Təranə Səmədova polisə müqavimətə görə cərimələndi

Təranə Səmədova polisə müqavimətə görə cərimələndiTanınmış prodüser Təranə Səmədova polisə müqavimət etdiyinə görə cərimələnib.
"Report"un əldə etdiyi məlumata görə, bu barədə qərar Abşeron Rayon Məhkəməsində elan olunub.
Qərara əsasən, T.Səmədovanın barəsində 200 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, prodüser Abşeron rayon ərazisində şəxsi münasibətlər zəminində tanışı ilə mübahisə edib. Daha sonra onun barəsində Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə şikayət daxil olub. Polis əməkdaşları tərəfindən o, bölməyə dəvət edilib. Lakin T.Səmədova polisə müqavimət göstərib.
T.Səmədova barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilib və baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
Xatırladaq ki, T.Səmədova 2019-cu ildə Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub. Ali Məhkəmənin qərarı ilə T.Səmədova azadlığa buraxılıb.

Şou Biznes     Baxılıb: 1138   Tarix: 28 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Aktrisa qızını paylaşıb üzünü gizlətdi - FOTO

Ötən ilin iyununda ailə quran gözəl aktrisa Eda Ece və basketbolçu Buğrahan Tuncer valideyn olduqdan sonra ilk dəfə qızları ilə foto paylaşıblar. xəbər verir ki, cütlüyün ötən ay qızı dünyaya gəlib. Aktrisa qızına Mina İpe

.

"Avroviziya-2024"ün ikinci yarımfinalı başlayıb

İsveçin Malmö şəhərində 68-ci "Avroviziya-2024" mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib. xəbər verir ki, Malmö arenanın əsas səhnəsində 16 ölkənin təmsilçiləri musiqi nömrələrini nümayiş etdirəcəklər

.

Orbakayte anasının hədiyyəsini satışa çıxartdı

Rusiyalı müğənni Kristina Orbakaite Alla Puqaçovanın ona hədiyyə etdiyi evi satışa çıxarıb. Rusiya mətbuatına əsasən xəbər verir ki, Orbakaite "İstra" su anbarının sahilində yerləşən anası Alla Puqaçovanın ona hədiyy

.

Məşhur cütlüyün övladı dünyaya gəldi - FOTO

"Savaşçı" serialında tanış olub, evlənən cütlük Berk Oktay və Yıldız Çağrı Atiksoyun övladı olub. Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur cütlüyün qızları dünyaya gəlib. Körpələrinin adını doğulana qədə

.

Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO

Aparıcı-aktyor Elcan Rəsulov xəstəxanaya yerləşdirilib. xəbər verir ki, o, bu barədə "Instagram" səhifəsində paylaşım edib. Rəsulov xəstəxanadan görüntüsünü izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:. "Dostlar

.

Tanınmış meyxanaçıya AĞIR İTKİ

Tanınmış meyxanaçı Ruslan Müşfiqabadlıya ağır itki üz verib. -a istinadla bildirir ki, bu gün səhər saatlarında meyxanaçının anası vəfat edib. Mərhumun üç mərasimi Sulutəpə qəsəbəsində keçiriləcək

.

Polina Buzovanı 'axmaq' adlandırdı

Müğənni Polina Qaqarina son müsahibəsində 2016-cı ildə müğənnilik karyerasına başlayan teleaparıcı Olqa Buzovanın yaradıcılığına münasibət bildirib. Rusiya mətbuatına əsasən bildirir ki, ifaçı, Buzovanı səhnədə bir az "axmaq"olmaqd

.

Castin Biber ata olacaq - FOTOLAR

Dünyaca məşhur cütülk Heyli və Castin Biber valideyn olmağ ahazırlaşır. xəbər verir ki, cütlük bu barədə "instaqram" hesablarında məlumat veriblər. Cütlük bu anı yaddaşlara həkk etmək üçün kamera qarşısına keçib

.

Məşhur aktrisadan üzücü xəbər: Koronavirusa yoluxdu

Məşhur türk aktrisa Selin Şekerci sosial media hesabında koronavirusa yoluxduğunu açıqlayıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, sonuncu dəfə "Aile" serialında çəkilən aktrisa Selin Şekerci İnstaqram hesabınd

turlar.az

sonxeber.az gozel gorunmek maskalar makiyaj instagram faydalı bitkilər xınayaxdı hakışta xiyar tutması hind filmleri kosmetika aybawi maraqli hakistalar novruz bayramına aid hakışda faydalı maskalar burcler haqqinda