Təbii antibiotik tərkibli dərman əhəmiyyətli bitkilər - FOTO

Təbii antibiotik tərkibli dərman əhəmiyyətli bitkilər - FOTOÜmumdünya Səhiyyə Təşkilatı tərəfindən dəfələrlə soyuqdəymənin ilk əlamətlərində bəzi insanların artıq miqdarda qəbul etdikləri antibiotiklərdən istifadə etməsinin antibiotikrezistentliyə gətirib çıxara biləcəyi elan edilir. Yəni mikrobların müəyyən növləri həmişə istifadə olunan preparatlara öyrəşir, mutasiyaya uğrayır və artıq onları qəbul etmir. Ciddi fəsad yarandıqda farmpreparatlar təsir etməyə də bilər. Xoşbəxtlikdən təbiət zərif insanın qayğısına qalaraq artıq çoxdan təbii antibiotiklər yaradıb. Bir çox bitkilər antibiotik xüsusiyyətlərə malikdir. Əlbəttə, onları təsir gücünə görə farmpreparatlarla müqayisə etmək olmaz. Ancaq təbiət tərəfindən yaradılan qida məhsulları kimyəvi preparatlar kimi güclü ziyan vura bilməz. Onların, demək olar, əlavə təsirləri yoxdur və tibbi preparatlardan ucuzdur. Təbii antibiotiklərin çox üstünlükləri var. Təbiətdə, eyni zamanda, bakteriya, virus və göbələklərdən qorunmaq üçün xüsusi maddələr var.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər AMEA Dendrologiya İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Tofiq Məmmədovun təbii antibiotik tərkibli dərman əhəmiyyətli bitkilərdən bəhs edən məqaləsində yer alıb. Alim məqalədə təbii antibiotik tərkibli dərman əhəmiyyətli bitkilər barədə məlumat verir, onların müalicəvi xüsusiyyətlərini diqqətə çatdırır.
Məqalədə qeyd edilib ki, təbii antibiotiklərin hər orqanizmə təsirini qiymətləndirmək çox çətindir. Ancaq soyuq havada vaxtaşırı onları qidaya əlavə etdikdə immuniteti möhkəmləndirir. Hindistanda ailəni bəlalardan qoruyan müqəddəs bitki hesab edilən reyhan niversal təbii antibiotikdir, dezinfeksiya və bakterisid xüsusiyyətlərə malikdir və orqanizmi müxtəlif infeksiyalardan qoruyur. Bu bitki soyuqdəymədə, qripdə istifadə edilir. Bronxlardan bəlğəmi çıxarır, öskürəyi aradan qaldırır. Hərarəti sala bilər, yuxusuzluğu və əsəb gərginliyini götürür. Reyhanın efir yağı bakterosid təsirə malikdir. Reyhan həlimi angina və başağrısına kömək edir. Onun cövhərləri mədə-bağırsağın iltihab xəstəliklərində - qastrit, enterit, kolit və s. kömək edir. Dərinin ekzema və ya psoriazla zədələnmiş hissələrinə bu cövhərləri yaxmaq olar. Hamilə qadınlara və hormonal preparatlar qəbul edənlərə, habelə "qan laxtalanması" olanlara (tromboflevit, infarkt və ya insult keçirənlərə, ürək-damar sistemində problemi olanlara, şəkər xəstəliyindən əziyyət çəkənlərə) məsləhət görülmür.
Erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü olan mərcangilənin meyvələri pektin maddələr, polifenol və efir yağları ilə zəngindir. Tərkibində təxminən 70 xeyirli üzvi birləşmə, vitaminlər, xüsusilə C vitamini var. Provitamin A-nın miqdarına görə mərcangilə quşüzümü, limon, armud, alma, üzüm və qaragilədən üstündür. Onun meyvələrində benzoy turşusu - təbii konservant var. Benzoy turşusunun yaratdığı mühitdə xəstəliktörədici mikroblar inkişaf və çoxalmaq qabiliyyətini itirir. Bu turşu mərcangiləyə iltihaba qarşı təsir göstərərək onu antibiotikə çevirir. Sidik-ifrazat sistemi xəstəlikləri, xüsusilə sistitlərin müalicəsində istifadə edilir. Mərcangilə antibiotik və sulfamilamid preparatların aktivliyini artırmağa qadirdir. Ona görə də mərcangilə içkisi hərarəti olan xəstələrə, ağır xəstəliklər və zədələr keçirdikdən sonra iştahanı artırmaq üçün tövsiyə edilir. Ondan hazırlanan içki çox vaxt xərçəng intoksikasiyasında, kimyaterapiyadan sonra təyin edilir.
