Tanınmış aparıcıdan qalmaqallı sözlər: "Əri ola-ola min oyundan çıxır"

Tanınmış aparıcıdan qalmaqallı sözlər: "Əri ola-ola min oyundan çıxır"Tanınmış teleaparıcı Lalə Əlimuxtarovanın Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Bir çox məşhurlar bu gün evlənir, sabah boşanır. Səncə, ailəni qorumaq üçün yük daha çox kimin üzərinə düşür-kişi, ya qadının?

– Düzdür, bəzən deyirlər müğənnidən ana olmaz. Ərə gedir, boşanır. İnsanlar min cür şərhlər yazıb, az qala topa tuturlar. Bunları oxuyub çox pis oluram. Mən də ailə qurmuşam və ailə quranda həyat yoldaşım bilirdi ki, aparıcıyam, üzdə olan insanam. İlk növbədə ailədə ərlə-arvad arasında böyük inam olmalıdır. O inam hisi varsa, qalanı boşdur. Bu inamı istər kişi və qadın tərəfindən insan özü qazanmalıdır. Ailə quranda həyat yoldaşım dedi ki, sənə inanıram.

– Geyimlərinə müdaxilə edirmi?

– Müdaxilə etmir. Əgər özümü çöldə qoysam, həyat yoldaşım əlbəttə ki, geyimimə müdaxilə edər.

– Qarderobda dekoltelər, mini ətəklər çoxdur?

– Mən qızlıq vaxtımda belə o tərbiyənin yiyəsi olmamışam. Geyimimə fikir vermişəm. Bəzi müğənnilər vardı, ailə qurublar, sonradan onların açıq-saçıq fotolarını ortaya çıxarıblar.

– Bəzi müğənnilər deyərkən?

– Xuraman Şuşalı, Elnarə Xəlilova. Əslində burada eyib heç nə də yoxdur e, insandır şəkil çəkdiriblər də, burada nə var ki… Yəni məndə elə şəkillər də olmayıb kimsə göstərsin ki, Lalə bədənini bayırda qoyub. Ata evimdə yaşadığım vaxtlardan belə şeylərə pis baxmışam.

– Heç qısqanıb, həyat yoldaşının telefonunu yoxlamısan?

– İnanırsınız, səmimi etiraf edirəm, nə mən onun telefonuna baxıram, nə də o mənim.

– Heçmi qısqanmamısan? Ola bilməz ki, telefonuna baxmayasan…

– Nə gizlədim, yeni ailə qurduğum vaxtlarda bir-iki dəfə xəlvət olub. Sonradan isə bu hal bir də təkrarlanmadı.

– Səbəb?

– İnandım. İndi yoldaşım yatanda, telefonu stolun üstündə saatlarla qalır, amma əl vurmuram.

– Hansısa xanımla fotosunu görsən, reaksiyan necə olar?

– Yubkamı çəkərəm başıma. Mən çox qısqancam.

– Bayaqdan inam hissindən danışırdın…

– Kişiyə inam yoxdur.

– Xəyanət etsə, reaksiyan necə olar?

– Hər şeyi bitirərəm. Əvvəldən həyat yoldaşımın qarşısında yeganə şərtim də bu olub ki, mənə xəyanət etsən, hər şey bitəcək.

– Bəzi qadınlar xəyanətə xəyanətlə cavab verməyin tərəfdarıdır…

– Bəzən deyirlər e, əri ola-ola min oyundan çıxır. Mən bunu qadına yaraşdırmıram. Ailə tərbiyəsi olan qadın xəyanət etməz.

– Həyat yoldaşını hansı qadınlara qısqanırsan?

– Heç birinə. Çünki həm vücudca gözələm, həm də məşhur biriyəm. Onu kimə qısqana bilərəm ki… Bir də mənə çatmır e, əgər kişinin normal, gözəl həyat yoldaşı varsa, onu niyə başqa birisinə dəyişməlidir, axı bu düşüncə, bu məntiq mənə çatmır.

