Uşağı ana südündən məhrum etdikdə...

Uşağı ana südündən məhrum etdikdə..."Ana olmağa hazırlaşan hər bir qadının körpəsini ana südü ilə qidalandıracağı ilə bağlı qəti fikri olmalıdır. Ananın övladı qarşısında bir çox borcları var. Onlardan birincisi körpəni ana südü ilə qidalandırmaqdır".
Xanim.az bildirir ki, bunu APA TV-nin "Öncə sağlıq" proqramında pediatr-neanotoloq, Mərkəzi Klinik Xəstəxananın Uşaq Mərkəzinin müdiri Sevda Əsədova deyib.

Mütəxəssis bildirib ki, analar bu hala daxilən, ruhən hazır olmalıdırlar: "Ana südü uşağın immun sisteminin əsasını qoyur. Ana südü təkcə qida, kalori, immuniteti möhkəmləndirmək demək deyil. Körpənin ilk andan ana südü ilə qidalandırılması onun sosial, psixoloji baxımdan inkişafı üçün də mühüm əhəmiyyət kəsb edir. İlk süd yəni, doğumdan sonra uşağa verilən süd tərkib etibarilə çox zəngindir. Onun az miqdarında belə yüksək kalori var. Körpənin immun sisteminin əsası həmin an qoyulur. Körpə ilk günlərindən ana südü ilə qidalandıqda, onun mədə-bağırsaq sisteminin florası yaranır, bu da uşağın sonrakı həyatı üçün çox önəmlidir. Hər bir qadın, ana bunu dərk etməlidir. Ana övladını südlə qidalandırdıqda ona sağlam gələcək bəxş etmiş olur. Uşağa süd vermək həm də ana ilə körpə arasında doğmalıq bağı yaradır".

Mama-ginekoloq, Klinik Tibbi Mərkəzin əməkdaşı Təranə Həsənova da deyib ki, körpənin ana südü ilə qidalandırılması uzun illərdir ki, UNİSEF-in əsas tövsiyələrindən biridir:
"Tövsiyə olunur ki, uşağı iki il müddətində ana südü ilə qidalandırmaq daha düzgündür. Süd iki il müddətində olmaya da bilər. Hər halda hansı zaman süd tükənəcəksə, o müddətə qədər körpəyə ana südü vermək hər bir qadının analıq borcudur".

Mütəxəssis deyib ki, uşağa uzun müddət süd vermək qadını süd vəzi xəstəliklərdən qoruyur: "Süd vermək profilaktikadır. Qadınların təbii yolla bu profilaktikanı aparmaları vacibdir. Ana süd verdiyi dövrdə qida rasionunda vitaminli qidalara, meyvə-tərəvəzə üstünlük verməli, ağartı məhsullarından daha çox istifadə etməlidir. Ananın rasionunda zülal, karbohidratlı, minerallı qidalar bol olmalıdır. Ağır kalorili yeməklərdən qaçsalar yaxşıdır. Qida rasionunu düzgün seçəndə ana heç vaxt artıq çəki almaz".

S. Əsədova da deyib ki, süd ifrazı zamanı qadın kalori xərcləyir: "Süd vermək indi daha çox gündəmdə olan artıq çəki problemini həll edir. Çünki süd verən ana həm də enerji xərcləyir, ona görə də qadınlar süd verməklə artıq çəki problemindən azad olarlar".

Bəs hansı hallarda ananın körpəyə süd verməsi qadağan oluna bilər?