İyul və sentyabr aylarında bitən qaragilə meyvələrinin tərkibində 20 faizə qədər şəkər, 7 faiz aşı maddəsi, 8 faizə qədər limon və alma turşuları, habelə C vitamini, karotin, pektin maddələri var. Onun giləmeyvələrindən mədə-bağırsaq pozulmasında, ishalda, dizenteriyada sulu bişirmə, cövhər, kisel hazırlayıb istifadə edirlər. Qaragilənin yarpaqları da faydalıdır. Son illərdə yarpaqlarını qurudub çay hazırlayaraq diabet xəstəliyində, qanda şəkərin miqdarını azaldıcı dərman kimi içirlər. Giləmeyvələrin tərkibində olan aspirinə bənzər maddə ağrıkəsici və təravət salan təsirə malikdir. Qaragilə sidik yollarındakı bakteriyaları məhv edir və bütün orqanizm üzrə infeksiyanın yayılmasına mane olur. Yüksək hərarətdə, soyuqdəymədə istifadə edilir. Onun giləmeyvələrindən hazırlanan həlim iltihaba qarşı, xüsusən ağ ciyər, böyrək və ya sidik kisəsinin iltihabında müsbət təsir göstərir.
Tərkibində yüksəkkeyfiyyətli yağ olduğu üçün xardal toxumundan bitki yağı istehsalında min illər ərzində xammal kimi istifadə olunur. Yağı aldıqdan sonra yerdə qalan hissədən üyüdülmüş xardal tozu əldə edilir. Bu xardal tozundan süfrə xardalı hazırlanır. Xardalın əsas təsiredici maddəsi siniqrin qlükozididir. Xardal tozunun tərkibində kurkumin (aktiv inqrediyentdir) var ki, bu maddə ona sarı rəng verməkdən əlavə, bizim sağlamlığımız üçün xeyirlidir. Xardalın əsas xeyirli xüsusiyyətləri antimikrob, antigöbələk və iltihaba qarşı təsiridir. Bundan əlavə, xardalın tərkibində tapılan allil izotiosianatlar hüceyrələrinin qarşısını almağa və azaltmağa malikdir. Hərarət olmadıqda, soyuqdəymənin ilk əlamətlərində, boğaz qıcıqlanmasında, uzunmüddətli öskürəkdə istifadə edilir. Qədimdən qan azlığında təyin edilir.
Dekabrda yetişən və yayın ortasınadək bütün xüsusiyyətlərini saxlayan qreypfrutun toxumlarından hazırlanan cövhər 800 ştamm bakteriya və 100 növ göbələyə qarşı effektlidir. Viruslara qarşı da təsir edir və əlavə təsirləri olmur. Bütün qış ərzində soyuqdəymə xəstəliklərinin profilaktikası üçün istifadə etmək olar. Ancaq şirəsinin yarısınadək su ilə qarışdırmaq yaxşıdır. Toxumların çox güclü və qarışdırılmış hazır ekstraktı dərini yandıra bilər.
Zəncəfil tərkibində efir yağı olan bitkidir. Ümumiyyətlə, bu fəsildən olan üç növ bitkinin köklərindən zəncəfil alınır. Bunlar aptek (Zingiber officinale), alpiniya və kurkuma zəncəfilləridir. Zəncəfil mədənin həzmetmə fəaliyyətini artırır, mədə-bağırsağın iltihabının və çürüməsinin qarşısını alır. Odur ki, zəncəfilli xörəklərin və zəncəfil çayının xroniki mədə-bağırsaq xəstəliyinə tutulanlar üçün çox xeyri var. Zəncəfilin kökü antimikrob, iltihaba, bəlğəmə, hərarətə və tərləməyə qarşı xüsusiyyətlərə malikdir. Bu bitki soyuqdəymə, tonzillit, angina, laringit, faringit, bronxit, pnevmoniyanın kompleks müalicəsində istifadə edilir. Qaraciyər, mədə xorası xəstəliklərində, allergiya xəstəliyi kəskinləşdikdə, hipertoniklərə və ürək-damar xəstəlikləri olan insanlarda istifadə etmək təhlükəlidir.
Adokskimilər fəsiləsinə aid bitki cinsi olan başınağacının Azərbaycanda yabanı halda üç növü yayılıb. Başınağacının meyvələrindən daha çox istifadə edilir. Elmi təbabətdə onun qabıqlarından sulu dəmləmə, bişirmə və cövhər formada preparatlar hazırlayıb, daxili qanaxmalarda, eləcə də uşaqlıq və mədə-bağırsaq qanaxmalarında qankəsici dərman kimi işlədilir. Soyuqdəymə, öskürək, qrip, angina, pnevmoniya, bronxit, avitaminozda, bədənin yüksək hərarətində istifadə edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1406   Tarix: 26 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qəbizliyi dərhal aradan qaldıran tərəvəz

