Təranə Səmədova nəyə görə cəzalandırılıb? - Hər kəsi təəccübləndirən səbəb

Təranə Səmədova nəyə görə cəzalandırılıb? - Hər kəsi təəccübləndirən səbəbTanınmış prodüser Təranə Səmədovanın polis əməkdaşları tərəfindən saxlanılmasının səbəbi məlum olub.
azxeber.com "Report"a istinadən xəbər verir ki, o, iki gün əvvəl Nəsimi rayonu ərazisində narkotikə görə saxlanılaraq aidiyyəti üzrə polis bölməsinə aparılıb.
Bu zaman T.Səmədova polisə müqavimət göstərərək tabe olmamağa çalışıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokollar tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarına əsasən, T.Səmədovanın barəsində 400 manat məbləğində cərimə edilib.
Xatırladaq ki, aprelin 27-də T.Səmədova barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilmiş, Abşeron Rayon Məhkəməsi onun barəsində 200 manat məbləğində cərimə kəsilmişdi.
Qeyd edək ki, T.Səmədova 2019-cu ildə Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub. Ali Məhkəmənin qərarı ilə T.Səmədova azadlığa buraxılıb.

Şou Biznes     Baxılıb: 976   Tarix: 12 may 2022
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aktrisa qızını paylaşıb üzünü gizlətdi - FOTO

Ötən ilin iyununda ailə quran gözəl aktrisa Eda Ece və basketbolçu Buğrahan Tuncer valideyn olduqdan sonra ilk dəfə qızları ilə foto paylaşıblar. xəbər verir ki, cütlüyün ötən ay qızı dünyaya gəlib. Aktrisa qızına Mina İpe

.

Orbakayte anasının hədiyyəsini satışa çıxartdı

Rusiyalı müğənni Kristina Orbakaite Alla Puqaçovanın ona hədiyyə etdiyi evi satışa çıxarıb. Rusiya mətbuatına əsasən xəbər verir ki, Orbakaite "İstra" su anbarının sahilində yerləşən anası Alla Puqaçovanın ona hədiyy

.

Psixoloji problemləri olan aktyorun son halı - FOTO

Bir dönəm izlənmə rekorddları qıran "Lise Defteri" və "Emr et Komutanım" serialları ilə şöhrət qazanan aktyor Arda Kural psixoloji problemlər yaşadıqdan sonra ekranlarla vidalaşıb. xəbər verir ki, "Yerl

.

Hadisə 3 reklamdan 30 milyon qazanacaq

Müğənni Hadise konsert qiymətində dəyişiklik edib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni qiymətlərini artırıb. Bildirilib ki, sənətçi artıq bir gecədə 3 milyon lirə (təxminən 158 00 manat) qazanır. Qeyd edə

.

Kızılcık Şerbeti'nin aktyoru azərbaycanlı imiş

"Kızılcık Şerbeti" serialında Fatih obrazını canlandıran aktyor Doğulan Güngör qatıldığı verilişdə özü ilə bağlı məlumat verərkən hər kəsi təəccübləndirib. xəbər verir ki, o, atasının azərbaycanlı olduğunu deyib

.

Avroviziya'dan sonra uğurlu kariyera quran müğənnimiz yoxdur' - Çinarədən iddia

Müğənni Çinarə Məlikzadə "Avroviziya" da ölkəmizi təmsil edən namizədlərə münasibət bildirib. xəbər verir ki, sənətçi bəzi iştirakçıları uğursuz adlandırıb. O, bu haqda "El canlı" verilişində danışıb:

.

Hər ikisi boşanma xəbərlərini yalanladı

"Hatayspor" klubunun baş məşqçisi Volkan Demirellə həyat yoldaşı Zeynəb Demirelin boşanma xəbərinin ardından gözlənilən açıqlama gəlib.  . xəbər verir ki, bu gün səhər saatlarında bütün xəbər saytlarında yayıla

.

44 yaşlı aktyor sevgilisini göstərdi - FOTOLAR

Ceyson Momoa Puerto-Rikolu aktrisa Adria Arjona ilə sevgilidir. xəbər verir ki, cütlük "instaqram"da birgə fotolarını yayımlayaraq münasibətlərini təsdiqləyib. 44 yaşlı aktyor "Comic Con" festivalınd

.

Roza Zərgərli: 'Müğənniyəm, nə istəsəm geyinərəm

"Öz hesabıma 8 il veriliş təqdim edəndə, sənətkarları qonaq edəndə məndən yazmırdınız. İndi nə geyinsəm ondan yazırsınız".  . xəbər verir ki, bu sözləri Roza Zərgərli Ülvira Qarayeva ilə müsahibəsi zamanı deyib

turlar.az

sonxeber.az maskalar gözəllik məhsulları makiyaj etmek qaydalari çanta ayaqqabı dərslər 2024 geyimi qara qarağat kosmetika meseller veten haqqinda bayatilar birlik haqqinda şəhid həsən bəy zərdabi