– Kompleksli xanımsınız?

– Yox, komplekslərim yoxdur.

    Baxılıb: 1811   Tarix: 06 iyul 2018
f Paylaş

Oxşar xəbərlər

.

Pişiklər yüksəklikdən düşəndə niyə ölmür?

Edison "hər hansı bir şey haqqında bildiyimiz gerçəyin milyonda biri qədərdir" deyəndə bəlkə bir az ifrata varırdı. -a xəbər verir ki,Con Lloyd və Con Mitçinsonun imzası ilə çap olunan "Cahilliklər kitabı"

.

Bakıda universitetdə maraqlı evlilik TƏKLİFİ – VİDEO

Bu barədə "Facebook" sosial şəbəkəsində "Azerbaycan Universitetleri" adlı səhifə yayıb. Bildirilib ki, hadisə Mədəniyyət və İncəsənət Universitetinin həyətində baş verib. "Mədəniyyət və İncəsənə

.

Səidə Sultan yenə dəyişdi - FOTOLAR

Müğənni Səidə Sultan imicində dəyişiklik edib. xəbər verir ki, hər zaman fərqli saç rəngində görünən ifaçı bu dəfə də saçlarını boz rəngə boyayıb. Səidə yeni imici ilə fətəlarını sosial şəbəkədə paylaşıb. Onun saç rəngi izləyicilə

.

Siqaret tüstüsündən yaranan xəstəliklərə son deyin.! Vərərmə, xərçəngə, asmaya son!

MƏHSUL HAQQINDA ƏTRAFLI. Az yaşlıların yanında çəkdiyiniz siqaret tüstüsünün onlara nə qədər zərərli olduğunu bilirsinizmi?Həm ətrafınızı həm özünüzü zəhərləyirsiniz.Xərçəngə,vərəmə yol açan bu mənfi vərdişinizə son qoymağı

.

Oqtayla Dilarə cütlüyündən ŞAD XƏBƏR - qızı Aytənin toyu olacaq

Əməkdar artist Dilarə Əliyeva ilə "Soy production"ın rəhbəri Oktay Əliyev toya hazırlaşır. Axşam.az-ın məlumatına görə, cütlüyün qızı Aytən ailə qurmağa hazırlaşır. 21 yaşlı Aytənin nişanı avqustun 29-da olacaq

.

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı..

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıc

.

CÜTLÜKLƏRİN NƏZƏRİNƏ - Tez-tez ayrılıb barışmaq sağlamlığa zərər verir

Davamlı olaraq ayrılıb barışmaq bugünkü münasibətlərdə olduqca tez-tez rast gəlinən haldır. Əlbəttə, bu ayrılıqların iki insanı daha da yaxınlaşdırdığına, münasibəti gücləndirdiyinə də inanırıq. Amma aparılan araşdırmalar

.

Müğənnilərin əvvəlki peşələri - Xadimə, polis, müəllim..

ATV-də yayımlanan "10-dan sonra" verilişində müğənnilərin əsas peşəsi haqda xəbər verilib. axşam.az-a istinadən həmin siyahını təqdim edir:. Elnarə Xəlilova ingilis dili müəlliməsidir. Baloğlan Əşrəfov kənddə müəlli

.

Səidə ilə Kərim barışdı - video

Bir müddətdir küsülü olan müğənnilər Səidə Sultan və Kərim Abbasov barışıb. Onlar aparıcı Çinarənin ad günündə bir araya gəliblər. Sənətçilərin birlikdə rəqs edərkən çəkilən videosu sosial şəbəkədə paylaşılıb. Qeyd edək ki

turlar.az

sonxeber.az reseptler qadin sayti qadin dunyasi cins salvar 2024 qara gavalinin faydalari cinsiyyet toy paltarlari 2024 kosmetika uzeyir hacibeyli burcler haqqinda tapmacalar cinsi əlaqə vusale elizade