Uşağa tualet vərdişi bu cür aşılanmalıdır - ANALARIN DİQQƏTİNƏ

Uşağa tualet vərdişi bu cür aşılanmalıdır - ANALARIN DİQQƏTİNƏUşaqlara tualet vərdişini aşılamaq anaların çoxuna çətin gələn prosesdir. Mütəxəssislər hesab edir ki, uşağa bu proses 18-30 ayları arasında öyrədilməlidir. Lakin bu müddət uşaqdan-uşağa dəyişə bilər. Tualet vərdişinin vaxtında aşılanmaması gələcəkdə uşaqda sidik yollarında bəzi xəstəliklərin yaranmasına səbəb ola bilər. Milli.Az Ailem.az-a istinadən valideynləri narahat edən bu mövzu ilə bağlı bəzi məsləhətlər verir.

Tualet vərdişinə başlamazdan əvvəl uşağın buna hazır olub-olmadığını anlamaq vacibdir. Bunu anlamaq üçün uşağın bəzi hərəkətləri sizə ipucları verə biləcək:

1. Tualetini bezinə edən uşaq altını çirkləndirdiyi zaman bunu hər hansı formada, bəzi hərəkətləri ilə izah etməyə çalışırmı?

2. Alt paltarını, evdə geyindiyi paltarları özü soyunub-geyinə bilirmi?

3. Hamam və tualetin evin ayrı hissələri olduğunu və orada nələr edildiyini anlamaq üçün bəzi davranışları varmı?

4. Güvəcə otura bilirmi?

5. "Bəli" və "xeyr" anlayışlarını bilir və söyləyirmi?

6. Quru və nəm nə deməkdir bilirmi və ifadə edə bilirmi?

7. Hər hansı bir müvəffəqiyyəti olduqda mükafatlandırılmağa müsbət cavab verirmi?

8. Sizdən istədiyi şeyləri tələb edə bilirmi?

Bəzi uşaqlar bu vərdişə çətin yiyələnirlər. Ona görə də məcburiyyət və cəza ilə bu vərdişi müəyyən zamanda aşılamağınız düzgün deyil. Bunun yerinə ətrafınızdakı uşaqların bu vərdişə yiyələnmələrini və bunun müsbət tərəflərini misal çəkin. Lakin müqayisə etməyin. Bu, uşağın özgüvən hissini itirməsinə səbəb olacaq. Bütün uşaqların fərqli olduğunu, hər birinin fərqli sahələrdə üstün olduqlarını unutmayın.

Uşağa tualet vərdişi aşılamaq üçün əvvəlcə bəzi nizam-intizam qaydaları tətbiq etmək məsləhətdir.

1. Səhər yuxudan oyandıqdan sonra, hər yeməkdən və gecə yatmazdan əvvəl tualetə getməyə təşviq etsəniz, yaxşı olar. Bu vaxtlar uşağın ağlında tez qalan zaman kəsimləridir.

2. Bu dövrdə geyinib-çıxarılması asan və islandıqda asanlıqla əvəz edilə bilən pijama və alt paltarlar istifadə etməyiniz prosesi asanlaşdıracaq.

3. Bu müddətdə kiçik qəzalar baş verdikdə anlayışla qarşılamaq və növbəti dəfə bunu tualetə edə biləcəyini söyləmək lazımdır.

4. Bu zaman kiçik mükafatlar vermək, onu motivasiya edəcək sözlər istifadə etmək faydalıdır.

5. Bəzi hallarda tualet uşaq üçün uyğun olmaya bilər. Tualetin çox qaranlıq olması, pis iy verməsi və s. Tualet vərdişi əsnasında tualeti uşağın mənimsəyə biləcəyi formada qura bilərsiniz.

6. Bu vərdişi aşılayan zaman bəzi ardıcıl davranış qaydalarını da öyrətməyi unutmaq olmaz. Bu ardıcıllıq - tualetə girmək, soyunmaq, tualetini etmək, təmizlənmək, geyinmək, sifonu çəkmək və əlləri yumaqdır. Bunların hamısının yerinə yetirilməsi tualet vərdişinin uğurla həyata keçirilməsi deməkdir.

7. Müvəffəqiyyətsizlik isə bu vərdişdən imtina və ya vərdişdən soyumağa əsas vermir. Bir daha cəhd edin.

Tualet vərdişi alınmadıqda...

