TƏCİLİ! Azərbaycanda hər ay əməliyyatdan sonra xəstəsi ölən məşhur həkim Mircəlalla bağlı ŞOK DETAL

Gürcüstanda iki nəfərin ölümünə gətirib çıxarmış dələduzluğa və saxtakarlığa görə həbs edilən qalmaqallı doktor Fərman Ceyranovun işində adı keçən həkim-cərrah Bakıda üzə çıxıb.

Bu, Mərkəzi Neftçilər Klinikasının şöbə müdiridir və hazırda da iş başındadır.

Xəbər verildiyi kimi Tbilisidə fəaliyyət göstərən "Lanset" klinikasının direktoru, Azərbaycan müxalifətinin maliyyə mənbələrindən biri kimi tanınan Fərman Ceyranov orqan transplantasiyası ilə bağlı maxinasiyalara görə həbs olunub. Gürcüstan prokurorluğunun rəsmi açıqlamasında deyilir ki, klinikanın direktoru 2016-cı ilin əvvəllərində Azərbaycandan cərrah-transplantoloq dəvət edib, onu "Türkiyədən dəvət olunmuş cərrah" kimi təqdim edib.

Daha sonra sosial şəbəkələrdə və TV-lərdə həmin cərrahın qara ciyər xəstələri üçü pulsuz müayinə keçirdiyi barədə elanlar verib. Bu elanları eşidən iki pasiyent ötən ilin martında klinikaya müraciət edib. Ceyranov onlardan cəmi 81 min dollar alıb. Azərbaycandan gedən cərrar xəstələrə qara ciyər köçürüb, lakin hər iki pasiyent əməliyyatdan bir həftə sonra ölüb.

Son dəqiqə!Azərbaycanda hər əməliyyatdan sonra xəstəsi ölən məşhur həkim Mircəlla bağlı şok detallar üzə çıxdıGürcüstan prokurorluğunun Ceyranovun həbsinə dair ötən gün yayılmış məlumatında Azərbaycandan dəvət edilmiş və türk kimi qələmə verilən həkimin kimliyi açıqlanmamışdı.

Sonxeber.az xəbər verir ki, lakin virtualaz saytı ölümlə nəticələnən əməliyyatı aparan azərbaycanlı cərrah-transplantoloqla bağlı ilginc faktlar əldə edib. Bəlli olub ki, həmin cərrah-transplantoloq Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımidir. Kazımi iki pasiyentin ölüm faktına görə ötən ildən Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.

2009-cu ildən Mərkəzi Neftçilər Xəstəxanasında cərrah kimi fəaliyyət göstərən Kaziminin xarici ölkələrdə, o cümlədən Gürcüstanda əməliyyat aparması üçün sertifikatı yoxdur. Lakin Kazimi öz briqadası ilə dəfələrlə "Lanset" klinikasında orqan köçürmə əməliyyatları aparıb. Ceyranovla Kaziminin işbirliyi birincinin Gürcüstana köçməsindən sonra başlayıb. Ceyranov pasiyentlərə Kazimini türkiyəli mütəxəssis kimi təqdim edib.

Son dəqiqə!Azərbaycanda hər əməliyyatdan sonra xəstəsi ölən məşhur həkim Mircəlla bağlı şok detallar üzə çıxdıFərman Ceyranov

Mircəlalın Türkiyədə təhsil alması və xəstələrlə türk dilində danışması da pasiyentlərin aldadılmasında rol oynayıb. Dünyada qəbul olunmuş normalara görə qara ciyər transplantasiyasında ölüm riski 3-5 faiz arasında dəyişir. Lakin Kaziminin həyata keçirdiyi əməliyyatların 80 faizinin ölümlə nəticələndiyi barədə məlumatlar var.

"Mircəlal Kazıminin əməliyyatı nəticəsində ötən ay daha bir xəstə dünyasını dəyişdi. Demək olar ki, hər ay onun xəstələri arasında ölüm faktı qeydə alınır. Lakin himayədarlarının köməyi ilə ölüm faktları ciddi araşdırılmır, hər dəfə xəstə və ya xəstə yaxınları günahkar çıxarılır",-səhiyyə orqanlarındakı mənbəmiz bildirir.

Qazax rayon sakini, 36 yaşlı Vüsal Fərzəliyev də Mircəlal Kaziminin xəstəsi olub. Böyrək çatışmazlığından əziyyət çəkən Vüsala anasının böyrəyi köçürülüb, Kazimi ailəyə əməliyyatdan 15 gün sonra xəstənin tam sağalacağına təminat verib. Lakin Vüsal əməliyyatdan 1 ay sonra ölüb.

Son dəqiqə!Azərbaycanda hər əməliyyatdan sonra xəstəsi ölən məşhur həkim Mircəlla bağlı şok detallar üzə çıxdıVüsal Fərzəliyev

Qeyd edək ki, sosial şəbəkələrdə Kaziminin apardığı əməliyyat nəticəsində dünyasını dəyişən daha bir nəfər-26 yaşlı Səkinə Həsənova ilə bağlı məlumatlar da yer alıb. Qara ciyər transplantasiyasindan sonra dünyasını dəyişən gəncin valideynləri həkimi günahkar bilirlər. Onlarla xəstə isə həkimin yanlış diaqnozundan şikayətçidir.

