Təhsil idarəsi ATV-nin "Yoxlama"sını YIXIB-SÜRÜDÜ: "Azər və onun dəstəsi..."

Təhsil idarəsi ATV-nin "Yoxlama"sını YIXIB-SÜRÜDÜ: "Azər və onun dəstəsi..."Bakı Şəhəri üzrə Təhsil İdarəsi "ATV" telekanalından yayımlanan "Yoxlama" verilişinin çəkilişi zamanı məktəblərdə yaşanmış problemə aydınlıq gətirib.

Qadinsyati.az xəbər verir ki, idarədən publika.az-ın sorğusuna verilən cavabda həm BŞTİ-nin, həm də 171 saylı məktəb rəhbərliyinin mövqeyi əks olunub.
BŞTİ tərəfindən verilən cavabda bildirilir ki, Azərbaycanda təşəkkül tapan açıq informasiya siyasətinin tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir.
"Bu baxımdan BŞTİ-nin fəaliyyəti və idarənin tabeliyindəki təhsil müəssisələrinin həyatında baş ve­rən yeni­liklər haqqında məlumatlar operativ şəkildə icti­maiyyətə çatdırılır. Təhsil müəssisələrinin fəaliyyətinə və tədris prosesinə mane olmamaq üçün əvvəlcədən razılaşdırmaqla, peşəkar yanaşma və qarşılıqlı hörmət müstəvisində bütün media təmsilçilərini maraqlandıran məsələlərin işıqlandırılmasına şərait yaradılır. Odur ki, Azərbaycan Respublikasının Konstitusiyasının, "Təhsil haqqında", "İnformasiya əldə etmək haqqında", "Kütləvi İnformasiya Vasitələri haqqında" Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, Kütləvi İnformasiya Vasitələri ilə səmərəli əməkdaşlığa nail olunub.
Onu da qeyd edək ki, 5 və 6 yanvar 2017-ci il tarixlərində "Yoxlama" verilişinin aparıcısı Azər İsmayılov öz dəstəsi ilə Bakı şəhəri Binəqədi rayonundakı 276 nömrəli və Nərimanov rayonundakı 212 nömrəli tam orta məktəblərdə də heç bir qaydalara məhəl qoymadan zorla çəkiliş aparıb".

171 saylı məktəbdə baş vermiş qalmaqalla bağlı verilən cavabda isə "çəkiliş qrupu"nun törətdiyi qalmaqalın şagirdlər, müəllimlər və valideynlər arasında çaşqınlığa və vahiməyə səbəb olduğu bildirilir:
"ATV kanalının "Yoxlama" verilişinin aparıcısı Azər öz nöqsanlarını "Bizim məqsədimiz yalnız və yalnız övladlarının sağlam və gigiyenik qidalanmasını arzulayan valideynlərin müraciətlərinə əsasən sadə yoxlama aparmaq idi" pafoslu ifadəsi ilə pərdələmək istəyir. Bu zaman təbii olaraq sual meydana çıxır ki, bunun üçün məktəbin qapıçısını itələyib təhsil ocağına daxil olmaq, icazəsiz siniflərdə tədris prosesini kobudcasına pozaraq çəkilişlər aparmaq, məktəb rəhbərliyinə qarşı saymazlıq etmək, müəllimlərə və məktəbin texniki işçilərinə qarşı kobudluqlar etmək, qeyri-etik ifadələrlə onların hissiyyatına toxunmaq və məktəbin şagirdlərinə xəsarət yetirmək lazım idimi ki, məqsədlərinə uyğun çəkiliş aparsınlar?! Aparıcı Azərin əlində əvvəlcədən çap olunmuş otuza yaxın meyar üzrə, o cümlədən müəllimlərin geyiminin, xarici görkəminin, makiyajının və s. meyarlar üzrə yoxlanmasını nəzərdə tutan hazır siyahı var idi. Təbii sual yaranır ki, bu meyarlar üzrə məktəblərin, müəllimlərin yoxlanması səlahiyyətini ona kim verib və onun bu kompetensiyaların yoxlanması üçün bilik, bacarıq və təhsili varmı?! "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanun bu səlahiyyətləri Azərə və onun dəstəsinə veribmi?! Məktəblərin otuzdan artıq meyar üzrə yoxlanması nə vaxtdan və kim tərəfindən "Yoxlama" verilişinin səlahiyyətinə verilib? Xahiş edirəm, Azər və onun dəstəsi qoyulan bu suallara cavab versin.
Məlumdur ki, məktəblərin müvafiq meyarlar üzrə yoxlanması və fəaliyyətinin qiymətləndirilməsi müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. Onu da qeyd edək ki, ötən il "Yoxlama" verilişi ətrafında yaranmış səs-küy və haqlı narazılıqlar aparıcı Azər İsmayılov haqqında kifayət qədər aydın ictimai rəy yaradıb. Odur ki, eyni hərəkətlərin hamımız üçün müqəddəs olan məktəblərə də tətbiq edilməsi yolverilməzdir. Məktəbin pedaqoji kollektivi adından belə halları qətiyyətlə pisləyir, təhsil müəssisəsinin normal fəaliyyətinə kobud şəkildə mane olan və KİV təmsilçilərinin şərəfli adına ləkə gətirən bu cür neqativ hərəkətlərin yolverilməz olduğunu bildiririk".

