Toyuq filesi haqqında dəhşətlər

Toyuq filesi haqqında dəhşətlərAlıcıların ən çox aldığı file - toyuğun döş əti insan qidalanmasında zülal mənbəyi kimi ən vacib qidalardan biridir.
İstehsalçılar da toyuğun digər hissələrinə nisbətən filenin daha çox alındığını bilərək ətin daha çox çəkili olması üçün əllərindən gələni edir.
Milli.Az broyler toyuğu filesi barədə bəzi məqamları təqdim edir.
Quşçuluq fabriklərində toyuğun orta ömür müddəti tsikli 6-7 həftədir. Bu müddətdən sonra kəsilməsə öləcək.
5-7 həftəyə toyuğun file əti lazımi ölçüyə çatdırılmalıdır.
İstehsalçı qısa müddətdə fileni şişirtmək üçün ən ucuz yem və aqresiv preparatlardan, sintetik hormonlardan istifadə edir.
Toyuq ətinə kimyəvi müdaxilə hələ inkubasion dövrdə başlayır. Yumurtaları xüsusi defizinfektantlarla işləyirlər.
Cücələri isə vaksin və antibiotiklərlə yetişdirirlər.
Vaksinasiya cücələri xəstəliklərdən qorumaq üçündür. Bu metod kütləvi aparılır. Sexdə aerozolla səpilir və ya suya dərman qatılır.
Əslində bütün vaksinlər insan və heyvanlar üçün təhlükəsizdir və sertifikatı olmalıdır.
Lakin təhlükə ondadır ki, vaksin üçün keyfiyyətsiz, ucuz preparatlar seçilir, toyuqlar immunizasiyaya hazırlanmır.
Artıq düzgün olmayan vaksinasiyadan keçmiş toyuğun əti keyfiyyətsizdir.
Antibiotiklər isə toyuqları sağ-salamat yetişdirmək üçün lazımdır. Ona görə toyuqlara kurs şəklində antibiotiklər verilir.
Antibiotikli ətin isə insan orqanizminə fəsadları çoxdur:
-İnsanın qaraciyər, böyrək, həzm orqanlarını zədələyir, işini pozur
-Allergik insanlarda kəskin reaksiyalar verir
-Amma ən pisi hər dəfə toyuq əti yedikcə, insan müəyyən miqdar antibiotik dozası alır. Bu da insanda antibiotiklərə qarşı davamlılıq yaradır. Yəni birdən insan bronxit və ya pnevmoniya olsa, ona toyuqlara verilən antibiotik növlərində dərmanlar təsir etməyəcək.
-Toyuqların yemi: burda zəhərli pestisidlərdən tutmuş qadın hormonu estrogenlərə kimi hər şey qatılır. Bunlar hamısı toyuğun sürətlə çəki yığması üçündür.
-Toyuq filesi çox yeyən qadınlarda bu səbəbdən hormonal disbalans, menstruasiya pozğunluğu, sonsuzluq yarana bilər.
-Hormonal qatqılar immuniteti çökdürür, dəridə səpkilər yaradır, uşaqlarda isə cinsi yetişlənlik inkişafdan qalır.
Satışa verilən hər partiya diqqətlə yoxlanılmır. Yoxlama olan vaxt ola bilər ki, ətdə dərman, antibiotik, hormon göstəricisi normada olsun. Sonradan istehsalçı eyni templə davam edir.
Ona görə toyuq filesinin seçilməsində yenə də əsas yük alıcının üzərinə düşür. Brendin reputasiyası, yoxlama göstəriciləri, istehsalı barədə məlumatınız varsa, o istehsalçının toyuq ətini alın. Çalışın həddən artıq çox şişmiş toyuq və file almayasız.
Amma ən yaxşısı budur ki, kənddə yetişmiş və uzun ömür sürən toyuqlara üstünlük verəsiz. /medicina.az
Milli.Az

Xəbərlər     Baxılıb: 860   Tarix: 25 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

.

Xərçəng əmələ gətirən ət məhsulları bunlardır

Xərçəngi tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, britaniyalı diyetoloqlar Dueyna Mellora və Metyu Lamberta 5 ət məhsulunun adını açıqlayıb:. "Əslind

.

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 9-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanla

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

.

Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən can dərmanı

a istinadən "Şəfalı bitkilər" rubrikasında akasiya çiçəkləri barədə məlumat verir. Bahar gələndə salxım-salxım ağ çiçəklərinin qoxusu insanı məst edən akasiya əslində yüz dərdin dərmanıdır. Bu bitkinin çiçəklərində

.

Çox tərləyənlər bu yazını oxusun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. -a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən, qadınlard

.

Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı

Britaniya alimləri xərçəngin müalicəsində yenilik ediblər. -ə istinadən bildirir ki, onlar melanomaya qarşı unikal mRNT vaksini hazırlayıblar. Belə ki, onkoloji xəstəliklər hələ də ölüm səbəbləri siyahısında aparıcı yerlərdə

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Ən zərərli tərəvəzin adı açıqlandı

"Tərəvəzlərin ən zərərlisi kartofdur". . "Unikal"a istinadən xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Daria Utyumova yerli KİV-ə müsahibəsində deyib. . Bu suları içən insan sağlam ola bilməz. Hamını

turlar.az

sonxeber.az qadin dunyasi gozel gorunmek maskalar romantik pozalar mətbəx veten haqqinda atalar sözü qadin net kosmetika bayraq badambura xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır həmidə xanım az