Kazımi barəsində Gürcüstan hüquq-mühafizə orqanlarının Azərbaycan tərəfinə müraciət edib-etmədiyi bəlli deyil. Lakin necə ola bilər ki, qonşu ölkədə iki pasiyentin ölümünə görə axtarılan cərrah-transplantoloq Bakıda sərbəstcə öz işindədir?

virtualaz.org
TƏCİLİ! Azərbaycanda hər ay əməliyyatdan sonra xəstəsi ölən məşhur həkim Mircəlalla bağlı ŞOK DETALTƏCİLİ! Azərbaycanda hər ay əməliyyatdan sonra xəstəsi ölən məşhur həkim Mircəlalla bağlı ŞOK DETALTƏCİLİ! Azərbaycanda hər ay əməliyyatdan sonra xəstəsi ölən məşhur həkim Mircəlalla bağlı ŞOK DETALTƏCİLİ! Azərbaycanda hər ay əməliyyatdan sonra xəstəsi ölən məşhur həkim Mircəlalla bağlı ŞOK DETAL

Xəbərlər     Baxılıb: 3073   Tarix: 25 may 2017
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Makaronla bağlı dəhşətli fakt - belə yedikdə

Makaron bişirildikdən dərhal sonra yeyilməlidir.   -a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, bu, sağlamlıq problemlərinə səbəb olmaya bilər. Yenidən qızdırıldıqda makaronda olan nişasta dəyişdirilmiş nişastaya çevrilir

.

Bədəndəki göyərmələr bu xəstəliyin əlamətləri imiş

Hemofiliya xəstəliyi xroniki və ciddi xəstəlikdir. . -a istinadən xəbər verir ki, uşaq hematologiya və onkologiya mütəxəssisi dosent Işık Odaman 17 aprel dünya Hemofiliya günü ilə əlaqəli açıqlama verib. O, bədəndə, asa

.

İnternetlə depressiya arasında hansı əlaqə var?

Avstraliya, Böyük Britaniya və Malayziyadan olan beynəlxalq alimlər qrupu tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, kompüterlər, noutbuklar və smartfonlar yeniyetmələr arasında yuxululuğa və depressiya əlamətlərin

.

Damarları təmizləyən və təzyiqi salan çox sadə TƏBİİ VASİTƏ

Xolesterinin əsas hissəsi (75%) qaraciyərdə sintez olunur, daha az hissəsi isə (25%) orqanizmə qida ilə daxil olur. -a istinadən xəbər verir ki, xolesterin həyati vacib maddədir - bütün hüceyrələrin membranlarına daxildir

.

Yerkökünün bilmədiyimiz faydası

Mütəxəssislər yerkökünün faydalarını açıqlayıb.   -a istinadən bildirir ki, bu tərəvəzin bir sıra dəyərli faydaları var. Yerkökü xolesterol səviyyəsini normallaşdırmağa kömək edir və ümumiyyətlə ürəyə müsbət müalicəvi təsi

.

Bədənin bu hissələri qətiyyən masaj edilməməlidir - XƏBƏRDARLIQ

Masaj ağrıları aradan qaldırmağa və əzələləri rahatlamağa kömək edə, eyni zamanda sağlamlığınıza zərər verə bilər. Xüsusilə ağrıları aradan qaldırmaq, əzələləri rahatlaşdırmaq, tonunu artırmaq və s. bədənin xüsusi sahələrind

.

Pendirdən imtina etməyin 4 əsas səbəbi

Həkimlər bərk pendirdən imtina etməyin 4 səbəbini açıqlayıblar.   -a istinadən bildirir ki, bərk pendir sağlamlığa zərər verə bilər. . Qanda şəkəri salan meyvə. Səhər sıyıq yeməyin ZƏRƏRİ AÇIQLANDI. Depressiyadan əziyyə

.

Sosial media yeni doğum etmiş qadınlara mənfi təsir edir

Sosial medianın analar üzərindəki təsirlərindən bəhs edən mütəxəssislər, sosial medianın doğuşdan sonrakı dövrdə analara mənfi təsir etdiyini bildiriblər. e- -a istinadən xəbər verir ki, bu gün hər bir fərdin aktiv şəkild

.

Düzgün yastıq seçimi rahat yatmağa kömək edir

Gərgin iş günündən sonra çarpayıda rahat yatmaq, yorğunluğu atmaq, ertəsi gün təravətli oyanmaq hər kəsin arzusudur. Təəssüf ki, əksəriyyət yaxşı yata bilmədiyini deyir. Bunun əsas səbəblərindən biri yastığın düzgün seçilməməsidir

turlar.az

sonxeber.az toy makiyajlari kosmetik vasiteler geyim dəbləri doğuş sonrası seks süfrə bəzədilməsi üzdə civzələr qış geyimləri kosmetika rus dili 2ci ders qurd ve quzu qadin.az laylalar gözəllik