Mütəxəssislər belə istisnaların olduğunu deyib. S. Əsədovanın sözlərinə görə, bəzi xəstəliklərin kəskinləşmə dövründə ana südünün verilməsi qadağan olunur: "Amma belə hallar çox az olur. Məsələn, əgər anada ağır gedişli sifilis, QİÇS, açıq vərəm varsa, körpəyə süd verə bilməz. Bəzən çox əsassız yerə körpəni ana südündən məhrum edirlər. Ana deyir ki, mənim qan rezusum mənfidir və körpəyə süd verə bilməyəcəyəm. Bu, absurddur. Və yaxud da ana deyir ki, qanımda mikrob var, uşağa süd ver bilmərəm. Bunların heç bir əsası yoxdur. Yalnız qadında ağır infeksion xəstəliklər olanda süd verilməyə bilər. Bəzən deyirlər ki, ana südünü analizə vermişik, mikrob yoxdursa, uşağa veriləcək. Bunlar tamamilə yanlışdır. Ana südündə mikrob olmur. Yalnız ağır infeksion xəstəliklər və ananın qəbul etdiyi bir sıra ağır dərmanlar südün verilməsi üçün əks göstəriş sayılır. Qalan digər hallarda uşağı ana südündən məhrum etmək düzgün deyil, yolverilməzdir".

Qeysəriyyə kəsiyi əməliyyatı olunan qadınların uşağa süd verməməsi, yaxud bir neçə gün sonra verməsi hallarına münasibət bildirən mütəxəssislər belə bir göstərişin də olmadığını bildiriblər.

S. Əsədova deyib ki, qeysəriyyə əməliyyatı uşağı ana südü ilə qidalandırmaq üçün əks göstəriş deyil: "Demək olar ki, bütün hallarda qeysəriyyə kəsiyi əməliyyatı spinal anesteziya ilə aparılır və uşaq doğulan anda, əməliyyat gedə-gedə körpəni ananın qucağına qoyurlar, o da körpəsinə süd verir. Bu əməliyyatın süd vermək üçün heç bir əks göstərişi yoxdur".

T. Həsənova isə qeyd edib ki, bəzi pasiyentlər körpəyə ana südünü verməməyi süd vəzilərinin quruluşunun pozulması ilə əlaqələndirilər: "Ana heç bir halda uşağı ana südündən məhrum etməməlidir. Problem olsa belə, təbabət elə inkişaf edib ki, süd vəzilərini estetik əməliyyatla əvvəlki halına qaytarmaq mümkündür. Halbuki körpəni ana südü ilə qidalandırmaq süd vəzilərinin xarici görünüşünü heç bir halda kəskin şəkildə dəyişdirmir".

S. Əsədova vurğulayıb ki, körpə ana südü ilə qidalanmırsa, onların mədə-bağırsaq sistemində problem yaranır, uşaqlar qəbizliyə meylli olur, ümumiyyətlə, xəstələnmə riskləri çoxalır.

Onun sözlərinə görə, süni, müxtəlif qarışıqlı qidalarla qidalanan körpələrdə infeksiyalara daha çox rast gəlinir: "Bəzən valideynlər tələsirlər uşaqlara ana südü ilə yanaşı bir sıra süni qidalar, sıyıqlar da verirlər. Uşağın bunu qəbul etməsinə, çəkisinin artmasına görə hətta sevinirlər. Amma tələsmək lazım deyil. Uşağı hər yaş dövrünə uyğun qidalandırmaq lazımdır. Artıq qidaları körpənin qida rasionuna salmaq düzgün deyil.
Uşağın çox qidalanması, çəkisinin artması hələ onun sağlam olması demək deyil. Sonradan həmin uşaqların səhhətində müxtəlif problemlər, o cümlədən endokrin xəstəliklər yaranır ki, bununla da mübarizə aparmaq çox çətin olur. Qida balansını pozmaq olmaz. Körpə lazım olandan, xərclənəndən çox kalori alarsa, sonradan bu, depolaşır. Amma ana südü ilə qidalananda balans pozulmur".

Təranə Həsənova da qeyd edib ki, əksər hallarda süni qida ilə qidalanan uşaqların çəkisi daha artıq olur və bu da problemlərə yol açır.

Ana südü az olarsa, onu necə artırmaq olar?

Mütəxəssislər deyiblər ki, ana südünü artıracaq hər hansı dərman yoxdur. Müxtəlif dərmanlar müvəqqəti olaraq südü artıra bilər. Onlar südün çox olması üçün düzgün qidalanmağı, daha çox maye qəbul etməyi, daim hərəkətli olmağı, açıq havada gəzməyi tövsiyə ediblər.

