Təcili hallarda gözlərə ilkin yardım: Evdəki aptek qutusunda nələr olmalıdır?

Təcili hallarda gözlərə ilkin yardım: Evdəki aptek qutusunda nələr olmalıdır?İlin istənilən vaxtında rast gəlinən gözün iltihabı xəstəlikləri və travmaları zamanı həkim müayinəsinə gedənə qədər ilk yardım, yaranmış vəziyyətin ağrılarını, əlamətlərini azaltmaq üçün müdaxilələr edilir, dərman vasitələri istifadə olunur. Bəzən gözün və görmənin aqibəti məhz bu mərhələdə tətbiq olunmuş müdaxilədən asılıdır.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva deyib.
Mütəxəssis vurğulayıb ki, yanlış istifadə olunmuş preparatlar vəziyyəti daha da ağırlaşdıraraq müalicə və sağalmanı yubadır: "Bəzən ilk dəqiqələr ərzində göstərilməmiş yardım, məsələn, kimyəvi yanıqlar zamanı, gözün toxumalarının məhv olmasına, göz alması tamlığının pozulmasına səbəb olur. Buna görə kimyəvi yanığı törədən maddəni neytrallaşdıracaq vasitə lazımdır. Əksər hallarda həyəcandan bu nüansa fikir verilmir və ağır nəticələr müalicə olunmağa cəhd olunur".
Onun sözlərinə görə, yay aylarında daha çox uşaqlarda rast gəlinən konyunktivitlər (açıq və küləkli havada, qumda, dənizdə oynadıqdan sonra, çirkli əllərlə gözlərinə toxunduqlarına görə) zamanı da valideynlər aptekdən satıcı provizorların məsləhəti ilə müalicəyə başlayırlar: "Yanlışlıqla hormonal tərkibli damlaları istifadə edib sağalma perioduna təsir edirlər.
Bütün halları nəzərə alaraq ev aptek qutunuzda mütləq steril sarğılar, pambıq, antiseptik məhlullar olmalıdır. İstənilən növ travmada, xəstəlikdə gözə ilk yardım məqsədilə gözün ön səthinin yuyulması üçün distillə olunmuş su yaxud inyeksiya üçün su ampulası, fizioloji məhlul (9%), steril şpris, "furasilin" tabletkası olmalıdır. Dərman vasitələrindən eynilə gözün ön səthini yumaq məqsədilə  göz yaşı əvəzedicisi damlaları ("tears naturalis", süni göz yaşı, və s.), antimikrob, antibakterial təsirə malik damlalar ("omkasa", "tafazol", "vitabakt" və s.) və göz məlhəmləri olmağı vacibdir. Antibiotik damlalardan "levomisetin" (0.25%), məlhəmlərdən isə "tetrasiklin" yaxud "eritromisin" (1%) aptek qutusunda olmağı məsləhətdir.
Bu vasitələrlə gigiyena qaydalarına riayət etməklə göstərilmiş ilk yardımdan sonra həkim müayinəsi mütləqdir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1208   Tarix: 09 avqust 2020
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Niyə körpələrə yumurta ağı vermək olmaz? - İshal ola bilər

Yağla zəngin olan yumurta sarısı uşağa 7-ci ayından verilməlidir. .   -a istinadən xəbər verir ki, uşaq bir yaşına çatana qədər yumurta ağını istehlak etmək tövsiyə edilmir. . Fakt budur ki, zülalın tərkibində uşağın mədə-bağırsa

.

Diş ağrısını saniyələr ərzində yox edən təbii üsul

Diş ağrısından xilas olmağa bəzi hallarda dərmanlar belə kömək etmir. -a istinadən xəbər verir ki, diş ağrısını saniyələr ərzində yox edən təbii bir üsul var. Qəribədir ki, bu bitkinin tozu diş arğısı ilə yanaşı, ziyillə

.

Gündə nə qədər oturmaq, durmaq və yatmaq lazımdır?

Alimlər gündə nə qədər oturmaq, durmaq və yatmaq lazım olduğunu hesablayıblar.   -a istinadən bildirir ki, Suinburn Texnologiya Universiteti və Baker Ürək və Diabet İnstitutunun alimləri yatmaq, məşq etmək, oturmaq və aya

.

Arıqlamağı asanlaşdıran qidalar

"Zülalla zəngin qidalar yeyərək maddələr mübadiləsinin sürətini artıra və arıqlamağı asanlaşdıra bilərsiniz". Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI. Bunu oxuyandan sonra bir də heç vaxt çiyələ

.

Gündə 1 çay qaşığı qəbul edin, cinsi gücünüz artacaq

Cinsi performansı artırmaq üçün təbii üsullara maraq günü-gündən artır.   -a istinadən xəbər verir ki, kimyəvi dəstək əvəzinə qidalanma vərdişlərini dəyişdirərək cinsi sağlamlıq üzərində müsbət təsirlər yaratmaq mümkündür

.

Məşhur COVID peyvəndinin mənfi təsirləri TƏSDİQLƏNDİ

AstraZeneca şirkəti ilk dəfə məhkəmədə COVID peyvəndinin nadir yan təsirləri ola biləcəyini etiraf edib. .   -a istinadən xəbər verir ki, məsələn, dərman trombositopeniya sindromu ilə tromboz (TTS) sindromunun inkişafın

.

Bu bitki xərçəngin qarşısını alır

a istinadən yemişanın faydalarını təqdim edir:. - Xərçəngin yaranmasının qarşısını alır. - İnfeksiyanın qarşısını alır. - Bədəni diabet və astma kimi xroniki iltihablardan qoruyur. - Böyrək daşlarının əmələ gəlməsinin qarşısın

.

Qələmlə yazmağı unuduruq, beyin passivləşir

Müasir insan qələmlə, əllə yazı yazmağı getdikcə az istifadə edir. -a istinadən xəbər verir ki, alimlər orta yaş insanın yarım ayda 1-2 dəfə nəsə yazdığını hesablayıb. Əsasən klaviatura, telefon və kompüter istifadə edilir

.

Həkim qəbulunda etdiyimiz SƏHVLƏR

Pasiyentlər tez-tez həkim qəbulu zamanı səhvlər edirlər. .   -a istinadən xəbər verir ki, mütəxəssislər pasiyentlərin növbədə olarkən başqalarının söhbətlərini dinləməməyi tövsiyə edir. Həmçinin, başqa bir xəstənin gəlişini

turlar.az

sonxeber.az geyim necə seçməli geyim dəbləri gozel gorunmek hicab bağlamaq 1 yaşına qədər körpələrə qulluq ev dekorasiyası mayasiz pizza xemiri kosmetika statuslar balıq babasil novruz hakistalari haxista