"Titanik"in gerçək FOTOLARI: Sən demə, gəmi batarkən...

Xanim.az bu dəfə sizə Titanik tapılarkən çəkilən fotolarını təqdim edirik.

"Titanik"in gerçək FOTOLARI: Sən demə, gəmi batarkən...1912-ci ildə aysberqə çarparaq batan "Titanic"i tapmaq üçün uzun illər araşdırmalar aparıldı.

"Titanik"in gerçək FOTOLARI: Sən demə, gəmi batarkən...Batan "Titanik"i ilk olaraq dəniz alimi Robert Ballard 1985-də kəşf etdi.

"Titanik"in gerçək FOTOLARI: Sən demə, gəmi batarkən...Ballard və qrupu 3 min 657 metr dərində yatan Titanic`in ilk fotoşəkillərini çəkməyi bacardı.

"Titanik"in gerçək FOTOLARI: Sən demə, gəmi batarkən...Bu şəkillər 1997-ci ildə çəkilən 11 oscarlı film üçün meydana gətirilmişdi.

"Titanik"in gerçək FOTOLARI: Sən demə, gəmi batarkən...Gəminin dərinlikdə və hər bir kvadrat santimetrdə böyük bir təzyiq altında tapılması, xərci 25 milyon dollara çatan və dəniz səviyyəsindən Titanik`in basdırılmış olduğu yerə qədər 2.5 saatda çata bilən xüsusi araşdırma dəniz altı gəmilərinin tikilməsinə gətirib çıxardı. Bu dənizaltı gəmiləri isə yalnız 3 adam daşıya bilir.

"Titanik"in gerçək FOTOLARI: Sən demə, gəmi batarkən...Titanik`in dənizdən çıxardılmasıyla əlaqədar proyektlər 1987-ci ildə başladı və texnologiyanın inkişafıyla günümüzə qədər müxtəlif vasitə və vəsaitlərlə davam etdirilməyə davam edir.

"Titanik"in gerçək FOTOLARI: Sən demə, gəmi batarkən...Və o məşhur gəminin təsir edici hekayəsi...

"Titanik"in gerçək FOTOLARI: Sən demə, gəmi batarkən...1912-ci ildən qalma bu biletin sahibi, tarixin ən şanslı insanlarındandır. Çünki bileti təşkil edən White Star Line dəniz şirkəti, Titanic`in sahibi olan şirkət idi. Biletdə əl yazısı ilə ifadə edilən gəminin adı isə Titanic...

"Titanik"in gerçək FOTOLARI: Sən demə, gəmi batarkən...Dünyanın ən böyük dəniz faciələrindən birinin yaşandığı Titanic`ə bileti olub, nəhəng gəminin ilk səfərini qaçıran bu biletin sahibi, əslində mütləq bir ölümdən də xilas olmuşdu...

"Titanik"in gerçək FOTOLARI: Sən demə, gəmi batarkən...İnsan oğlunun xəyal gücünün bir məhsulu olan bu gəmi, eyni zamanda təbiət qarşısında insanlığın çarəsizliyini də gözlər önünə sərmişdi.

"Titanik"in gerçək FOTOLARI: Sən demə, gəmi batarkən...1910-cu ildə White Star Line şirkəti, hazırlatdığı plakatlarda "batması qeyri-mümkün" olan bir gəminin reklamını edirdi.

"Titanik"in gerçək FOTOLARI: Sən demə, gəmi batarkən...1861-ci ildə İrlandiyada qurulan Harland and Wolff limanı, Titanici tikmə vəzifəsinə 31 Mart 1909 tarixində başlamışdı.

"Titanik"in gerçək FOTOLARI: Sən demə, gəmi batarkən...Hər şeyiylə "ən böyük", "ən ehtişamlı" və "ən güclü" olması planlanan Titanic`dən əvvəl Olympic gəmisi tikilmiş və səfərlərə başlamışdı.

"Titanik"in gerçək FOTOLARI: Sən demə, gəmi batarkən..."Titanik"in gerçək FOTOLARI: Sən demə, gəmi batarkən...Olympic həm Titanic`in qabaqcılı olmuş, həm də White Star Line`nin çıxarmağı planladığı 3 nəhəng reys gəmisi üçün sinif adı olmuşdu.

