Tez yorulmamaq üçün 7 tövsiyə

Tez yorulmamaq üçün 7 tövsiyəƏgər qısa bir yolu piyada getməklə yorulursunuzsa, günortanı mürgüləmədən günü sona vura bilməyəcəksiniz. Çünki ola bilsin ki, gün ərzində yorğunluqdan əziyyət çəkəsiniz.

Qadinsayti.az deyerler.org-a istinadən bildirir ki, yorğunluğun bir çox amilləri vardır: stress, dərmanlar, işin ağırlığı, xəstəlik və ya yuxusuzluq. Əgər belə fikirləşirsinizsə ki, bu yorğunluq uzunmüddətli olacaqdır, həkimə müraciət edin. Ancaq əksər hallarda bu yorğunluq qeyri-sağlam qidalanmaya görə olur. Lakin bu qidalanmaqla ilə bağlı problemi aradan qaldırmaq olar.

1. Protein: balıq, ət, lobya və süd məhsulları.

Əgər siz naharda tərəvəzdən ibarət olan sadə yemək yeyirsinizsə, günortadan sonra yuxunuz gələcəkdir. Ehtimal olunur ki, protein çatışmamazlığı vardır. Tədqiqatlar göstərir ki, o insanlar ki, naharda lazımlı qədər protein qəbul etmirlər, protein qəbul edənlərlə müqayisədə daha çox yorğun, stresli və fiziki cəhətdən çox zəif olurlar. Protein amin turşuları istehsal edir, bu da bədən üçün ən lazımlı maddələrdən biridir. Bədinin inkişaf etməsində, qan damarlarının əzələlərinin formalaşmasından saçlara qədər mühüm rola malikdir. Bundan başqa bu turşuların bizim ruhiyyəımıza və rəftarımıza da birbaşa təsiri vardır.

2. Dəmir: qırmızı ət, ciyər, lobya növləri.

Dəmir çatışmamazlığı nəticəsində qan azlığı əmələ gəlir. Bu da yorğunluğun amillərindən biridir. Ümumi zəiflik, yorğunluq, rəngin qaçması və sınmış dırnaqlar qan azlığının aydın əlamətləridir. Əgər qan azlığı hiss edirsinizsə, həkimə müraciət edin. Ancaq bəzən insan yaralanaraq, qan itirir, bunu isə yaxşı qidalanma ilə aradan qaldırmaq olar. Diqqət etsək görərik ki, dəmir heyvan mənşəli məhsullarda daha çox olur. Əgər bədən dəmir çatışmamazlıqlarını lobya və noxudla təmin edə bilirsə, onu mütləq tərkibində C vitamini olan qidalarla qəbul etməlidir. Çünki C vitamini dəmirin tez həzm olunmasına səbəb olar.

3. Karbohidratlar: buğda məhsulları, meyvə və tərəvəz.

Karbohidratlar da bədənə lazım olan ən mühüm maddələrdən biridir. Məsələn, çörək. Tədqiqatlar göstərir ki, o kəslər ki, səhər yeməyində çox sayda karbohidrat qəbul edirlər, gün ərzində daha şən və sevincli olurlar. Bundan başqa bilmək lazımdır ki, kəpəyin tərkibində B vitamini vardır. O zaman ki, bədəndə bu vitamin azlığı hiss edilir, enerjinin azalması imkanı daha çoxdur.

4. C vitamini: bəzi meyvələr, brokkoli, yaşıl bibər.

Müasir tədqiqatlar göstərir ki, C vitamininin çatışmamazlığı yorğunluq yaradır. Bu, vitamin immuniteti də artırır. Bu vitamin yaraların tez sağalmasına və dəmirin tez cəzb olunmasna gətirib çıxarar.

5. Maqnezium: kudunun toxumu, ispanaq.

İspanağın tərkibində çox sayda maqnezium maddəsi mövcuddur. Bu maddə qida maddəsini enerjiyə çevirir. Bu maddə bədəndə az olan insanlar, yorğunluq hiss edirlər.

6. Beta-karotin: kök, şirin kartof.

O zaman ki, yeməyiniz rəngarəng olur, xüsusi enerji hiss edirsiniz.

Kök, şirin kartof, ispanağın tərkibində çox sayda beta-karotin maddəsi vardır. Bu maddə azlığı olan zaman bədən təhlükəsizliyini zəiflədir, yorğun olur. Bu maddə bədəni viruslara, bakteriyalara qarşı müdafiə edir. Bu maddə eritrositlər üçün zəruridir.

7. Potassium: avakado, balqabaq.

Əgər bədəndə potassium maddəsi azalarsa, əzələ zəifliyi yaranar və insan yorğun olar. Potassium qida maddələrinin damarlara ötürülməsinə yardım edir. Ürək döyüntüləri, əzələ hərəkətlərini tənzimləyir. Bu maddə nəticəsində sümüklər sağlam olar.

Maraqlı     Baxılıb: 2095   Tarix: 20 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda təhsil xərcləri artırılır

Gələn ilin dövlət büdcəsində Azərbaycanda təhsil xərcləri 4 milyard 549,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2% çoxdur. report-a istinadən xəbər verir ki, bu barəd

.

Məktəbli forması almaq istəyən valideynlərin NƏZƏRİNƏ - Bir həftə ərzində

Növbəti tədris ilində şagirdlər yeni məktəbli geyimləri ilə oxuduqları təhsil müəssisələrinə üz tutacaqlar. Qəbul olunmuş yeni qərara əsasən, 2023-2024-cü tədris ilindən etibarən yalnız yeni məktəbli formalarından istifad

.

AMEA-da nə baş verdi və daha nələr olacaq? – Detallar

Gözlənildiyi kimi, Azərbaycan Milli Elmlər Akademiyasında ciddi islahat baş tutdu. Prezidentin fərmanı ilə AMEA-nın 24 institutu, Naxçıvan bölməsinin 2 institutu və bir rəsədxanası, Gəncə bölməsinin 3 institutu və Nəbata

.

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi başlayır

Bu gün şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək. report-a istinadən xəbər verir ki, esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrin

.

Yeniliklər hədəflərə çatmağa geniş imkan yaradacaq - Günel Səfərova

Azərbaycanda son illərdə önəmli bir proses başlayıb. Bu prosesin əsasını, ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə, ölkə konstitusiyasının tələblərinə tam riayət etməklə Qarabağın yenidən qurulması və həmvətənlərimizi

.

II və III ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb

II və II ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. İmtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, "cavab kartı" və "cavab vərəqi"ni

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

.

Nazirlik: 743 müəllim təkrar sertifikatlaşdırmadan keçməyib

Ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 nəfər ibtidai sinif müəllimi iştirak edib və bu prosesdə 97 faiz davamiyyət qeydə alınıb. Elm və Təhsil Nazirliyindən  -a verilən xəbərə görə, prosesi uğurl

.

Ölkəmizdə məktəblər bağlanır? – Xəbərdarlıq

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?

turlar.az

sonxeber.az gozel gorunmek reseptler hamiləlik xina yaxdi sozleri sulu yeməklər merlin monro qış ayaqqabıları kosmetika banan burclerin uyumu maya maskasi novruz bayramına aid hakıştalar bayatılar