Tibbi dərmanlarla bitki dərmanlarını eyni vaxtda qəbul etmək olmaz

Tibbi dərmanlarla bitki dərmanlarını eyni vaxtda qəbul etmək olmaz"The Telegraph" qəzeti alimlərə istinadən yazır ki, statinlər və antidepressantlar kimi dərmanları qəbul edən və ya xərçəng terapiyasında olan pasientlər dərman bitkilərindən istifadə etməməlidirlər.
Bir çox adamlar tibbi dərmanlarla yanaşı adi dazı və jenşen kimi ilk baxışdan ziyansız görünən təbii vasitələri də qəbul edirlər.
Lakin Cənubi Afrika Tibb Araşdırmaları Mərkəzində aparılmış təcrübələr tibbi dərmanlarla yanaşı bitki dərmanlarını qəbul edənlərin 28 faizinin səhhətinin ciddi təsirə məruz qaldığını göstərib.
Məlum olub ki, adaçayı, adi kətan, adi dazı, mərcanı, yaşıl çay və çobanyastığı kimi bitkilərdən hazırlanmış vasitələr ürək-damar xəstəlikləri zamanı qəbul edilən tibbi dərmanlarla təhlükəli reaksiyaya girə bilər.
Antidepressant qəbul edənlər və xərçəng terapisyasından keçənlərdə də dərmanlarla təbii vasitələr arasında təhlükəli reaksiyalar qeydə alınıb.
Alimlər bildirirlər ki, bir çox pasientlər bir qayda olaraq dərmanlarla yanaşı bitki vasitələrindən istifadə etdiklərini müalicə edən həkimlərdən gizlədirlər. Onların fikrincə, bundan xəbərsiz olan həkimlər tibbi dərmanlarla mümkün reaksiya haqqında da məlumatsız qalırlar.
"Bitki dərmanlarının və tibbi dərmanların eyni vaxtda qəbul edilməsi yüksək qan təzyiqi, xərçəngi, diabeti, qıcolmaları və depressiyası olanlar arasımda xüsusilə geniş yayılıb" -professor Charles Awortwe deyir
Alimlər bildirirlər ki, belə halların mümkün fəsadları barədə pasientlərə ciddi xəbərdarlıq edilməlidir.
Britaniyadakı Exeter Universitetinin professoru Edzard Ernst-in fikrincə, həkimlər öz pasientlərinə açıq və qəti şəkildə bildirməlidirlər ki, tibb dərmanları ilə bitki dərmanlarının bir yerdə qəbulu yolverilməzdir.
Professor bunu da əlavə edib ki, bitki dərmanlarının təsiri hələlik tam öyrənilməyib
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 853   Tarix: 29 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Gözəllik prosedurları üçün ən ideal yaş dövrü hansıdır?

Rusiyalı kosmetoloq Yekaterina Şostak xüsusi inyeksiyaların köməyi ilə cavanlaşmaq üçün hansı yaşın daha uyğun olduğunu açıqlayıb. -a istinadən bildirir ki, inyeksiya ilə üz dərisini cavanlaşdırmaq üçün ən uyğun yaş menopauzada

.

İqlim dəyişikliyi bu xəstələrə mənfi təsir göstərir

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir.   -a istinadən xəbər verir ki, bu barədə Los-Ancelesdəki Kaliforniya Universitetinin himayəsi altında fəaliyyət göstərən bir qrup alimi

.

Kartof əvəzinə bu tərəzdən istifadə edin - 70 dəfə daha faydalıdır

Kərəviz də kartof kimi kök tərəvəzdir. Tərkibində çoxlu mineral olan kərəvizi kartof əvəzinə istifadə etmək olar.   -a istinadən xəbər verir ki, xüsusilə karbonhidratdan uzaq durmaq istəyənlər, pəhriz saxlayanlar yemək v

.

Saç tökülməsinin qarşısını alan 3 əsas qida

Araşdırmalara görə, 3 məşhur vitamin və mineral saç tökülməsinin qarşısını almağa kömək edə bilər. -a istinadən xəbər verir ki, saç tökülməsi tez-tez stress və ya hormonal dəyişikliklər nəticəsində yaranan ümumi bir problemdir

.

Siqareti tərgitdikdən sonra niyə kökəlirik?

"Siqareti buraxdıqdan sonra çəki artımı siqareti tərgitmə faktı ilə deyil, pis qidalanma vərdişləri (şəkər, duz və qızardılmış qidalardan sui-istifadə) ilə əlaqələndirilir". "Unikal"a istinadən xəbər veri

.

Çirkli ev sağlamlığınız üçün faydalı ola bilər – İlginc açıqlama

Evini tez-tez təmizləməyən insanların sizdən daha sağlam olmasında məhz "pintilik" amili rol oynaya bilər?. Bu, qeyri-mümkün səslənsə də, elm adamları məişət mikroblarının sağlamlıq üçün faydalı ola biləcəyini deyirlər

.

Mütləq səhər yeməyi yeyin

Həkimlərin əksər hissəsi səhər yeməyini əsas qida qəbulu kimi qiymətləndirir. axşam.az-a istinadən bildirir ki, səhər yeməyi orqanizmi "işə salır", ona lazım olan enerji ilə təmin edir. Təəssüf ki, insanların əksə

.

Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri

Səhər saatlarında yeyilən şirin sıyıq orqanizmə zərərli təsir göstərir.   -a istinadən xəbər verir ki, mütəxəssislərin gəldiyi qənaətə əsasən, xüsusən səhər saatlarında karbohidratlardan uzaq durmaq daha yaxşıdır. Eyni zamand

.

Diqqət: Bu kartof çox təhlükəlidir

Göyərmiş, yaşıla çalan kartof ən zəhərləyici təsirli kartofdur. -a istinadən xəbər verir ki, terapevt, tibb elmləri namizədi Marqarita Koroleva yaşıl rəng almış kartofun zərərindən danışıb:. "Kartof gün altında uzu

turlar.az

sonxeber.az toy makiyajlari gozel gorunmek toy makiyaji sekilleri qadinlar haqqinda maraqli melumatlar hamilə geyimləri ərzaqlar aksesuar kosmetika lakonizim usaq seirleri sperma qaynana uzeyir hacibeyli