəxt gün 1934-cü ilin oktyabrında ona qismət olur.

Ancaq Züleyxa bununla kifayətlənmək fikrində deyildi. Onu daha bir həyəcan gözləyirdi. Səmada təyyarədə yox, paraşütlə süzmək...

1935-ci ilin mayında bu arıq, çəlimsiz, qarayanız qız təyyarədən paraşütlə tullanır, külək onu dənizə atır.

Məlumatlara görə, onun tullanışını izləyənlər arasında ovaxtkı birinci katib Mircəfər Bağırov da olur.

Zaqafqaziyadan, eləcə də, müsəlman şərqindən ilk qadın paraşütçü kimi qatıldığı toplanışlardan əlidolu geri dönən Züleyxa institutu bitirdikdən sonra pilot kimi peşəkarlaşmaq üçün Jukovski adına Hərbi-Hava Akademiyasına müraciət edir. Ancaq kişiləri qəbul edən akademiya ona rədd cavabı verir.

Əlbəttə, bu cavab onu amalından döndərə bilməzdi. İnadkar Züleyxa ruhdan düşmür, ağlına gələn bir variantı da dəyərləndirmək qərarına gəlir: Mircəfər Bağırovdan kömək istəmək.

Bağırovun yaddaşında "küləyin dənizə atdığı qız" kimi qalan Züleyxa bu görüşdən əliboş dönmür. Mərkəzi Komitə Züleyxanın akademiyaya qəbul olunması üçün rəsmi şəkildə Moskvaya məktub göndərir. Beləcə, o, Jukovksi adına Hərbi-Hava Akademiyasına qəbul olunan ilk şturman qız olur.

Amalları yolunda bütün gücü ilə çalışan Züleyxa bir gün qəfil xəbərlə sarsılır. Fakültə dekanı onu yanına çağıraraq atasının harada olduğunu soruşur. Ona atasının kulaq kimi həbs edildiyini, əgər Bakıdan bu məlumatı təsdiqləsələr, akademiyadan uzaqlaşdırılacağını bildirir.

Dərs qayğılarına başı qarışan Züleyxa bu xəbər qarşısında müvazinətini itirmir, son ümid kimi yenə Bağırova üz tutur.
Stalini xilas edən ilk azərbaycanlı qadın pilot - FOTO

Maraqlı     Baxılıb: 3036   Tarix: 09 may 2019
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanın "Şöhrət" ordenli alimi vəfat edib - FOTO

Azərbaycanın tanınmış alimi, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosenti Ramin Mahmudzadə vəfat edib. R.Mahmudzadə dünən 87 yaşında dünyasını dəyişib. Qeyd edək ki, onun Azərbaycand

.

İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçildi

Bu gün AMEA-da prezident seçkiləri keçirilib. xəbər verir ki, seçkidə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli əsas namizəd olub və qurumun prezidenti seçilib. Qeyd edək ki, qurumun sonuncu prezidenti Ramiz Mehdiyevi

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

.

Bu gündən müəllimlərin sertifikasiya imtahanlarının müsahibə mərhələsi başlayır

Bu gündən müəlimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə başlanılır.  xəbər verir ki, müsahibə mərhələsinə dair Azərbaycan və rus bölmələri üzrə mövzular avqustun 18-də müəllimlərin şəxsi kabinetlərinə göndərilib

.

Eynşteyn yenə haqlı çıxdı - Kainatın modeli dəyişir

Xəbər verdiyimiz kimi, kainatda qara dəlik aşkar edilmişdi. Lakin bu dəfə kəşf edilən qara dəlik qeyri-adidir. Kainat modelinə sığmayan bu qara dəlik indiyə qədərki kainat haqqında təsəvvürləri kökündən dəyişə bilər. -a istinadə

.

II və III ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb

II və II ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. İmtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, "cavab kartı" və "cavab vərəqi"ni

.

AMEA-da prezident seçkiləri keçiriləcək

AMEA-da prezident seçkiləri, ənənəyə uyğun olaraq həqiqi və müxbir üzvlərin seçkiləri keçiriləcək. Həm AMEA-nın balansında qalan, həm də yeni nazirliyə verilən elmi institutlar öz işlərini əvvəlki qaydada davam etdirəcəklər

.

Elm və təhsil sahəsində islahatları BAŞLANDI

Azərbaycan Prezidentinin Fərmanı ilə həm elm, həm də təhsil sahəsində islahatlara start verilib. Belə ki, artıq Azərbaycanda elmin inkişafı məsələləri ilə həm AMEA, həm də yeni yaradılmış nazirlik məşğul olacaq. İslahatla

.

AMEA-da nə baş verdi və daha nələr olacaq? – Detallar

Gözlənildiyi kimi, Azərbaycan Milli Elmlər Akademiyasında ciddi islahat baş tutdu. Prezidentin fərmanı ilə AMEA-nın 24 institutu, Naxçıvan bölməsinin 2 institutu və bir rəsədxanası, Gəncə bölməsinin 3 institutu və Nəbata

turlar.az

sonxeber.az maskalar geyim şəkilləri gozel gorunmek buga burcu toylar elm ve bilik haqqinda atalar sözləri usaq masajlari kosmetika video aydin sani toyuq salati faydalı maskalar toy gecesi