Tibbdə YENİLİK - Qulaq pərdəsini belə bərpa edirlər

Tibbdə YENİLİK - Qulaq pərdəsini belə bərpa edirlərKuban Dövlət Tibb Universiteti zədədən sonra qulaq pərdəsini bərpa etmək üçün membran hazırlayıb. 
Milli.Az lent.az-a istinadən bildirir ki, sözügedən layihə "Naukabiomed" forumunda təqdim olunub.
"Qulaq pərdəsinin travması nəticəsində 22% hallarda cərrahi müalicə tələb edən davamlı perforasiyalar əmələ gəlir. Bu, qulaq pərdəsinin xarici divarında ağrı, səs-küy yaxud cingiltiyə səbəb olan və eşitmə qabiliyyətinin azalmasına gətirib çıxaran deşik ya da yırtıqdır. Tipik olaraq, cərrahlar greft kimi temporal əzələ fasyasından və ya aurikulyar tragus qığırdaqından istifadə edirlər. Lakin bu əlavə əməliyyat yüksək fəsad riski ilə əlaqələndirilir", - deyə mütəxəssislər bildirib.
Onların sözlərinə görə, hazırlanmış hidrogel bioloji parçalana bilən membran zədə sahəsini təbəqə ilə əhatə edəcək və birləşdirici toxuma lifləri onun boyunca yönəldiləcək. Beləliklə, membran qulaq pərdəsinin toxumasını bərpa etməyə kömək edəcək.
Membran yaraların sağalmasını sürətləndirməyə, mirinqoplastika zamanı travmanı və residiv riskini azaltmağa imkan verir. Bundan əlavə, bu, əməliyyat prosesini sürətləndirir. Belə ki, cərraha avtogrefti çıxarmaq üçün əlavə kəsiklərə ehtiyac olmadan, yalnız lazımi membran parçasını kəsib onu yaraya sürtmək kifayətdir olacaq. 
Membran materialının tərkibi hazırda patentləşdirilir. Ona görə də alimlər onu açıqlaya bilmirlər. Bununla belə, materialın əsas komponentinin natrium alginat olduğu məlumdur. Uzun müddət ondan insanlarda tibbi müalicə üçün istifadə edilib və təhlükəsiz olduğu sübut olunub.
"İndi membranın ilk nümunələrinə sahibik və bu yaxınlarda cərrahi texnikanı təkmilləşdirmək üçün bir dovşan üzərində sınaqlar keçirdik. İndi biz gələcək işlər üçün maliyyə axtarışdayıq", - deyə mütəxəssis fikrini yekunlaşdırıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 740   Tarix: 25 noyabr 2023
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

.

Botoksun psixikaya faydası üzə çıxdı

Botoks toksin inyeksiyasının nəinki miqren, həmçinin depressiya və təşvişi azaltması sübut olundu. Milli.Aaz "Medicina"ya istinadən xəbər verir ki, təmizlənmiş neyrotoksin olan botoks hazırda qırışları açmaq v

.

Niyə körpələrə yumurta ağı vermək olmaz?

Yağla zəngin olan yumurta sarısı uşağa 7-ci ayından verilməlidir. .   -a istinadən bildirir ki, uşaq bir yaşına çatana qədər yumurta ağını istehlak etmək tövsiyə edilmir. . Dondurulmuş çörəyin faydaları nələrdir?. Doğru bilinə

.

Keyfiyyətli kolbasanı necə seçmək olar? – DİQQƏTLİ OLUN

Kolbasaları çoxlarının sevdiyi məşhur qidalardan biricif. Bəs, doğru kolbasaları necə seçmək olar? .   -a istinadən xəbər verir ki, hər zaman tərkibinə diqqət etməlisiniz. Buna görə də, tərkibindəki maddələri təhlil etməy

.

Bu problemləri yaşamaq istəmirsinizsə, stressdən uzaq olun

Dərimiz gündəlik həyatımızın qaçılmaz hissəsi sayılan stressin ən ağır yükünü daşıyır. Buna görə də bir çox dəri xəstəlikləri yaranır. . -a istinadən xəbər verir ki, dərimiz bədənimizin ən böyük orqanıdır və ətraf mühit faktorların

.

Ağrı yoluxucudur – ARAŞDIRMA

Uydurma tibbi prosedurdan əvvəl bir insana bunun ağrılı olduğunu göstərsəniz, o, özünütəlqin səbəbindən narahatlıq duya bilər.   -a istinadən xəbər verir ki, bunu nəticələri "Communications Psychology" (Commun

.

Günəş əleyhinə kremlər dəri xərçəngi yaradır- XƏBƏRDARLIQ

"Həkimlər xüsusi kremlərdən istifadə edərək özünüzü Günəşin mənfi təsirinə məruz qalmadan qorumağı tövsiyə edirlər. Amma burada bir nüans var: Bu zaman orqanizmdə D vitamini ifraz olunmur. Bu vitamin çox az olarsa, dər

.

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın

Səhər oyananda müşahidə olunan baş ağrısı bütün günü təsir edən və həyat keyfiyyətini aşağı salan bir vəziyyətdir. Baş ağrısı problemi yarananda ağıla tez-tez gələn üsul ağrıkəsicilərdən istifadə etməkdir. -a istinadən xəbə

.

Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız

Göz altındakı şişlik və ya torbalar qadınların 80%-nin problemidir. Yaşlanma, sıx emosiyalar, yuxu olmaması və ya müəyyən sağlamlıq şərtləri gözlərin şişməsinə səbəb ola bilər. Eyni şey duza aiddir - duzlu qidaların həddində

turlar.az

sonxeber.az maskalar adlarin menasi geymler 2024 marqarita pizza hamiləlik hesablama hamilə qadın hakışta sözləri kosmetika yumurta naz mila cantalar hekaye janri fitat