"Titanik"in gerçək FOTOLARI: Sən demə, gəmi batarkən...Tam 46.328 ton olaraq tikilən Titanic`i hərəkət etdirə bilmək üçün iki ədəd dörd silindrli buxar mühərriki istifadə edilirdi.

Beləcə, nəhəng Titanic`in "ürəyi" tam 59.000 gücə çıxarırdı...

1909-cu ildə inşasına başlanan Titanic`in gövdəsi 31 May 1911-də bitirildi.

Gəminin digər hissələrinin bitirilməsi də az qala haradasa bir il daha davam etdi və 31 Mart 1912-də tamamlandı.

Beləcə 269 metr uzunluğunda, 28 metr genişliyində, 46.328 ton ağırlığındakı bu nəhəng dənizə endirildi...

Titanic`in içi də bənzərsiz olması üçün hazırlanmışdı. Gəmidə bir üzmə hovuzu, idman salonu, kitabxanalar və bir türk hamamı da var idi.

Bütün bu ehtişamıyla Titanic tam 3.547 adamı daşıya biləcək bir gəmi idi.

Normalda 3 bacalı olaraq hazırlanan gəmiyə "daha təsir edici görünsün" deyə, bir baca daha əlavə olunmuşdu.

Dənizə endirildikdən sonra Titanic Belfastdan İrlandiya dənizinə aparıldı və testlərə başlandı.

Bu fotoşəkildədə Titanic, ilk səfərinə başlamaq üçün Southamptondaykən görülür.

Fotoşəkilin çəkildiyi tarix 2 Aprel 1912...

Bu nəhəng gəminin ilk səfərinə qatılmaq üçün milyonerlər, siyasətçilər, aktyor və aktrisalar sıraya girmişdilər.

Səyahətin hələ başında, Southampton limanını tərk edərkən Titanic bir təhlükə sovuşdurmuş və New York gəmisiylə vuruşmaqdan son anda xilas olmuşdu.

10 Aprel 1912 günü tarixi səfər başladı...

Gəminin əmri Kapitan Edward J. Smithə verilmişdi.

Titanic`in ikinci dayanacağı Fransa oldu. Buradan götürdüyü yolçularla gəmi cəmi 2.240 adamla New Yorka doğru yola çıxdı.

14 Aprel gecəsi istilik az qala haradasa 0 dərəcəyə qədər düşmüşdü. Kapitan Smith, telsizlə gələn aysberq xəbərdarlıqlarını diqqətə alıb, gəminin rotasını bir az daha cənuba çəkmişdi.

Səma son dərəcə açıq idi, ancaq ay yox idi. Saat 11.40-da gəminin iki gözçüsü körpüyə telefonla "Aysberq, tam önümüzdə" mesajını çatdırdığı zaman artıq çox gec idi...

Vəzifəsini Kapitan Smith`dən götürən İkinci Kapitan Murdoch, bir çoxlarına görə səhv bir qərar verərək gəmini çevirdi və aysberq Titanic`ə daha möhkəm olduğu deyilən burnu yerinə, yandan çarpmış və daha çox ziyan almışdı.

Titanic tikilərkən 16 su keçirməz bölməylə qorunmuş və bu bölmələrdən 4-ü suyla dolsa belə batmayacaq şəkildə hazırlanmışdı. Ancaq aysberqin çarpmasıyla tam 6 bölmə ziyan görmüş və gəmi sürətlə suyla dolmağa başlamışdı.

Yalnız dəqiqələr içərisində gəminin içərisindəki su 2.5 metr yüksəkliyə çatmışdı. 12.27-də 65 adam tutumu olan ilk qurtarma botu yalnız 28 adamla suya endirildi. Titanic`də cəmi 1.178 adamı daşıma tutumunda 20 qurtarma botu var idi.

Telsiz operatorları davamlı kömək çağırışları göndərirdilər, ancaq Titanic`ə ən yaxın gəmi olan Carpathianın dağıntıya çatması 4 saat davam edəcəkdi. Körpüdən başqa bir gəminin işıqları görülsə də, bu əsrarəngiz gəmi Titanic`lə heç bir şəkildə ünsiyyətə keçməmiş, çağırışlara cavab verməmişdi.

