Termometrin sınması TƏHLÜKƏLİDİR. Nə etmək lazımdır?

Termometrin sınması TƏHLÜKƏLİDİR. Nə etmək lazımdır?Civə çox təhlükəli maddədir. Təhlükə dərəcəsinə görə civə 1-ci dərəcəyə aid edilir (çox təhlükəli kimyəvi maddə).
Civə orqanizmə 2 yolla düşə bilər - həzm sistemindən və nəfəsalma sistemindən. Əgər uşaq civəni udubsa (təbii ki, böyük bunu edə bilməz), uşağı dərhal qusdurmaq və təcili yardım çağırmaq lazımdır.
Digər - fövqalədə hadisə - sınmış termometr.
Sınmış termometrin içindən civə dərhal axır və kiçik kürəciklər şəklində ətrafa yuvarlanır. Civə çox tez buxarlanır və bu səbəbdən əgər evdə termometr sınıbsa, civə nəfəs yollarından orqanizmə daxil ola bilər. Nəticədə insan zəhərlənir. Civə zəhərlənməsi uzun müddət ərzində simptomsuz keçə bilər. İnsan əsəbilik, ürəkbulanması hiss edir, arıqlayır. Əksər hallarda insan buna fikir vermir və ya digər səbəblərlə əlaqələndirir. Lakin zəhərlənmə gizlincə insanın sinir sisteminə və böyrəklərinə yaxınlaşaraq orada ağır pozulmaların inkişafına səbəb olur. Nəzərinizə çatdıraq digər ağır metallar kimi, civə insan orqanizmində yığılır və orqanizmə düşdükdə buradan çox çətin xaric olunur.
Beləliklə, termometr sınıbsa zəhərlənmənin qarşısını alamaq üçün nə etmək lazımdır?
1. İsti otaqda civə daha tez buxarlanır. Bu səbəbdən otağın temperatutunu mümkün qədər azaltmağa çalışın – pəncərələri açın (lakin yelşəkən olmamalıdır), kondisioneri "soyuq" rejiminə qoşun, otaqda istilik sistemi varsa, onu da imkan daxilində söndürməyə çalışın. Bütün bunlar civənin buxarlanmasının intensivliyini azaldır.
2. Civəni tez yığmaq lazımdır. Bunun üçün rezin əlcəkdən istifadə edin ki, civə əllərlə təmasda olmasın. Tozsorandan, süpürgədən istifadə etmək olmaz!
3. Civənin xırda damcılarını skotç, plastrın köməyi ilə yığın.
4. Civə tökülən yerə heç kimi buraxmayın - civə ayaqqabılara yapışaraq bütün evə yayıla bilər.
5. Civəni və sınmış termometrin hissələrini diqqətlə soyuq su tökülmüş bankaya yığın və bankanı kip bağlayıb soyuq yerə qoyun (məsələn, balkona). Bu halda civə buxarlanmayacaq. Civəni kanalizasiyaya tökmək, zibil qutusuna tullamaq olmaz.
6. Civəni tam yığdıqdan sonra civə tökülən yeri yaxşı sılmək lazımdır (suya xloramın və ya tərkibində xloramin olan digər məişət vasitəni əlavə edin). Əsgini sonra tullayın.
7. Civə ilə təmasda olan əlcəyi, paltarları və ayaqqabıları tullamaq lazımdır.
8. Havada civənin konsentrasiyasını ölçmək və onun qalıqlarını xaric etmək üçün sanitar-epidemioloji xidmətdən mütəxəssis çağırmaq lazımdır. Yığılmış civəni sanitar-epidemioloji xidmətin nümayəndələrinə təhvil vermək lazımdır.

Saglamolun.Az

Maraqlı     Baxılıb: 1760   Tarix: 25 fevral 2017
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ağasıoğlunun 30 ildir üzərində işlədiyi kitab

Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlunun 30 ildir üzərində işlədiyi doqquz cilddən ibarət "İslamöncəsi Türk Tarixi" adlı ensiklopediya elmi ictimaiyyətə təqdim olunub. -

.

Ölkəmizdə məktəblər bağlanır? – Xəbərdarlıq

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

.

Azərbaycanda təhsil xərcləri artırılır

Gələn ilin dövlət büdcəsində Azərbaycanda təhsil xərcləri 4 milyard 549,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2% çoxdur. report-a istinadən xəbər verir ki, bu barəd

.

Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir

Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir. xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Müsabiqənin vakansiya seçimi mərhələsində vakant yer seçmək imkanı əvvəlc

.

Müəllim və direktorlara ŞAD XƏBƏR

2024-cü ilin dövlət büdcəsinin layihəsində müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat (93,6 milyon manat) vəsai

.

AMEA-da nə baş verdi və daha nələr olacaq? – Detallar

Gözlənildiyi kimi, Azərbaycan Milli Elmlər Akademiyasında ciddi islahat baş tutdu. Prezidentin fərmanı ilə AMEA-nın 24 institutu, Naxçıvan bölməsinin 2 institutu və bir rəsədxanası, Gəncə bölməsinin 3 institutu və Nəbata

.

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə start verilir. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən  -a bildirilib ki, müsahib

.

Hər kəsi heyrətə gətirən araşdırma: dünyada ölümsüzlük dövrü – FOTO

İspaniyanın Ovyedo Universitetinin Biokimya və Molekulyar Biologiya İnstitutunun araşdırması hər kəsi heyrətə gətirib. -a istinadən bildirir ki, ispan elm adamları qəsdən öldürülmə istisna olmaqla, çox uzun müddət yaşay

turlar.az

sonxeber.az geyim seçimi kosmetika mehsullari adlarin menasi qadin.net ari mehsullari cinsi mövzular eroziya xesteliyi kosmetika salatlar xanim az sevgi efsaneler novruz hakıştası