Urinoterapiya. Sidiklə müalicə mümkündürmü?

Urinoterapiya. Sidiklə müalicə mümkündürmü?Son zamanlar bu mövzu çox aktuallaşıb. Təəssüf ki, bəzi KİV-lər bu mövzu ilə bağlı düzgün olmayan, elmə əsaslanmayan miflər yayır və insanları səhv istiqamətləndirirlər.  
İlk növbədə qeyd etmək lazımdır ki, urinoterapiyadan istifadə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)  tərəfində qəti şəkildə tövsiyə edilmir.
Saglamolun.az bildirir ki, urinoterapiyanın "fayda"sını və "müalicəvi" təsirini təsdiq edən heç bir ciddi elmi araşdırma, elmi iş yoxdur və ola da bilməz. Əksinə bütün dünyada alimlər və həkimlər urinoterapiyanı çox ziyanlı metod kimi hesab edir. Bu haqda bir çox tanınmış həkimlərin çıxışları da var.
Nə üçün sidiyin istifadəsi (içmək, dəriyə sürtmək və s.) heç bir halda faydalı ola bilməz?  Sidiyi əmələ gətirən böyrəklər orqanizmdə filtr funksiyasını yerinə yetirərək qanı artıq, ziyanlı və lazımsız maddələrdən (duzlar, ammonyak, toksinlər, artıq hormonlar və s.) təmizləyir. Nəticədə sidik əmələ gəlir. Beləliklə, sidik nədir? Suda həll olunmuş orqanizm üçün artıq, ziyanlı və lazımsız maddələr, tullantılardır. Sidik içməklə insan bu tullantıları yenidən orqanizmə qaytarır. Məntiqlə düşünəndə, bu orqanizmə nəinki fayda verə bilməz, əksinə ciddi ziyan vura bilər. Məhz bu səbəbdən ənənəvi tibb uronoterapiyanı çox ziyanlı hesab edir.
Urinoterapiya böyrəklər, qaraciyər və hormonal sisteminə ciddi ziyan vura, qan və daxili orqanların zəhərlənməsinə səbəb ola bilər.
Bir çoxların fikirləşdiyi kimi, sidik steril deyil, onun tərkibində ziyanlı mikroblar ola bilər. Bu mikroblar mədə-bağırsaq sisteminə düşərək burada müxtəlif xəstəliklər yarada bilər.
Sidiyi nəinki daxilə qəbul etmək, dəriyə, xüsusilə açıq yaralara sürtmək olmaz. Bu yaraların iltihablaşmasına və daha ağır fəsadlara (sepsiz, qanqrena) səbəb ola bilər.
Beləliklə, urinoterapiya heç zaman faydalı müalicəvi metoq hesab oluna bilməz və urinoterapiyadan istifadə edən insan öz sağlamlığını və hətta həyatını ciddi təhlükəyə salmış olur. 
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 799   Tarix: 03 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Şabalıdın bilinməyən faydaları: Siz də yararlanın

Şabalıd pəhriz lifləri, minerallar, sağlam yağlar, vitaminlər və antioksidantlar da daxil olmaqla qida maddələri ilə zəngindir. -ə istinadən bildirir ki, şabalıd C vitamini ilə zəngindir. Xüsusilə soyuq qış günlərində qızardılmış

.

Qeyri-sabit hava orqanizmə bu cür təsir edir – Həkim

Havanın qeyri-sabit keçməsi təkcə virusların fəallaşmasına yox, temperatur balansının pozulmasına gətirib çıxara bilər. Çox vaxt insanlar buna görə xəstələnirlər. xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, həkim-cərra

.

Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər

Kifayət qədər yuxunuzu alıb, səhər rahat oyanmaq istəyirsinizsə, bəzi addımları yerinə yetirməlisiniz. .   -a istinadən xəbər verir ki, qadgetlarınızı bir kənara qoyub yatmazdan bir saat əvvəl kitab götürsəniz, yəqin ki

.

İmtahana hazırlaşanların NƏZƏRİNƏ: Günün bu saatları dərs oxusanız, beyin

Qısa müddət sonra on birinci sinif şagirdləri buraxılış və qəbul imtahanları verəcək, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün isə yay sessiyası başlayacaq. Bir çox tələbə vərdiş etdiyi gecə dərslərində

.

Yaşıl alçanın bilmədiyiniz FAYDALARI

Alça yaz pəhrizlərində əvəzedilməzdir, 100 qram alçada təxminən 45 kalori var. Antioksidant komponentləri ilə bədəni qoruyan və yüksək miqdarda C vitamini ehtiva edən alça xəstəliklərə qarşı müqaviməti artırır. Alça, eyn

.

Bu davranışlar ciddi xəstəliyə səbəb ola bilər

Əksər insanlar üçün adi görünən bəzi davranışlar obsesif-kompulsiv pozğunluqdan (OKB) əziyyət çəkən insanlar üçün ciddi problem hesab olunur. Başqa sözlə desək, OKB olan insanlar istər-istəməz təkrarlanan düşüncələri və b

.

Mütləq səhər yeməyi yeyin

Həkimlərin əksər hissəsi səhər yeməyini əsas qida qəbulu kimi qiymətləndirir. axşam.az-a istinadən bildirir ki, səhər yeməyi orqanizmi "işə salır", ona lazım olan enerji ilə təmin edir. Təəssüf ki, insanların əksə

.

Qan təzyiqini aşağı salan ən güclü vasitə - Dağlarda bitir

Dağ sarımsağı adlanan yabanı sarımsaq növü sağlamlığa bir çox faydası ilə diqqət çəkir.   -a istinadən xəbər verir ki, dağ sarımsağının faydalarını bilənlər onu tapanda kilolarla alırlar. Bu bitkinin ürək və bağırsaqlar

.

Siqareti tərgitdikdən sonra niyə kökəlirik?

"Siqareti buraxdıqdan sonra çəki artımı siqareti tərgitmə faktı ilə deyil, pis qidalanma vərdişləri (şəkər, duz və qızardılmış qidalardan sui-istifadə) ilə əlaqələndirilir". "Unikal"a istinadən xəbər veri

turlar.az

sonxeber.az yaz geyimleri 2024 geyim və ayaqqabılar yemek reseptleri sizanaqlara qarsi uz maskalari uz ucun cavanlasdirici maskalar anaya aid atalar sozu yasil pomidor tutmasi kosmetika rus dilini öyrənək hakışda novruz bayramına aid hakıştalar gülməli hakıştalar janrlar