Bəzi hallarda həkimlərin anaları süni qidalara yönləndirmələri barədə səslənən fikirlərə münasibət bildirən mütəxəssislər bunun yolverilməz olduğunu vurğulayıb, uşaqların hüquqlarının pozulması kimi dəyərləndiriblər. S. Əsədova deyib ki, hər bir doğum evində analara uşaq doğulan kimi körpəyə ana südü vermək tövsiyə olunmalıdır: "Bilənlər bilir, bilməyənlərə demək lazımdır ki, ana südü uşaq üçün qoruyucudur. Ana südü ilə qidalanan uşaqların psixoloji inkişafı da normal gedir. Yəni körpədə heç bir aqressivlik, hiperaktivlik və s bu kimi sindromlar inkişaf etmir. Körpənin inkişafına dair "Min gün" proqramı var. Bu, körpələrin bətndaxili inkişaf dövründən başlayaraq iki il boyunca davam edən bir proqramdır. Burada əsas amil körpələrin ana südü ilə qidalandırılmasıdır. Hər bir qadın bilməlidir ki, süd vermək həm də ananı bir çox xəstəliklərdən qoruyur"...

Ailə və Uşaq     Baxılıb: 3372   Tarix: 02 iyun 2017
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Körpələr yuxu görürmü? - YATAN UŞAĞIN REAKSİYALARININ SƏBƏBLƏRİ

Bir çox insan körpələrin yuxuda niyə gülümsədiyi və mırıldadığı bağlı düşünür. Körpələrin bu davranışlarını bəzi insanlar sadəcə bir refleks olaraq qəbul edir, bəziləri isə körpələrin əslində yuxu gördüyünü fikirləşir. Körpələ

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Ana bətnində DAUN SİNDROMU necə müəyyən edilir? - DETALLAR

Ana bətnində Daun sindromlu körpə hərəkətləri, sözügedən sindromun anlaşılması üçün son dərəcə əhəmiyyətlidir. Əgər ana bətnində daun sindromlu körpənin əlamətlərinin nə olduğu ilə maraqlanırsınızsa, məqaləmizi oxumağınız

.

Körpələri yelləyərək yatırmayın – RİSKLƏRİ NƏLƏRDİR?

Valideynlərin əksəriyyəti körpəni yelləyərək yatırırlar. Bu üsul kifayət qədər faydalı görünsə də, əslində körpələr titrəmənin təsiri ilə bayılma deyilən bir vəziyyətə düşürlər. Bu, qədim zamanlardan bəri tətbiq olunan v

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Hamiləlikdə aybaşı ola bilərmi? - SƏBƏBLƏRİ

Hamiləlikdə görülən qanaxmanın menstrual qanaxma olub-olmaması qadınları çox düşündürür. Hamiləlik zamanı qanaxmanın səbəbləri müxtəlif ola bilər. Körpə müjdəsini alan bəzi qadınlar hamilə qaldıqdan sonra bir neçə dəfə d

.

Uşaqlıq travmalarınız var? - Cəmi 10 SUALA cavab verməklə öyrənə bilərsiniz

 . İnsanlar üçün emosional travmalarını tanımaq və qəbul etmək çətin ola bilər. Sosial şəbəkələrdə məşhurlaşan pediatr Pete uşaqlıq travmaları ilə bağlı maraqlı açıqlama verib. Həkim bildirib ki, cəmi 10 suala cavab verməkl

.

Telefonla sakitləşdirilən uşaqlar RİSK ALTINDADIR - Valideynlər oxusun

Valideynlərin övladlarını sakitləşdirmək üçün onlara telefon vermələri və bunu vərdiş halına gətirmələri uşaqlar üçün təhlükəlidir. İnsanların həyatını asanlaşdırmaq üçün istehsal edilən və inkişaf etdirilən texnologiyanı

turlar.az

sonxeber.az geyim və ayaqqabılar reseptler makiyaj instagram baş gicəllənməsi sağlamlıq haqqında milli yemek yoğun bağırsaq xəstəlikləri kosmetika oğlaq hakista novruz bayramına aid hakıştalar tanisliq statuslar