Tez-tez əllərinizi yuyursunuz, evi yığışdırırsınızsa... - Sizdə bu pozulma ola bilər!

Tez-tez əllərinizi yuyursunuz, evi yığışdırırsınızsa... - Sizdə bu pozulma ola bilər!Təmizlik, səliqə insanın ən gözəl xüsusiyyətlərindəndir. Lakin bəzən bu xüsusiyyətlər çox qabarıq, anormal forma alır ki, bu halda söhbət artıq obsessiv-kompulsiv psixiki pozulmadan gedir.
Xanim.az saglamolun.az-a istinadən bildirir ki, Amerika alimlərinin müşahidələrinə görə, bu pozulma əhalinin 1%-də müşahidə olunur. Obsessiv-kompulsiv pozulma mütləq müalicə olunmalıdır. Əks halda xəstəlik daha da ağırlaşır, insanın ailə və sosial həyatına olduqca mənfi təsir edir, hətta intiharlara səbəb olur.

Obsessiv-kompulsiv pozulmanın simptomları:

1. Əlləri tez-tez yumaq.

Obsessiv-kompulsiv pozulmadan əziyyət çəkənlər dəhşətli dərəcədə mikroblardan və infeksiyalardan qorxur ki, əllərini tez-tez yuyur, onları dəfələrlə sabunlayır, hər hansı bir əşyaya, digər insanın əlinə və s. toxunduqda dərhal əllərini yumağa gedir. Bəzən hamam otağından çıxdıqda "hiss edirlər" ki, əllərini yaxşı yumayıblar və yenə hamama qayıdıb əllərini yuyurlar.

2. Evi tez-tez yığışdırmaq.
Obsessiv-kompulsiv pozulmadan əziyyət çəkən insanlar daim fikirləşir ki, onların evi çirklidir və bu səbəbdən evi tez-tez yığışdırırlar. Evi yığışdırdıqdan az bir müddət sonra (bəzən 1-2 saatdan sonra) onlar yenidən "natəmizlik" hiss edir və yenə hər şeyi təkrarlayırlar.

3. Daim hər şeyi yoxlamaq.
Belə insanlar gün ərzində dəfələrlə çöl qapısının bağlı olub-olmadığını yoxlayır, edən çıxanda dəfələrlə qayıdıb ütünü, qaz plitəni, işığı yoxlayırlar.

4. Daim ətrafda hər şeyi hesablamaq.
Obsessiv-kompulsiv pozulmadan əziyyət çəkənlər daim pilləkənləri, çöldə binaları, maşınları və s. hesablayırlar.

5. Yaxın insanlarla olan münasibətlərini daim analiz etmək.
Belə insanlar hər dediyi sözü, hərəkəti analiz edir, daim hər bir sözün, hərəkətin dost, kolleqa, ailə üzvlərinin xətrinə dəyib-dəymədiyi haqda fikirləşirlər və s.

6. Öz xarici görünüşündən narazı olmaq.
Bu narazılıq anormal forma alır. Belə insanlar saatlarla güzgünün qarşısında durur və onları qane etməyən detalı analiz edirlər (məsələn, "burnum çox uzundur", "sinəm çox böyükdür" və s.). Bu kateqoriya insanlar tez-tez səbəbsiz olaraq plastik cərrahlara müraciət edir və hər hansı "eybəcərliyi" düzəltməyə xahiş edirlər.

Sağlamlıq     Baxılıb: 1590   Tarix: 08 iyul 2017
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Cinsi həyatı zəifləyən evlilər üçün - Tövsiyələr

Evlilikdən bir neçə il sonra cütlüklər cinsi münasibətdə problem yarandığının fərqinə varır. Bunun səbəblərini araşdırmadan bir-birini günahlandıranlar da olur, aşkar və ya gizli çıxış yolu, məsləhət axtaranlar da. "Medicina"

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

turlar.az

sonxeber.az yay kolleksiyasi maskalar qadın geyimi psixoloq meslehetleri salatların hazırlanması tərəvəz yeməkləri nar bilerziyi salati kosmetika dieta dostluq burclerin uygunlugu opusme kokelmek