Toylarla bağlı açıqlama- Şad xəbər

Toylarla bağlı açıqlama- Şad xəbər"Ümumiyyətlə biz toy deyəndə Azərbaycanda ənənəvi toy üslubunu nəzərdə tutmuruq. Son illərdə keçirilən toylar şadlıq evlərini doydurmaq üçün bir vasitə idi. Bu isə əslində insanların soyulma mexanizmi kimi anlaşılır".
Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa "AzTV"-nin efirində yayımlanan "Çıxışa doğru" proqramında qonaq olarkən deyib.
O bildirib ki, bu mövzuda vətəndaşlar da bir az şöhrətpərəstdir:
"Onlar öz maraqlarına uyğun olaraq toy məclisinə ailə sütunun qurulması kimi deyil, göstəriş məqsədi kimi yanaşırdılar. Çalışırdılar imkanları daxilində, hətta imkanlarından da artıq səviyyədə insanları təəccübləndirəcək toy məclisləri keçirsinlər. Lakin bu gün biz bu modeldə toylardan, yanaşmadan danışmırıq. Sadəcə bir ailənin qurulmasından söhbət gedir ki, bu demoqrafik, sosial problemdir. Bunu qadağa ilə həll etmək olmaz. Bizim yanaşmamız odur ki, 10, 20, 30 ya 50 nəfərlə olsun toyların keçirilməsinə icazə verilməlidir. Bu qadağalara sərt şəkildə əməl olunmasına nəzrət olunsa bəs edir. Amma toyları birbaşa qadağa etmək gələcək demoqrafik problemlərə, sosial narazılığa, ailəiçi münaisbətlərin pozulmasına yol açacaq.
Bunu statistik faktlara əsaslandıra bilriik. 2020-ci ildə bağlanan 35 min nikahın 14-15 mini boşanma ilə yekunlaşıb. Bu ümumi rəqəmin üçdən biri deməkdir. Bu da cəmiyyətdə sosial problemlərin yaranması deməkdir. Odur ki, mənim təklifim odur ki, ofisiant, müğənni, xidmətçi də daxil və s. hər kəs daxil olmaqla ümumilikdə 30-40 nəfərdən ibarət toylara icazə verilsin. Bəy və gəlinin adına bankda hesab açılsın və iştirak edə bilməyən şəxslər də ailənin təməlinin qoyulmasına dəstək olmaq istəyirlərsə, gedib pul köçürürlər. Belə baxanda toyda da iştirak etmiş sayılırlar. Onsuzda Avropada kartla alış-verişə tam keçilib, amma biz hələ də cibimizdə pulu hiss etməliyik. Koronavirus bir bəladır gəlib, amma bu bəlaya görə tam qadağa edəndə böyük narazılıq yaranır. Qadağan etmək olmaz. Qaydalara sərt formada riayət edilməsinə diqqət olunmalıdır. İnsanları evinə qapadıb, işləmələrinə mane oluruqsa gərək onların maddi təminatını verməliyik. Bunu etmək üçün böyük imkanımız yoxdursa, o zaman qadağan etmək olmaz çünki insanlar narazı olacaqdır. Qadağa çıxış yolu deyil, mütləq çıxış yolu tapılmalıdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1304   Tarix: 13 aprel 2021
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Bu dondurmalar zəhərləyir – Necə ayırd etmək olar?

Dondurma ən məşhur yay məhsullarından biridir. Lakin süddən hazırlanan bu məhsul həm də zəhərlənmə potensialı ən yüksək olan qidalar arasındadır. Sağlam qidalanmaqla bağlı yanlış fikirlər. Min dərdə dərman "ağ çiçəyim"

.

Fiziki fəaliyyət xərçəng riskini azaldır?

"Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". -a istinadən bildirir ki, bu barədə xərçəngin reabilitasiyası sahəsindəki mütəxəssisi, Hull Universitetində

.

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

Alimlər psixodelik təsir yaradan qurbağa zəhərindən depressiya və anksiyetenin müalicəsi üçün istifadə edilə biləcəyini düşünürlər. -a istinadən xəbər verir ki, LSD və psilosibin kimi psixodelik dərmanların zehni xəstəliklər

.

Qan damarlarını təmizləyən iki səhər yeməyi

Həkimlər qan damarlarını təmizləyən iki səhər yeməyini açıqlayıblar. .   -a istinadən bildirir ki, sözügedən məhsul damarları təmiz saxlamağa kömək edir. . Diyetoloqlar bildirib ki, yağ, yumurta, xama yeməkdən imtina etmə

.

Dırnağını yeyənlərdə 10 cür xəstəlik yaranır

Onixofagiya uşaq yaşlarından başlayan, dünyada çox yayılmış zərərli vərdişlərdən biridir. "medicina"ya istinadən dırnaq yeməkdən yaranan xəstəlikləri təqdim edir:. Gecə növbəsində işləmək orqanizmə necə təsir edir?

.

Belə nəfəs almaq ağciyərlərə ZƏRƏR VURUR

"Dayaz nəfəs almaq, siqaret çəkmək, oturaq həyat tərzi və əyilmək ağciyər tutumunu azalda bilər". -a istinadən bildirir ki, bu barədə Nijni Novqorod Regional Səhiyyə və Tibbi Profilaktika Mərkəzinin baş həkimi Nataly

.

Qəzəb sağlamlığa necə təsir edir?

Qəzəb, bir çox mənfi duyğular kimi, sağlamlığımıza təkcə emosional deyil, həm də fiziki təsir göstərir. .   -a istinadən xəbər verir ki, Nyu-York şəhərində 280 sağlam könüllü üzərində aparılan araşdırma nəticəsində məlu

.

Bu üsul bağırsaq xərçəngi riskini azalda bilər

Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum" bakteriyasının səbəb olduğu bağırsaq xərçənginin bir növünün qarşısın

.

Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki

Xəstəliklərə nəzarət və qarşısının alınması məlumatına görə, 40-59 yaş arası böyüklərin 17 faizi xolesterolunu azaltmaq üçün statin qəbul edir.   -a istinadən xəbər verir ki, ümumi xolesterolu azaltmağın təsirli yolu yüksə

turlar.az

sonxeber.az makiyaj instagram yay kolleksiyasi makiyaj etmek qaydalari güllərin mənası doğum hekayələri aksesuarlar makiyaj formalari kosmetika insan klitor zəhmət baliq suni mayalanma