"Toyların olmayacağına niyə sevinirsiniz?" - Nərgiz Cəlilova

"Toyların olmayacağına niyə sevinirsiniz?" - Nərgiz Cəlilova"İnsanların bu qədər aqresiv olmasını anlamıram. Hərdən bunu çözmək istəyirəm. Karantin günlərində də insanlar bir-birinə dayaq olmaq əvəzinə tənqid yazır, əsəb göstərirdilər. Əgər pandemiya bizi birləşdirmədisə, nə birləşdirə bilər?".
Open.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nərgiz Cəlilova İnstaqramda canlı yayımda deyib. Əməkdar artistlər Tahir və Cabir İmanovun virtual qonağı olan aparıcı sosial şəbəkədəki tənqidlərdən bəhs edib.
O bildirib ki, karantin günlərində evdən yalnız işlə bağlı çıxıb: "Yalnız işə gedib-gəldim. Başqa günlər də evdə oturdum".
N.Cəlilova telekanallardan bəhs edərək bunları söyləyib: "Televiziyalar dövrün və zamanın tələblərinə uyğun hərəkət etməlidir. Cəmiyyətdən bir addım öndə olmalıdır. Hətta saytlarda dərc edilən xəbərləri də qabaqlamalıdır. Çox təəssüf ki, hazırda tam əksini görürük. Ona görə də indi çoxları deyir ki, Azərbaycan kanallarına baxmırıq, maraqsızdır.
Verilişlərdə eyni fikirlər başqa-başqa cümlələrlə səsləndirilir. Buna görə də tamaşaçıya maraqsız gəlir.
Niyə bilmirəm, amma tamaşaçılar insanların efirdə yazıq vəziyyətini görmək istəyirlər. Yaşa dolmuş yaradıcı insan formadadırsa, təravətini itirməyibsə, ağlı başındadırsa, izləyicilər ona xoşagəlməz sözlər yazırlar, zahiri görünüşünü lağa qoyurlar. Amma yaşa dolmuş incəsənət nümayəndəsi bir problem yaşayırsa, insanların dərhal ona yazığı gəlir və başlayırlar dəstək olmağa".
Cəlilova toyların dayandırılmasından da bəhs edib. O, sosial şəbəkədə el şənliklərinin sentyabra qədər təxirə salınması xəbərinə "Dostumuz Murad Arif sosial şəbəkə hesabında yayılan bu xəbərlərlə bağlı iradını bildirdi. Toy qadağasına sevinən insanlar, nəyə görə sevinirsiz? Ən işlək bizneslərdən biri də toydur. Toylardan bir ordu qədər insan evinə çörəkpulu aparır. Siz sevinirsiniz ki, sabah müğənnilər toysuz, pulsuz qalacaq. Toyları idarə edən təkcə müğənnilər, musiqiçilər deyil. Orada bir ordu insan çalışır. Bu sevincin mənbəyini anlaya bilmirəm" reaksiyasını verib.(axşam.az)

Şou Biznes     Baxılıb: 1365   Tarix: 18 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Məşhur müğənni polis tərəfindən saxlanılıb

Məşhur türkiyəli müğənni Kalben həbs olunub. xəbər verir ki, müğənni Kalben İstanbulda narkotik əməliyyatında saxlanılıb. Onun polisə verdiyi ifadəsində billdirilib ki, o, narkotik vasitəni satmayıb, özü istifadə edib. Ayse

.

Məşhur aktrisanın oğlu cinsiyyət dəyişdirdi - FOTO

Məşhur aktrisa Çiçek Dilligil və musiqiçi Bora Öztoprakın oğlu Ardahan Öztoprak cinsiyyət dəyişdirmək qərarına gəlib. xəbər verir ki, məşhur ailə adını Ayda qoyan övladlarının qərarını dəstəklədiklərini və bu ərəfədə onu

.

Aktrisadan maraqlı cavab: 'Ətək kişilərə daha çox yaraşır

"Həyat Bilgisi" serialı ilə məşhurlaşan Barbie ləqəbli aktrisa İpek Erdem kişilərin plastik əməliyyat etdirməsi ilə bağlı diqqətçəkən çıxış edib. xəbər verir ki, uzun zamandır ekranlarda görünməyən aktrisa jurnalistləri

.

Aşıq Əli: "Dərmanlardan sonra kökəldim

"Uşaqlıqda xəstə olmuşam. Dərmanlardan sonra kökəldim". -a istinadən xəbər verir ki, bu sözləri aşıq Əli Tapdıqoğlu verilişlərin birində deyib. Artıq çəkisindən danışan sənətçi buna keçirdiyi xəstəliyin səbəb olduğun

.

"Avroviziya-2024"ün ikinci yarımfinalı başlayıb

İsveçin Malmö şəhərində 68-ci "Avroviziya-2024" mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib. xəbər verir ki, Malmö arenanın əsas səhnəsində 16 ölkənin təmsilçiləri musiqi nömrələrini nümayiş etdirəcəklər

.

Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO

Bir müddət öncə boşanma xəbərləri ilə gündəm olan müğənni Elçin Cəfərov xanımı ilə barışıb. xəbər verir ki, Elçin "Instagram"da xanımı Aydan Rüstəmxanlını yenidən izləməyə başlayıb. Barışığın təsdiqi kimi isə digə

.

Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir?

Mərhum "Toppuş bacı" ləqəbli Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyalın yenidən evlənməsi ilə bağlı məlumat yayılıb. Bu barədə o, özünün "Instagram" hesabında məlumat paylaşıb. Qeyd edib ki

.

Namiq Aygünlə yeni duetindən danışdı: 'Çox toxunan sözləri var'

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu yeni açıqlaması ilə diqqət çəkib. -ə istinadən xəbər verir ki, "İncə səhər" verilişinə qonaq olan Çuxurlu Xalq artisti Aygün Kazımova ilə hazırladıqları yeni duetdən danışıb

.

Mehmet Ali Erbil dini nikahla evləndi

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil 26 yaşlı sevgilisi Gülseren Ceylanla dini nikaha daxil olub. Türkiyə mətbuatına istinadən xəbər verir ki, qızı Yasemin Ərbilin bu evliliyə qarşı çıxmsı mediada əksini tapdıqda onu

turlar.az

sonxeber.az geyim şəkilləri geyim necə seçməli hamilelikde qidalanma seksin növləri buga burcu sizanaqlar toy ucun dizayn kosmetika fitat hekaye janri azerbaycan cinsi əlaqə usaq seirleri