Suda doğuş necə olur? - Hamilələr oxusun

Suda doğuş necə olur? - Hamilələr oxusunSuyun doğuş vaxtı rahatlaşdırıcı effektinin məlum olması çox keçmişə dayansa da, elmi cəhətdən əsaslandırılmış şəkildə 1980-ci illərdə tətbiq olunmağa başlayıb.
Mişel Oden Fransada, digər həmkarları ilə birlikdə idarə etdiyi xəstəxanada təbii doğuş qədər suda doğuşa da xüsusi önəm vermişdi.
Suda doğuşun tətbiqi mövzusunda öndə gedən ölkələrdən biri də İngiltərədir. Hazırda İngiltərədə demək olar ki, hər xəstəxanada suda doğuş bölmələri mövcuddur. Bundan başqa Almaniya, Hollandiya və xüsusilə digər Şimali Avropa ölkələrində də suda doğuş metodu doğuşa hazırlaşan analara seçim olaraq rahatlıqla təklif olunur.

Sudan istifadə doğuş vaxtı 3 müxtəlif formada aparıla bilər:

1. Suyun dərmandan əlavə rahatlaşdırıcı təsiri əsas götürülür və açılış başlayan anda ana hovuza daxil olur. Amma doğuş burada baş vermir. Doğuş üçün ana hovuzdan çıxır. Bu, suyun təbii rahatlaşdırıcı kimi istifadə olunan formasıdır.

2. Başqa bir istifadə forması suya doğuş formasıdır. Yəni körpə doğulanadək ana hovuzda qalır və doğuşdan sonra körpə yenə hovuzdaca ananın qucağında olur.

3. Suyun rahatlaşdırıcı təsiri baxımından ana duş qəbul etməyə yönləndirilir.

Suyun dərmandan əlavə təbii rahatlaşdırıcı və ağrıkəsici təsiri elmi qaydada təsbit olunduğu üçün birinci təklif edilən forma barədə bütün ölkələrdə fikir birliyi mövcuddur. Bu istiqamətdə aparılan təcrübələrin heç birində risk halları aşkarlanmayıb. Təklif olunan digər iki forma barədə isə ayrı-ayrı ölkələrin mütəxəssisləri arasında fikir ayrılıqları mövcuddur. Son nəticədə doğuş zamanı sudan istifadə bütün dünya mütəxəssisləri tərəfindən dəstəklənir və tövsiyə edilir. Artıq bütün xəstəxanalarda doğuş zamanı sudan istifadə etmək üçün lazımi şərait yaratmaq vaxtı gəlib çatıb.

Suda doğuş forması isə müvafiq qaydalar və təhlükəsizlik tədbirləri görülmək şərti ilə quruda olan doğuş forması qədər rahatdır. Hər iki halda risk dərəcəsi eynidir.

Suda doğuş harada və hansı şəraitdə aparıla bilər?

Suda doğuş zamanı istifadə olunan hovuz istənilən yerdə quraşdırıla bilər. Bu növ doğuş üçün 2 cür mühit yaradıla bilər. Bunlardan birincisi sabit, möhkəm və sərt hovuzlardır. Bu cür hovuzların ən böyük problemi gigiyenik təmizliyini və sterilizə edilməsini təmin etməkdən ibarətdir. Digər mühit isə hava ilə doldurula bilən hovuzlardan təşkil olunur. Bu cür hovuzların birdəfəlik istifadə üçün nəzərdə tutulan üzlükləri olur. Ona görə də gigiyena və sterilizə edilməsi baxımından daha əlverişlidir. İstənilən otağa tez və rahat quraşdırılması və yumşaqlığı da digər üstün cəhətlərindəndir.

Suda doğuş necə həyata keçir?

Bu növ doğuş üçün əvvəlcədən bir neçə şərti yerinə yetirmək məqsədəuyğundur. Doğuşdan əvvəl ailənin müvafiq sahə üzrə mütəxəssisi tərəfindən maarifləndirilməsi şərtdir. Ailəyə qarşılaşa biləcəyi vəziyyət və bu vəziyyətlərdə necə davranmaq lazım olduğu barədə ətraflı məlumatlar verilməlidir. Beləliklə, ailə təşviş yaşamaz, doğuş prosesi daha sakit və rahat keçər.

