Toylar bu qaydalarla keçirilə bilər - ƏSAS ŞƏRTLƏR

Toylar bu qaydalarla keçirilə bilər - ƏSAS ŞƏRTLƏR"Açıq havada maska taxmaq qaydası ləğv edilməlidir. Çünki üzü yaya gedirik".
Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist İlhamə Abbasova deyib.
O bildirib ki, insanlar məsuliyyətli davransa, açıq havada maska taxmadan da yaşamaq olar:
"Havalar daha da istiləşəcək və bununla bağlı maskadan çox istifadə etmək insanların səhhətində havasızlıq, hepoksiya, beyinə oksigenin az getməsi kimi problemlər yarada bilər. Buna görə də məsləhət görərdim, açıq havada maska taxmaq ləğv olunsun. Lakin insanlar bilməlidirlər ki, məsafə saxlamaq mütləq vacibdir. Yəni bir insan ikinci bir şəxslə açıq havada söhbət edirsə, ən azı 1 metr, 1.5 metr aralarında məsafə olmalıdır. Bu qaydaya əməl etməklə hər bir insan məsuliyyəti üzərinə götürsə, açıq havada maska taxmadan da yaşamaq mümkün olar.
Onsuz da bizdə hazırda restoranlar, kafelər işləyirlər. Həmin restoranlarda baxırsan 70-80 nəfər yığışır. Toyların keçirilməsinə icazənin verilməsi məsləhət olardı. Və üzü yay aylarına getdiyinə görə toyların da açıq havada keçirilməsi daha yaxşı olar. Qonaq sayının 70-80 olması, bir masa arxasında 5-6 nəfərdən artıq şəxsin olmaması, masalar arasındakı məsafəyə nəzarət olunması və keçirilmə vaxtının saat baxımından qısa olması şərti ilə toylar keçirilə bilər. Yəni 3-4 saat yetərlidir ki, toyların heç olmamağındansa, bununla kifayətlənmək daha yaxşıdır. Ən azından ölkədə yoluxma sayının azalmasını, əhalimizin vaksinasiyada aktivliyini nəzərə alaraq bir balaca yumşalmalara getmək olar. Ancaq əvvəlki kimi 300-400 nəfərlə toy edib və qapalı mühitdə bu 6-7 saat çəksin, belə olmamalıdır. Toylar açıq havada keçirilsə daha yaxşı olar.
Bütün bunlarla paralel yenə də vaksinasiya önəmlidir. Əhali arasında vaksinasiya prosesinin davam etdirilməsi, təbliğatı bir az da artırmaq, insanları vaksinasiyaya cəlb etmək məsləhətdir".
Təhməz Əsədov
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 993   Tarix: 22 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən qəribə və müalicəsi olmayan XƏSTƏLİKLƏRİ

Diabet, hipertoniya və ya astma kimi demək olar ki, hamımızın eşitdiyi tibbi xəstəliklər var. . unikal-a istinadən xəbər verir ki, insanlar bədənlərindəki balanssızlıqlar və ya zərərli orqanizmlərin yaratdığı problemlər səbəbində

.

Belə nəfəs almaq ağciyərlərə ZƏRƏR VURUR

"Dayaz nəfəs almaq, siqaret çəkmək, oturaq həyat tərzi və əyilmək ağciyər tutumunu azalda bilər". -a istinadən bildirir ki, bu barədə Nijni Novqorod Regional Səhiyyə və Tibbi Profilaktika Mərkəzinin baş həkimi Nataly

.

Çox bişmiş yumurta təhlükəlidir - XƏBƏRDARLIQ

Bir çox insan yumurtanın nə qədər sağlam olduğunu bilir. Yumurta zülal və əvəzolunmaz amin turşuları ilə zəngindir. Lakin yumurtanın uzun müddət bişirilməsi zamanı yaranan toksinlər bəzi insanlarda zəhərlənməyə və hətta boğulmalar

.

Avokado gözəlliyi qorumaq istəyənlərə necə kömək edir?

Avokado yüksək qida dəyəri olan meyvə kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.   -a istinadən xəbər verir ki, 100 q meyvədə təxminən 160 kalori var. . Bunlar pəhriz hesab olunur, çünki tərkibində yalnı

.

Arıqladır, gözəlləşdirir - Alçanın inanılmaz faydaları

Artıq alça mövsümüdür. Bir çox insanın sevimli meyvəsi olan alça sağlamlığa faydaları ilə də diqqət çəkir.  xəbər verir ki,  alçanın faydalarını araşdırıb:. Alça tərkibindəki vitamin və minerallar sayəsində əsl şəfa mənbəyidir

.

Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?

Hipertoniyaya qarşı təzyiq salıcı dərmanları günün hansı saatında içmək lazımdır ki, xəstələr özlərini qorusun?.   -a istinadən xəbər verir ki, rusiyalı həkimlər Yelena Malışeva və German Gandelman hipertoniklərə tövsiyələ

.

Yaponiya 2 milyardlıq COVID-19 peyvəndini atır

Yaponiya əvvəllər alınmış ümumi dəyəri təxminən 1,93 milyard dollar (3,281 milyard manat) olan böyük həcmdə COVID-19 preparatlarını məhv etmək niyyətindədir.   -a istinadən xəbər verir ki, Shionogi" şirkətinin istehsal

.

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu

.

Şəhər, yoxsa kənddə yaşamaq – Harda xərçəng daha çox yaranır?

Kənd insanının bədəni sağlam, ömrü uzun olur deyirlər. Həqiqətənmi şəhərdən uzaq yaşamağın özü sağlamlıq üçün yetərlidir?.   -a istinadən xəbər verir ki, paytaxtda və kənddə yaşamaq orqanizmə fərqli risklər yaradır və hərəsini

turlar.az

sonxeber.az hamiləlik adlarin menasi geyim seçimi yagli saclar ucun meslehetler valideyn haqqinda kosmetika dişlərə qulluq kosmetika rus dilini oyrenek 2ci ders vətənə aid atalar sözləri novruz faydalı bilgilər səməd vurğun