Turşuların hazırlanması qaydasının sadə izahları

Turşuların hazırlanması qaydasının sadə izahlarıGöyəmlə sirkəyə qoyulmuş sarımsaq
Sarımsaq – 500 q, göyəm – 500 q, dəfnə yarpağı – 3 ədəd, mixək – 5 ədəd, ətirli istiot – 5 ədəd, qara istiot – 5 ədəd, duz – 20 q, şərab sirkəsi – 400 q. Sarımsaq dişləri soyulub təmizlənir. Bidonun dibinə ədviyyat qoyulur, əvvəlcə duz vurulmuş sarımsaq dilimləri, sonra göyəm yığılıb üstünə şərab sirkəsi əlavə edilir.

Qarışıq turşu

Xiyar - 4 kq, göy bibər - 6 kq, göy pomidor - 4 kq, kök - 4 kq, 4 yerə bölünmüş kələm - 4 kq götürülür, doğranır və bidonlara yığılır, aralarına albalı, heyva, üzüm yarpaqları yığılır ki, turşunun dadını yaxşılaşdırsın. Üstündən 5 litr suya 250 qram duz tökülür. Bir neçə gündən sonra artıq duzlu suyu boşaltmaq lazımdır.

Duzlu suya qoyulmuş kələm

Hazırlamaq üçün çox da böyük olmayan kələmlər seçilir, onun üst qatı, özəyi çıxarılır. 4 yerə bölünür, çəlləklərə yığılır, üstündən taxta parçası ilə basılır və duzlu su (1 litr suya 400 qram duz) tökülür. Elə etmək lazımdır ki, duzlu su taxta parçasını örtsün. Kələmə xoş rəng vermək üçün onun içinə dilim-dilim kəsilmiş çuğundur qatılır.

Sarımsaq turşusu

Sarımsaq, sirkə, limon duzu, şəkər, duz, su.
Sarımsaqlar yuyulur və bidona yerləşdirlir. Üzərinə duzlu su əlavə edilir. Gündə bir dəfə suyu boşaldılıb təkrar duzlu su əlavə edilir. Bu əməliyyat 3 gün ərzində təkrarlanır. 4-cü gün sirkə, duz, limon duzu, şəkər tozu və su qarışdırılıb, sarımsaqların vasitəsilə qapanana qədər bidona əlavə edilir.

Badımcan turşusu

Xırda nazik badımcan, sarımsaq, keşniş, şüyüd, nanə, reyhan, tərxun, duz, şərab sirkəsi.
Göyərti yuyulub, doğranır. Doğranılmış sarımsağı göyərtiylə qarışdırıb, duz əlavə edilir. Xırda badımcanlar saplaqdan təmizlənib uzununa yarılır, oraya duz səpilir. 0,5 saat saxlanır, sonra badımcanlar yuyulur. Suya duz əlavə edib qaynadılır. Badımcanlar nə bərk, nə yumşaq olmalıdırlar. Pörtülmüş badımcan aşsüzənə yığılır, üstünə ağır əşya qoyub 3 saat saxlanılır. Hazırlanmış iç badımcanların arasına doldurulur, bidona yığılıb üzərinə sirkə tökülür. Bidonu bağlayıb soyuq yerdə saxlamaq lazımdır. Badımcanlar 1,5 aya yetişir.

Mətbəx     Baxılıb: 7848   Tarix: 18 sentyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Keçi pendirli armud salatı

Lazım olan ərzaqlar. 50 qr keçi pendiri. 2 ədəd armud. 2 dəstə kahı. 2-3 xörək qaşığı xırdalanmış qoz. 2 çay qaşığı bal. 1 xörək qaşığı zeytun yağı. Limon şirəsi. Hazırlanması :. İlk əvvəl qrmudu fal-fal doğrayın. Zeytu

.

Ənənəvi bolognese və parmigiano ilə Tagliatelle Salumeri aşbazın resepti Casale Luciano

Tərkibi (xidmət başına. Tagliatelle pastası (sarı) - 100 q. Bolonya sousu - 150 qr. Kərə yağı - 20 q. Əlavə zeytun yağı - 10 q. Parmesan pendir - 10 q. Yeməli duz - 0,2 q. Qara bibər qarğıdalı - 1 q. Toyuq suyu - 150 ml

.

Gürcü xingəli (foto resept)

Tərkibi:. Xəmir üçün:. 3 st. un. 1 . 1 yumurta. duz. İç üçün:. 250 qr yağlı qoyun əti. 200 qr mal əti. 3 baş soğan. Su. Qırmızı və qara istiot. duz. Hazırlanması:. Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulu

.

Bulqur salatı (Kısır)

Türkiyədə hansı məclisə getsən, hardasa 90 faizində kısır adlı salatı süfrədə görə bilərsiniz. Elə Türkiyədən kənarda yaşayan türklərin süfrələrində də. Mən onu birinci dəfə dadandan sonra o qədər bəyənmişəm ki, Türk məclislərin

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Toyuq əriştə şorbası

Hamı bilir ki, hamı sağlam olmaq üçün hər gün ilk yeməkləri yeməlidir. Toyuq şorbaları əla sağlam bir yemək seçimidir. Müxtəlif şorbalar var - düyü ilə, qarabaşaq yarması, əriştə və ya kartof ilə. İndi demək olar ki, hə

.

Ev şəraitində pendirin hazırlanma qaydası

Lazım olan məhsullar:. 3 litir süd. 300 qram xama. 2 ədəd yumurta. 1 yemək qaşığı duz. Qeyd edək ki, bu reseptlə 600 qram pendir hazırlanır. Hazırlanma qaydasını videoda izləyin. Nuş olsun!

.

Mövsümi şorba: Düyü Yoğurt Şorbası Resepti

Pirinç Yoğurt Şorbası Resepti üçün Tərkibi. 2 -ci. litr. Bu. 5-6. yemək qaşığı. düyü. bir. yemək qaşığı (yığma). Şöhrət. bir. nömrə. yumurta. 1.5. su şüşəsi. qatıq. 2 -ci. çay qaşığı. duz. bir. desert qaşığı. quru nanə. Yuxarıdakıla

.

Toyuqlu Qat-Qat Piroq

Əvvəlcə pendirli qarışıqdan 4 nazik biskvit hazırlanır. Sonra bu biskvitlərin arasına toyuqdan və ya hind quşundan hazırlanan farş yayılır, piroq folqa kağızına bükülür və sobaya verilir. Nəticədə ortaya maraqlı bir yemə

turlar.az

sonxeber.az gelinlikler kosmetik vasiteler reseptler klyos donlar 2024 fitnes və pəhriz daban agrisi azerbaycan xalq mahnilari adlari kosmetika qu quşu usaq seirleri aybawi pizza oglaq