Saat 2.05-də gəminin burnu tamamilə sular içərisində idi. 2.17-də suların yüksəkliyi göyərtəyə qədər gəldi. Gəminin istehsalında istifadə edilən vəsaitin əsnəmə xüsusiyyəti olmaması, qorxunc sonu sürətləndirdi. Gövdə içəri dolan sulara dözə bilmədi və tam mənasıyla ikiyə ayrıldı. Əvvəl burun batdı. Bir neçə dəqiqə sonra da arxa qisimi saat 2.20-də sulara basdırıldı.

Böyük bir dəhşətin yaşandığı təxminən 2.5 saatlıq müddətin sonunda tarixin ən böyük dəniz qəzalarından biri ortaya çıxdı...

2.223 adamdan yalnız 706-ı xilas olmuş, 1.516 adam həyatını itirmişdi.

Ölənlərin çoxu, -2 dərəcədəki dəniz sununda hipotermiye girmiş və həyatını itirmişdi.

Titanic`in batması dənizçiliyi, dəniz səyahətlərinə yanaşması və gəmi dizaynlarını çox dərindən təsir etdi.

1 sentyabr 1985-ci ilə qədər yeri kəşf edilə bilməyən dağıntı, bu tarixdə Dr. Robert Ballard liderliyindəki bir qrup tərəfindən tapıldı və bütün dünya Titanik faciəsini bir dəfə daha xatırladı...
BiG.AZ

Maraqlı     Baxılıb: 2603   Tarix: 11 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçildi

Bu gün AMEA-da prezident seçkiləri keçirilib. xəbər verir ki, seçkidə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli əsas namizəd olub və qurumun prezidenti seçilib. Qeyd edək ki, qurumun sonuncu prezidenti Ramiz Mehdiyevi

.

II və III ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb

II və II ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. İmtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, "cavab kartı" və "cavab vərəqi"ni

.

Hissin mahnısının sözlərinin imtahan bazasına salınmasına DİM-dən REAKSİYA - FOTO

Dövlət İmtahan Mərkəzi Azərbaycanda özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahan sualında müğənni Hissin mahnısının sözlərinin yer alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

.

Müəllim və direktorlara ŞAD XƏBƏR

2024-cü ilin dövlət büdcəsinin layihəsində müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat (93,6 milyon manat) vəsai

.

NASA "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb - FOTO

ABŞ-ın aeronavtika və kosmik fəzanın tədqiqatı üzrə milli idarəsi (NASA) "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb. "Report"a istinadən bildirir ki, fotolar Ceyms Vebb kosmik teleskopu vasitəsil

.

AMEA-da prezident seçkiləri keçiriləcək

AMEA-da prezident seçkiləri, ənənəyə uyğun olaraq həqiqi və müxbir üzvlərin seçkiləri keçiriləcək. Həm AMEA-nın balansında qalan, həm də yeni nazirliyə verilən elmi institutlar öz işlərini əvvəlki qaydada davam etdirəcəklər

.

Fizika üzrə Nobel mükafatının qalibləri açıqlandı

Bu gün İsveçin paytaxtı Stokholm şəhərində Fizika üzrə 2022-ci il Nobel mükafatı qaliblərinin adları açıqlanıb. APA-ya istinadən bildirir ki, qaliblərin elan olunma mərasimi İsveç Kral Elmlər Akademiyasında keçirilib. Fizik

.

Məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır

Bu gün saat 11:00-da 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır. Elm və Təhsil Nazirliyindən  -a bildirilib ki, proses elektron sistemi üzərindən həyata keçiriləcək. Azərbaycan bölməs

.

Ölkəmizdə məktəblər bağlanır? – Xəbərdarlıq

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?

turlar.az

sonxeber.az geyim və ayaqqabılar gelinlikler qis geyimləri 2024 bir yaşına qədər körpələrə qulluq pnevmoniya xesteliyi həsrət şəkilləri qaslar kosmetika bürcler google novruz bayramı haxışta bayati haxisdalar