Toyuğun içinə bir limon qoyun və ...

Toyuğun içinə bir limon qoyun və ...Sobada toyuq – hər bir xanımın ən sevimli reseptidir. Hər kəs də onu özünəməxsus şəkildə, daha maraqlı və fərqli etməyi sevir ki, dadlı alınsın. Bu dəfə biz sizə ən ləzzətli toyuq resepti təqdim edirik: limon və kəklikotu ilə bişirəcəyiniz, dadı uzun müddət ağızlarda qalacaq toyuğu belə hazırlayın:

Ərzaqlar:

Toyuq – 1 ədəd
Limon – 2 ədəd
Quru kəklikotu – 10 saplaq
Kartof – 500 qr.
Kərə yağı – 50 r.
Duz
Yumru qara istiot

Hazırlanması:
Kartofları soyursunuz, yuyub iri dilimlərə bölürsünüz. Ya keramik, ya da şüşə formanı kərə yağı ilə yağlayıb, kartofları ora düzürsüz. Kəklikotunu əlinizlə qırıb kartofun üzərinə səpirsiniz və duz-istiot vurursunuz.

Limonun birinin qabığını sürtgəcdən keçirirsiniz və qabıqları kəklikotu yarpaqları ilə qarışdırırsınız. İkinci limonu isə toyuğun içinə qoyursunuz, ayaqlarını da iplə bağlayırsınız ki, toyuq formasını dəyişməsin. İçindəki limon isə ona xüsusi dad və ətir verəcək.

Sonra toyuğun dərisini cırmadan, səliqə ilə aralayırsınız, içinə limon qabığı və kəklikotu qarışığını, duz-istiotu və istədiyiniz hər hansı sevimli ədviyyatınızı vurursunuz.

Sonra dərisin üzərini kərə yağı ilə yaxşıca sürtürsünüz və yenə üzərinə duz, istiot, limon qabığı və kəklikotu yarpaqları tökürsünüz, onu kartofların üzərinə "uzandırırsınız". Əvvəlcədən isidilmiş sobada 200 dərəcədə 1 saatdan bir qədər çox – qızarana kimi bişirirsiniz.

Bu toyuğun əti o qədər şirəli, dadlı və ətirli olacaq ki, yedikcə yeyəcəksiniz!
Bəyəndim Bəyənmədim
Toyuğun içinə bir limon qoyun və ...

Mətbəx     Baxılıb: 3774   Tarix: 17 fevral 2017
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mövsümi şorba: Düyü Yoğurt Şorbası Resepti

Pirinç Yoğurt Şorbası Resepti üçün Tərkibi. 2 -ci. litr. Bu. 5-6. yemək qaşığı. düyü. bir. yemək qaşığı (yığma). Şöhrət. bir. nömrə. yumurta. 1.5. su şüşəsi. qatıq. 2 -ci. çay qaşığı. duz. bir. desert qaşığı. quru nanə. Yuxarıdakıla

.

Kəsmikli Bananli Tort

Ərzaqlar. 4 yumurta . 350 qram şəkər . 180 qram un . 5 xörək q. kakao tozu . 1 paket qabartma tozu . 4 xörək q. qaynar su . 250 qram kəsmik . 15 qram jelatin . 500 qram 33 %-li qaymaq . 4 ədəa banan . 100 qram tünd şokolad

.

Ev Sayağı kumpir resepti

Tərkibi. Kartof – 3 ədəd (böyük olsa daha yaxşı olar). Kök – 1 ədəd. Yumurta – 2 ədəd. Xiyar turşusu – 1 ədəd. Yaşıl noxud (konservləşdirilmiş) – 60 qram. Qarğıdalı (konservləşdirilmiş) – 60 qram. Pomidor – 1 ədəd. Mayonez

.

Gürcü xingəli (foto resept)

Tərkibi:. Xəmir üçün:. 3 st. un. 1 . 1 yumurta. duz. İç üçün:. 250 qr yağlı qoyun əti. 200 qr mal əti. 3 baş soğan. Su. Qırmızı və qara istiot. duz. Hazırlanması:. Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulu

.

Toyuq əriştə şorbası

Hamı bilir ki, hamı sağlam olmaq üçün hər gün ilk yeməkləri yeməlidir. Toyuq şorbaları əla sağlam bir yemək seçimidir. Müxtəlif şorbalar var - düyü ilə, qarabaşaq yarması, əriştə və ya kartof ilə. İndi demək olar ki, hə

.

Düyü Salatı

Ərzaqlar. 2 kasa düyü. 1 kasa qarışıq yaşıl noxud. 2 budaq təzə soğan. ½ dəstə cəfəri. 8-10 ədəd gavalı turşusu. 1 kasa dənələnmiş qarğıdalı. 2 st. limon suyu. Zeytun yağı, duz, pul bibər. Hazırlanması. Təzə soğan və cəfər

.

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması. Author: Selcan Xatun. Category: Ət Yeməkləri. Cuisine: Azərbaycan Mətbəxi. Yields:. 1 Serving. Qədim və zəngin Azərbaycan mətbəxinin adından və dadından xəbərsiz olduğumuz bölgələrin

.

Qat-qat xəmir ilə göbələkli, farş ətli piroq

Yumşaq qat-qat xəmirdən müxtəlif cürə yeməklər hazırlaya bilərsiniz. Qeyd edək ki, qat-qat xəmir mağazalarda hazır satılır. İstəsəniz evdə də hazırlaya bilərsiniz. Tezliklə qat-qat xəmirin resepti də saytımızda hazır olacaq

.

Amosov pastası – zehin və ürək üçün təbii gücləndirici

Akademik Amosov əməliyyat olunan xəstələr üçün əməliyyatdan sonra orqanizmin tez surətdə bərpası və güclənməsi üçün gücləndirici qarışım tövsiyə edir. Mikroelementlər və minerallar qaynağı olan bu qarışımın reseptini təqdi

turlar.az

sonxeber.az geymler 2024 yaz geyimleri 2024 makiyaj instagram sidik yolu infeksiyalari məmməd ismayıl 2024 yaz yay kolleksiyasi tutun xeyri kosmetika cantalar ginekoloq dolça sekisler usaq seirleri