Uğurlu qadın olmağın 15 qızıl qaydası

Uğurlu qadın olmağın 15 qızıl qaydasıXOŞBƏXTLİK SAÇMAĞI ÖYRƏN

Xoşbəxtlik saçan qadın – kişilər üçün güclü maqnitdir! Təsdiq olunub ki, əgər üzünüzdə xoşbəxt təbəssüm varsa, sonra real xoşbəxtlik səni əhatə edəcək.

SƏHƏR-AXŞAM ÖZÜNƏ İNAMI QALDIRMAQ HAQQINDA DÜŞÜNMƏ

İstədiyin hər şeyə nail olacağına sadəcə inanaraq yaşa.

PERFEKSİONİZMƏ SON

Özünün qeyri-mükəmməl omağına icazə ver. Ola bilsin ki, nəyisə başqalarından pis edirsən. Narahat olma! Sən ideal olmağa borclu deyilsən.

QORXUNU UNUT

Təsəvvür et ki, qorxduğun ən pis iş baş verib. Belə halda nə edəcəyini əvvəlcədən fikirləş. Yadda saxla ki, özünə inam üçün bütün, hətta uğursuz təcrübə də faydalıdır.

İŞLƏRİNİ UZUN MÜDDƏTƏ TƏXİRƏ SALMA

Hər hansı bir işə başlamazdan əvvəl çətinliklər aşılmaz görünür.

YENİLİKLƏRİ ÖYRƏNMƏKDƏN QORXMA

Heç vaxt etmədiklərini et. Çünki onun sənə nə vaxt xeyir verəcəyini bilmirsən.

XARİCİ GÖRNÜŞÜNƏ DİQQƏT YETİR

Trenajor zalı, hovuz, kosmetoloq, gözəllik salonları... Yeni saç düzümü, yeni sima kimi heç nə özünə inamı artırmır.

QARDEROBUNU YENİLƏ

Qadın həmişə qadındır. Bədənə yaxşı oturmuş geyim əhval-ruhiyyəni yalnız bir gün qaldırmır. Nəhayət, təmizləmə işləri apar və bütün dəyərsiz əşyalarını at.

ÖZ DƏYƏRİNİ NORMADAN ARTIQ NÜMAYİŞ ETDİRMƏ

Daxilindəki əminlik bu barədə yüksəkdən elan etməyə ehtiyac yaratmır.

OPTİMİZMİ ARTIR

Zəhlətökənlikdən və deyinməkdən əl çək. Həmişə nədənsə narazı olmaq daxili enerjini və gücü alır, insanı əldən salır. Özünü az danla və daha çox alqışla! Uğurlarını topla, ən yaxşısı isə onları yaz.

ÖZÜNÜ BAŞQALARI İLƏ MÜQAYİSƏ ETMƏKDƏN ÇƏKİN.

Özünü yalnız özünlə, məsələn, dünən necə olduğunla müqayisə et.

ÖZ ÇATIŞMAMAZLIQLARIN HAQQINDA DANIŞMA

HEÇ VAXT ÖZÜNÜ TƏMİZƏ ÇIXARMAĞA ÇALIŞMA

Əgər buna ehtiyac varsa, sakit və əmin səslə niyə belə olduğunu izah et. Ancaq bir dəfə izah et.

ƏGƏR NƏ İSƏ ALINMADISA, SƏN YENƏ DƏ TƏCRÜBƏ TOPLAMIŞ OLACAQSAN.
TƏCRÜBƏ İSƏ ÇOX QİYMƏTLİDİR.

ƏN VACİB ADDIM – HƏRƏKƏT ET

Hansı təsüratı yaradacağını fikirləşmədən, əminliklə irəli get.

Karyera   Baxılıb: 1254   Tarix: 12 noyabr 2015  
f Paylaş


DİGƏR XƏBƏRLƏR

mp3 yukle
Mp3 yukle sayti