Digər bir şərt ananın suda doğuş etmək üçün uyğun sağlamlığa malik olmasıdır. Riskli hamiləliklər üçün suda doğuş uyğun seçim deyildir.

Ailəyə dəstək olan mütəxəssislərin (xüsusilə birbaşa nəzarəti həyata keçirən mamaçanın) suda doğuş mövzusunda mütləq təcrübəsi olmalıdır. Xəstəxananın təcili vəziyyətlər üçün kifayət qədər heyəti və vəsaiti olmalıdır. Bu şərtlər daxilində suda doğuş həyata keçirilə bilər.

Doğuş tam açılış mərhələsinədək kənarda keçirilsə, daha yaxşıdır. Çünki ilkin mərhələdə suya daxil olmaq doğuşu gecikdirə bilər. Suyun hərarəti nə ananın üşüyə biləcəyi qədər soyuq, nə də onun tərləyə biləcəyi qədər isti olmalıdır. Bu baxımdan suyun müvafiq temperaturu daim nəzarətdə saxlanılmalıdır.

Adətən suya girdiyi andan ana dinclik və rahatlıq hiss etməyə başlayır. Suyun həm qaldırma qüvvəsi ananı rahatlayır, həm də suya daxil olduqda ifraz olunmağa başlayan endorfin hormonu gərginliyi azaldır. Bəzi analar suya daxil olduqdan sonra doğuş sancılarının dayandığını desələr də, müayinələr zamanı əksinə, doğuş sancılarının artdığı təyin edilib.
Doğuşdan sonra körpənin ilkin müayinəsi elə ananın qucağındaca aparıla bilər. Burada uşaq həkimlərini öncədən mütləq məlumatlandırmaq lazımdır. Çünki quruda doğuşla müqayisədə suda doğuş zamanı körpələrin aktivliyi bir az gecikə bilər. Bu cür doğuş zamanı körpələr ani doğuş şokunu yaşamadıqları üçün nəfəs alıb-verməkləri bir az ləngiyə bilər. Göbək ciyəsi dərhal kəsilmədiyi üçün körpələr oksigen çatışmazlığı yaşamır, oksigenlə tam təmin olunurlar.

Doğuşun üçüncü mərhələsi hesab olunan plasentanın çıxmağı suda da ola bilər. Amma aparılan təcrübələrə görə quruda çıxmağı daha təqdirəlayiqdir. Bunun üçün ana hovuzun yanındakı çarpayıya qaldırılır. Qurulanan vaxta qədər körpəni ata saxlayır. Ana hazır olduqdan sonra isə ana ilə körpə arasında dəri-dəriyə (bədən-bədənə) təmas yenidən davam edir. Dəri-dəriyə təmas həm plasentanın tez çıxmasına, həm də qanaxmanın miqdarının azalmasına müsbət təsir edir.

Hansı hallarda suya doğum düzgün hesab olunmur?

Təcrübələrə əsaslanaraq, aşağıdakı hallarda suya doğuşu düzgün hesab etmirik;

- Döldə inkişaf geriliyi olduqda,

- Dölün ölçüləri çox böyük olduqda (4500 qr və daha artıq),

- Əkiz hamiləliklərində,

- Yüksək qan təzyiqi olduqda,

- Şəkər xəstəliyi olduqda.

Aşağıdakı hallar baş verdikdə isə ana suda olduqda belə, təcili sudan çıxarılmalıdır:

- Dölün ürək döyüntülərində azca da olsa azalma olduqda,

- Uzunmüddətli gücənmə vaxtı anada halsızlıq baş verdikdə,

- Anada təşviş və etimadsızlıq olduqda,

- Qanaxma şübhəsi olduqda,

- Bəzən üşümə və ya həddən artıq tərləmə halları baş verdikdə.