Bir müddət fasilə verib nəfəs almaq həm ana, həm uşaq üçün müsbət nəticələr verəcək. Uşaqlar hər dəfə yeni bir şey öyrənmə dövründə özlərini etibarlı və güvənli hiss etməlidirlər. Yanlış bir təcrübə və ya səhv nəticəsində öyrənmə müddəti uzun, çətin keçə bilər. Məsələn, tualetə uyğun oturmama və bu mövzuda özünü etibarda hiss etməməsi uşağın tualetdən qaçmağına səbəb olacaq. Bu müddətdə kiçik qəzalara görə uşağınızın altının uzun müddət yaş qala biləcəyini, cildinə tez-tez nəzarət etməyi və lazımlı, baxımlı etməyi unutmayın. Bezini nizamlı və tez-tez dəyişdirin.

Bu məqamlara diqqət edin:

1. Tualet vərdişi aşıladığınız müddətdə uşağınızın geyinib-soyunması üçün asan paltarlar seçin. Rahat geyimlər sayəsində uşaq lazım olduğu kimi oturub-dura biləcək, rahat və sürətli hərəkət edəcək.

2. Nümunə üçün siz də tualetə oturub uşağınıza nə etmək lazım olduğunu göstərə bilərsiniz və sizi təqlid etməsinə şərait yaradın.

3. Uşağınızın davranış və hərəkətlərindən tualetə ehtiyacı olub-olmadığını anlamağa çalışın. Məsələn, üz mimikaları, özünü sıxmaq, sidiyini tutma manevrləri və s. Onda bu anları müşahidə etsəniz, tualetə getməsini təklif edin.

4. Müəyyən vaxtlarda tualet ehtiyacı olub-olmadığını soruşun, "yox" cavabı versə, israr etməyin. Bunu edərkən ortaya çıxa biləcək kiçik qəzalara görə uşağınızı danlamayın.

5. Bu vərdişi aşılayarkən bəzi şeyləri tez-tez təkrarlamağınız əhəmiyyəti olacaq. Məsələn, uzun bir səyahətə çıxdığınız zaman bunu tətbiq etmək çətindir.

6. Bir müddət güvəci özünüzlə gəzdirməyiniz məsləhətdir.

7. Hər iki saatdan bir tualetə aparın.

8. Təyyarəyə, ya digər ictimai nəqliyyat vasitəsinə minməzdən əvvəl tualetə aparın.

9. Yanınızda lazımlı sayda paltar və gigiyenik vasitələr götürün.

10. Oyun oynadığı vaxtlarda və oyuna aludə olduqda onu tualetə aparmağı unutmayın.

11. Tualet vərdişi aşılamaqda səbr göstərsəniz, bunun bəhrəsini görəcəksiniz.

Ailə və Uşaq     Baxılıb: 2746   Tarix: 13 may 2017
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Uşaqlıq travmalarınız var? - Cəmi 10 SUALA cavab verməklə öyrənə bilərsiniz

 . İnsanlar üçün emosional travmalarını tanımaq və qəbul etmək çətin ola bilər. Sosial şəbəkələrdə məşhurlaşan pediatr Pete uşaqlıq travmaları ilə bağlı maraqlı açıqlama verib. Həkim bildirib ki, cəmi 10 suala cavab verməkl

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Nəmləndirici kremlər körpələrdə bu riski artırır - ANALARIN NƏZƏRİNƏ

Üç aylıq körpələrin dərisinə tez-tez nəmləndirici sürtmək körpəlikdə qida allergiyasının ortaya çıxmasına səbəb ola bilər. "Allergy and Clinical Immunology" jurnalında dərc edilən yeni araşdırmanın nəticələrind

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Qorxu və narahatlıq uşağın beyninə NECƏ TƏSİR EDİR?

Bəzi uşaqlar hisslərini açıq şəkildə ifadə etsələr də, bəziləri hisslərini içində saxlaya bilər. Uşaqların beyni hələ tam inkişaf etmədiyi üçün stresli və narahat vəziyyətlər onların beyinlərinə mənfi təsir göstərə bilər

.

Hamiləlik zamanı mərhələli müayinələr - NƏLƏR EDİLMƏLİDİR?

Hamiləlik (lat.graviditas) – qadının reproduktiv orqaninda embrion və ya dölün inkişafı  ilə gedən xüsusi bir haldır. Hamiləlik qadın və kişi cinsi hüceyrələrinin uşaqlıq borularında mayalanıb 46 xromosomdan təşkil olunmu

turlar.az

sonxeber.az yemek reseptleri qadin sayti donlar 2024 plastik əməliyyat resept anaya aid atalar sozu qüsl almaq qaydası kosmetika intim munasibetler hamilelik masturbasiya rəksanə bayatilar