Qəbizlik geniş yayılan və haqqında çox danışılmayan bir problemdir. Bu problem çox vaxt həyat keyfiyyətini aşağı salır və insanı narahat hiss etdirir. Uzun müddət davam etdikdə isə xroniki hal ala bilər. Ona görə də qəbizliy

.

Çoxlu qəhvə içmək varikoz yaradır

Varikozu olan və ya bu xəstəliyə irsi meyli olan insanlara qəhvə olmaz. "Medicina"-ya istinadən xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov danışıb:. "Venaların genişlənməsi venoz damarın naziləşməsidir

.

Avropada hər gün minlərlə insan bu səbəbdən ölür

Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. -a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun hesabatında deyilir. Bildirili

.

Bu yağlar qanda laxtalanma riskini artırır

Həkimlər qan laxtalanma riskini artıran yağ növlərini açıqlayıblar.   -a istinadən bildirir ki, bu yağlar qızartma zamanı xüsusilə təhlükəli olur. Banan yeməyin faydaları və zərərləri. Soğanın hansı növü daha faydalıdır?

.

Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Döymələr bir çox insanın ayrılmaz hissəsinə çevrilib və müasir cəmiyyətin reallıqları hətta işəgötürənləri də bununla bağlı fikirlərini yenidən nəzərdən keçirməyə məcbur edir. Bəs yayda döymə etdirməyə dəyərmi?.   -a istinadən xəbə

.

Kəklikotunun çoxsaylı faydaları

Kəskin qoxusu ilə diqqət çəkən bir bitki olan kəklikotu daha çox yeməklərdə istifadə olunur. Kəklikotu bir çox xəstəliklərin təbii müalicəsində də istifadə olunur. Müntəzəm olaraq kəklikotu istehlak edən insanlar bədənlər

.

Şaftalı bu xəstəliyi olanlara faydalıdır

Şaftalı şirin və dadlı meyvə olması ilə yanaşı, vitamin, minerallar, orqanik turşular, efir yağları, qidalı liflər və s. faydalı maddələrlə zəngindir. Həmçinin bu meyvənin insan sağlamlığına bir çox faydaları var. -a istinadə

.

Kolon xərçənginə səbəb olan iki əsas amil

Elm adamları kolon xərçəngi riskinin artması ilə əlaqəli iki anatomik quruluşa diqqət yetiriblər. -a istinadən xəbər verir ki, bu tapıntılar müxtəlif ölkələrdən, o cümlədən Avropa və ABŞ-dan olan tibb mütəxəssisləri tərəfində

.

Bu qadınlarda uşağın ölü doğulması riski yüksəkdir

Yeniyetmələrdə hamiləlik zamanı fəsadların baş vermə riski arta bilər. Özbaşına düşük, vaxtından əvvəl doğuş və uşağın ölü doğulması ehtimalı yeniyetmə yaşlarında hamilə olan qadınlarda bir qədər yüksəkdir.  Trend-ə istinadə

turlar.az

sonxeber.az geyim dəbləri donlar 2024 gelinlikler mayalanma usaqlarda angina sağlamlıq xəbərləri öpüşmək qaydası kosmetika qardasa aid haxistalar hamilelik qiz evi baldiza aid haxisda azerbaycan