Tanınmış professordan XƏBRDARLIQ - Sinir sistemini çökdürür

Tanınmış professordan XƏBRDARLIQ - Sinir sistemini çökdürürTürkiyəli professor Fevzi Sefa Dereköy bildirib ki, bir çox xəstəliklərin şiddətlənməsinə yol açan siqaret həm də sinir sisteminin çökməsinə səbəb olur.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, professor siqaretin ilk dəfə miqrenə qarşı vasitə olaraq istifadə edildiyini bildirib. Onun sözlərinə görə, nikotinin mənfi təsirləri sonrada ortaya çıxmağa başlayıb:
"Tütünün ağciyər xərçənginə səbəb olduğu yalnız 1950-ci illərdə elmi araşdırmalarla ortaya çıxdı. Siqaret tüstüsü qaz, qətran qarışığından və təxminən 1000 komponentdən ibarətdir. Bu qarışığın tərkibinə baxsaq, əsasən kanserogenlərdən, qıcıqlandırıcılardan, nikotindən və zəhərli qazlardan ibarət olduğu görə bilərik.
Qıcıqlandırıcı maddələr nəfəs yollarından (bronxlarda) ağciyərlərə daxil olan ifrazatları artırır, eyni zamanda aldığımız havanın və bu sekresiyaları təmizləyən tüklərin və immun hüceyrələrin fəaliyyətini pozur. Nikotin sinir sisteminə təsir göstərir; ürək döyümtülərini sürətləndirir, qan təzyiqini artırsa da, damarları sıxır və qandakı yağları artırır. Xüsusilə passiv siqaret çəkən, kənar tüstülərin təsirinə məruz qalan uşaqlarda bronxial xəstəliklər, badamcıq iltihabı, orta qulaq iltihabı və böyümüş boğaz əti daha çox müşahidə olunur.
Tanınmış professordan XƏBRDARLIQ - Sinir sistemini çökdürürSiqaret tüstüsindəki zəhərli qazlar karbonmonoksit, hidrogen sulfid və azot komponentləridir və qanın oksigenləşməsini pozarkən kanserogen təsir göstərir. Siqaret çəkənlərdə ürək xəstəlikləri və astma kimi xroniki ağciyər xəstəliklərinə də daha çox rast gəlinir".
Ümumilikdə gündə 15 siqaret çəkən 30 yaşlı bir insanın ömrünün 5 ildən çox azaldığını vurğulayan professor bildirib ki, siqaret kişi ölümlərinin 25 faizinə, qadın ölümlərinin 7 faizinə səbəb olur:
"Siqaretin səbəb olduğu xərçəng növlərinə ağciyər, ağız və boğaz, larinqit, mədəaltı vəz, sidik kisəsi və böyrək xərçəngi daxildir. Kişilərdə ağciyər xərçənginin 91 faizi, qadınlarda isə 69 faizi siqaret çəkmə vərdişlərindən irəli gəlir".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1373   Tarix: 09 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

turlar.az

sonxeber.az həkim məsləhəti sac duzumleri qaşların formalari hiperaktiv usaqlarin mualicesi hakista xina yaxdi sac düzümləri elm haqqinda atalar sozleri kosmetika ariqla nizami gəncəvi rus dilin nece orenek dolça vətən haqqında bayatı