Tanınmış professordan XƏBƏRDARLIQ - Sinir sistemini çökdürür

Tanınmış professordan XƏBƏRDARLIQ - Sinir sistemini çökdürürTürkiyəli professor Fevzi Sefa Dereköy bildirib ki, bir çox xəstəliklərin şiddətlənməsinə yol açan siqaret həm də sinir sisteminin çökməsinə səbəb olur.
Milli.Az xəbər verir ki, professor siqaretin ilk dəfə miqrenə qarşı vasitə olaraq istifadə edildiyini bildirib. Onun sözlərinə görə, nikotinin mənfi təsirləri sonrada ortaya çıxmağa başlayıb:
"Tütünün ağciyər xərçənginə səbəb olduğu yalnız 1950-ci illərdə elmi araşdırmalarla ortaya çıxdı. Siqaret tüstüsü qaz, qətran qarışığından və təxminən 1000 komponentdən ibarətdir. Bu qarışığın tərkibinə baxsaq, əsasən kanserogenlərdən, qıcıqlandırıcılardan, nikotindən və zəhərli qazlardan ibarət olduğu görə bilərik.
Qıcıqlandırıcı maddələr nəfəs yollarından (bronxlarda) ağciyərlərə daxil olan ifrazatları artırır, eyni zamanda aldığımız havanın və bu sekresiyaları təmizləyən tüklərin və immun hüceyrələrin fəaliyyətini pozur. Nikotin sinir sisteminə təsir göstərir; ürək döyümtülərini sürətləndirir, qan təzyiqini artırsa da, damarları sıxır və qandakı yağları artırır. Xüsusilə passiv siqaret çəkən, kənar tüstülərin təsirinə məruz qalan uşaqlarda bronxial xəstəliklər, badamcıq iltihabı, orta qulaq iltihabı və böyümüş boğaz əti daha çox müşahidə olunur.
Siqaret tüstüsindəki zəhərli qazlar karbonmonoksit, hidrogen sulfid və azot komponentləridir və qanın oksigenləşməsini pozarkən kanserogen təsir göstərir. Siqaret çəkənlərdə ürək xəstəlikləri və astma kimi xroniki ağciyər xəstəliklərinə də daha çox rast gəlinir".
Ümumilikdə gündə 15 siqaret çəkən 30 yaşlı bir insanın ömrünün 5 ildən çox azaldığını vurğulayan professor bildirib ki, siqaret kişi ölümlərinin 25 faizinə, qadın ölümlərinin 7 faizinə səbəb olur:
"Siqaretin səbəb olduğu xərçəng növlərinə ağciyər, ağız və boğaz, larinqit, mədəaltı vəz, sidik kisəsi və böyrək xərçəngi daxildir. Kişilərdə ağciyər xərçənginin 91 faizi, qadınlarda isə 69 faizi siqaret çəkmə vərdişlərindən irəli gəlir". (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1209   Tarix: 07 oktyabr 2020
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Qeyri-sabit hava orqanizmə bu cür təsir edir – Həkim

Havanın qeyri-sabit keçməsi təkcə virusların fəallaşmasına yox, temperatur balansının pozulmasına gətirib çıxara bilər. Çox vaxt insanlar buna görə xəstələnirlər. xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, həkim-cərra

.

Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri

Səhər saatlarında yeyilən şirin sıyıq orqanizmə zərərli təsir göstərir.   -a istinadən xəbər verir ki, mütəxəssislərin gəldiyi qənaətə əsasən, xüsusən səhər saatlarında karbohidratlardan uzaq durmaq daha yaxşıdır. Eyni zamand

.

Elektron siqaretlərin ciddi fəsadları - Həkimdən XƏBƏRDARLIQ

"Elektron siqaretlərin istifadəsi adi siqaretlə müqayisədə orqanizmə nikotinin daha çox daxil olmasına gətirib çıxarır ki, bu da orqanizmin müxtəlif həyati sistemlərinə mənfi təsir göstərir". -a istinadən bildiri

.

Yaşıl alçanın bilmədiyiniz FAYDALARI

Alça yaz pəhrizlərində əvəzedilməzdir, 100 qram alçada təxminən 45 kalori var. Antioksidant komponentləri ilə bədəni qoruyan və yüksək miqdarda C vitamini ehtiva edən alça xəstəliklərə qarşı müqaviməti artırır. Alça, eyn

.

Şabalıdın bilinməyən faydaları: Siz də yararlanın

Şabalıd pəhriz lifləri, minerallar, sağlam yağlar, vitaminlər və antioksidantlar da daxil olmaqla qida maddələri ilə zəngindir. -ə istinadən bildirir ki, şabalıd C vitamini ilə zəngindir. Xüsusilə soyuq qış günlərində qızardılmış

.

Bu yağlar qanı laxtalandırır

Həkimlər qan laxtalanma riskini artıran yağ növlərini açıqlayıblar.   -a istinadən xəbər verir ki, bu yağlar qızartma zamanı xüsusilə təhlükəli olur. Həkimlər omeqa-6-da yüksək olan yağların istehlakının mümkün təhlükələr

.

Bu vərdiş diabet riskini azaldır

Alimlər deyirlər ki, sadə yemək vərdişi diabet riskini azaltmağa kömək edir.   -a istinadən bildirir ki, düzgün pəhriz şəkər səviyyənizi nəzarət altına almağa kömək edəcək. Son elmi araşdırmalar müəyyən bir pəhrizin diabe

.

Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI

Maqnit qasırğaları zamanı hər hansı stimulyatorlardan istifadəni və siqaret çəkməyi dayandırmaq lazımdır.   -a istinadən xəbər verir ki, həkim Andrey Kondraxin Yerin geomaqnit sahəsinin pozulması zamanı edilən səhvləri sadalayıb

.

İqlim dəyişikliyi bu xəstələrə mənfi təsir göstərir

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir.   -a istinadən xəbər verir ki, bu barədə Los-Ancelesdəki Kaliforniya Universitetinin himayəsi altında fəaliyyət göstərən bir qrup alimi

turlar.az

sonxeber.az reseptler yay kolleksiyasi donlar 2024 meyveli tort biskvitli tort resepti kariyera və iş həyatı bayatilar kosmetika qz eviyçun hakışta seksi novruz hakistalari statuslar qiz evi