Suda doğuş mövzusunda anaları qorxutmaq nə dərəcədə doğru deyilsə, eləcə də bu cümləni işlətmək də doğru deyildir: "Suda doğuş ən yaxşı doğum formasıdır". Suda doğuş sadəcə təbii doğuşun formalarından biridir. Bəzi analar üçün uyğundur, bəzilərinə isə uyğun deyildir. Hansı cür aparılmasından asılı olmayaraq, doğuş ciddi yanaşma tələb edən bir prosesdir. (vib.az)

Ailə və Uşaq     Baxılıb: 3169   Tarix: 06 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Uşaq bezləri virus yayır – Valideynlərin NƏZƏRİNƏ

 . Uşaq bezləri məlum olmayan yeni viruslar yayır. "Nature Microbiology" jurnalında bununla bağlı məqalə dərc edilib. Məlumata görə, beynəlxalq tədqiqat qrupu körpə nəcisində 10 00 yeni virus aşkar etdiyini bildirib

.

Abortdan sonra yenidən hamilə qalmaq - Təhlükəli tərəfləri

ABORTUN EFFEKTİVLİYİ. Bəzi hallarda, abortun keçirilməsinə baxmayaraq hamiləlik qalır və öz inkişafını davam etdirir. Dərman vasitəsi ilə abortdan sonra dölün qalma ehtimalı orta hesabla 2-dən 5%-dəkdir. Vakuum aspirasiyas

.

Süni ana bətnində körpələr dünyaya gələcək - ŞOK PROQNOZ

Yaponiyanın Kyuşu Universitetində çalışan alimlər laboratoriya şəraitində süni bətn içərisində yetişdirilərək "doğulacaq" körpələrin 2028-ci ilə qədər mümkün ola biləcəyini açıqlayıblar. . Tədqiqatçılar özlərini

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Keysəriyyə əməliyyatı keçirmiş qadınlarda ANA SÜDÜ PROBLEMİ

"Təbii doğumla uşaq dünyaya gətirən ananın südü dərhal gəlir və o doğumdan sonra qısa müddətdə körpəsini ana südü ilə qidalandıra bilər. Amma keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən qadınlardqa süd dərhal gəlmi

.

40 ədəd saqqız udan 5 yaşlı balaca oğlan həkimləri şoka saldı

ABŞ-ın Ohayo ştatında yaşayan 5 yaşlı uşaq ümumilikdə 40 saqqız udub. Belə ki, ana təcili yardıma zəng edərək azyaşlı oğlunun böyük bir qutu şəkərsiz saqqız yediyini bildirib. Amma ona mədə problemi olduğu zaman xəstəxanay

.

Analıq estetik əməliyyatı nədir? - NƏLƏR İCRA EDİLİR?

Hamiləlik dövründə bir qadının bədəni fiziki və hormonal dəyişikliklərə məruz qalır. Körpəni qidalandırmaq üçün döşlər süd vəzilərində inkişaf gedir və süd vəziləri böyüməyə başlayır. Ana olduqdan sonra da bu proses dava

.

Hamiləlikdə aybaşı ola bilərmi? - SƏBƏBLƏRİ

Hamiləlikdə görülən qanaxmanın menstrual qanaxma olub-olmaması qadınları çox düşündürür. Hamiləlik zamanı qanaxmanın səbəbləri müxtəlif ola bilər. Körpə müjdəsini alan bəzi qadınlar hamilə qaldıqdan sonra bir neçə dəfə d

.

Uşaqlarda inkişaf ləngiməsi artıb - SƏBƏBLƏRİ

Son dövrlərdə poliklinikalara uşaqlarda fiziki inkişafın ləngiməsi ilə bağlı müraciətlər artıb. Bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 17 nömrəli Uşaq Poliklinikasının həkim-endokrinoloqu Flora Alcanov

turlar.az

sonxeber.az geyim seçimi donlar 2024 yay geyimləri 2024 pilinqin hazirlanmasi boşanma səbəbləri sepsis xesteliyi paltar modelleri kosmetika masturbasiya layla maya maskasi baldiz bayraq