Xəbərlər     Baxılıb: 1527   Tarix: 12 yanvar 2017
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakının ən bahalı ginekoloqları - Qeysəriyyə qiymətləri - SİYAHI

Azərbaycanda son illər bahalaşan tibbi xidmətlərdən biri də qeysəriyyə əməliyyatlarıdır. İcbari tibbi sığorta hələ tam qüvvəyə minməzdən öncə özəl klinikalar demək olar, doğuş və qeysəriyyə sahəsini tam ələ ala bilmişdi

.

Niyə hər gün avokado yemək lazımdır? - Mütəxəssislər AÇIQLADI

Alimlər hər gün avokado yeməyin orqanizmə təsirlərini açıqlayıb.   -a istinadən bildirir ki, araşdırmalara görə, avokado yemək həzmi yaxşılaşdırır. Alimlər avokadonun abdominal piylənmədən əziyyət çəkən insanlarda sağlamlığ

.

Çiyələyin dibinə YOD TÖKÜN – Bol məhsul üçün qeyri-adi yol

Yod bitkilər üçün əla dərmanı növüdür. Ondan düzgün istifadə etsəniz, bir çox bitkilərin məhsuldarlığı arta bilər. Bunlardan birincisi çiyələkdir. .   -a istinadən xəbər verir ki, yod çiyələk kollarının vəziyyətinə müsbə

.

Hər gün bir qaşıq zeytun yağı içmək üçün 6 səbəb

Son araşdırmalara görə, səhər yeməyinizə zeytun yağı əlavə etmək faydalarını artıra bilər. .   -a istinadən bildirir ki, alimlərin fikrincə, bu yağdan yalnız bir yemək qaşığı bədənə əhəmiyyətli faydalar gətirə bilər. Depressiyada

.

Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb

ABŞ-ın Florida Universitetinin alimləri müəyyən ediblər ki, qeyri-invaziv beyin stimulyasiyası yaşlı insanlarda depressiya və narahatlıq əlamətlərini yaxşılaşdırır.   -a istinadən xəbər verir ki, elmi işin nəticələri "Brai

.

Düzgün yastıq seçimi rahat yatmağa kömək edir

Gərgin iş günündən sonra çarpayıda rahat yatmaq, yorğunluğu atmaq, ertəsi gün təravətli oyanmaq hər kəsin arzusudur. Təəssüf ki, əksəriyyət yaxşı yata bilmədiyini deyir. Bunun əsas səbəblərindən biri yastığın düzgün seçilməməsidir

.

Bamya toxumunun FAYDALARI – Belə istifadə edin

Bamya toxumu nədir? Bamya toxumları meyvəsi yetişdikdən sonra əmələ gələn kiçik, tünd qırmızı və ya qəhvəyi rəngdə, liflə zəngin toxumlardır. Meyvədən ayrıldıqdan sonra qurudulur.   -a istinadən doktor Mehmet Uçar bu barəd

.

Mixəyin faydaları nələrdir?

Mixəyin bir çox faydası olduğu məlumdur. Daha çox ağız qoxusunu aradan qaldırmaq üçün istifadə olunsa da, mixək həzmi asanlaşdırmaqdan mədə ağrılarını aradan qaldırmağa qədər bir çox işdə təsirlidir. Həm bütöv, həm də to

.

Ürəyi gücləndirmək üçün - Təsirli RESEPT

Ürəyi gücləndirmək üçün uzun illərdir bu sadə və təsirli reseptdən istifadə olunur. sağlamolun.az-a istinadən həmin resepti təqdim edir:. Damarları gücləndirir, yaddaşı bərpa edir, immuniteti yüksəldir - Möhtəşəm RESEPT 

turlar.az

sonxeber.az qaşların formalari reseptler geyim seçimi infeksion xestelikler xeyanet geyimlər sifahi xalq edebiyyati kosmetika hakistalar novruz haqistalari damla irem derici dostluq