Uşağın boyu niyə uzanmır?

Uşağın boyu niyə uzanmır?Valideynlərin əksər hissəsi uşaqlarının ucaboy olmasını istəyir.
Lakin bu hər zaman mümkün olmur. Uşağın boy atması nədən asılıdır?
1. Uşağın boyu əsasən genlərdən asılıdır. Boyu kiçik olan valideynlərin uşaqları da əksər hallarda hündür olmur.
2. İnsan orqanizmində xüsusi "somatotropin" hormonu var ki, bu hormon sümük toxumasının əmələ gəlməsini stimullaşdırır və nəticədə uşaqda boy atma prosesinə təsir edir. Bundan əlavə bu hormon əzələ toxumasının artmasına təsir edir. Bəzən uşqların orqanizmində bu hormon çatışmır və nəticədə uşağın boyu normal uzanmır. Bu səbəbdən uşaqda boy atma ləngiyirsə, onu mütləq endokrinoloq müayinə etməlidir.
3. Düzgün tamdəyərli qidalanma uşağın boy atmasına təsir edir. Elmi cəhətdən sübut olunub ki, uşaq orqanizmində boy atması hormonunun ifrazını zülallı qidalar  stimullaşdırır, qlükoza isə əksinə ləngidir. Bu səbəbdən uşağın rasionunda kəsmik, ət, yumurta kimi məhsulların miqdarını artırmaq, şirniyyatların miqdarını isə azaltmaq lazımdır.
Boy atma prosesinə həmçinin A vitamini (kök, balıq, qara ciyər, göyərti), B vitamini (kərə yağı, süd, yumurta, qoz), kalsium (süd məhsulları), fosfor (balıq) təsir edir.
4. Coqrafi mühit, iqlim də uşağların boy atma prosesinə təsir edir. Şimal ölkələrində yaşayan insanlar, cənub ölkələrində yaşayan insanlarla müqayisədə daha ucaboy olur. Alimlər sübut edib ki, gün şüaları insanda boy atma prosesini sürətləndirir. Lakin gün şüaların "artıqlığı" əksinə bu prosesi ləngidir.
5. Həkimlər uşağın boyunu onun Sağlamlığının "indikatoru" kimi qiymətləndirirlər. Sağlam uşaq daha tez uzanır, hər hansı xəstəliyi (xüsusilə ciddi xroniki xəstəliyi) olan uşaq isə əksinə daha gec uzanır. Boy atma prosesi bir çox xəstəliklər zamanı ləngiyir. Anemiya, bağırsaqda sorulma proseslərin pozulmaları, tez-tez təkrarlanan nəfəsalma sistemi xəstəlikləri, ürək qüsurları, böyrək və qara ciyər funksiyalarının pozulmaları uşaqda boy atma prosesini müvəqqəti olaraq ləngidə bilər. Uşaq sağaldıqdan sonra isə uşaq daha tez uzanmağa başlayır.
6. Uşağın psixoloji durumu da boy atma prosesinə təsir edir. Uzunmüddətli stress zamanı boy atma hormonun ifrazı azalır və uşaqlar uzanmır. Bu səbəbdən ailədə uşaq üçün müsbət psixoloji şərait yaratmaq çox vacibdir.
Nəzərinizə çatdıraq ki, oğlanlarda boy atma prosesi təxminən 19-21 yaşlar arası, qızlarda isə daha tez 17-19 yaşlar arası bitir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 896   Tarix: 28 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qaraciyəri təmizləyən qidaların SİYAHISI

Qaraciyəri təmizləməyə kömək edəcək və bu orqanın fəaliyyətini dəstəkləyəcək məhsulların siyahısı tərtib edilib.   -a istinadən bildirir ki, siyahını kardioloq Olqa Bokeriya tərtib edib. Onun sözlərinə görə, sağlam qaraciyə

.

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Ana təbiət əslində hamıya səxavətlə davranır,  otunu, çiçəyini insanların ayaqları altına sərir. Sadəcə, biz onun dilini bilmirik, hansı otun, çiçəyin hansı dərdə dərman olmasından xəbərsizik. "Şəfalı bitkilər"

.

Yatarkən belə yağ yandırmaq mümkündür – Necə?

Salk İnstitutunun araşdırmasına görə, nə qədər oyaq qalsaq, bir o qədər çox kalori qəbul edirik. Buna görə də alimlər kalori qəbulunu azaltmağın ən sadə yolunun erkən yatmaq olduğunu bildirirlər. Yatarkən arıqlamağın başq

.

Daha çox yaşamağa kömək edən QİDALAR

Tədqiqatlar göstərir ki, pəhrizinizə daha çox bitki əsaslı qidaların, xüsusən də omeqa-3 yağ turşuları ilə zəngin olan qidaların əlavə edilməsi ürək-damar problemlərindən əziyyət çəkən insanların ömrünü uzatmaqda əsas ro

.

Banan yeməyin faydaları və zərərləri

Banan sağlam pəhrizin əsas elementi olan liflə zəngindir. Banan istehlak etməyin faydaları çox böyükdür və sağlamlığın müxtəlif aspektlərini əhatə edir.   -a istinadən bildirir ki, banan sağlam pəhrizin əsas elementi ola

.

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?

"Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". -a istinadən bildirir ki, bunu rusiyalı otorinolarinqoloq Asiyat Zirkuyeva deyib. "İl

.

Çoxlu qəhvə içmək varikoz yaradır

Varikozu olan və ya bu xəstəliyə irsi meyli olan insanlara qəhvə olmaz. "Medicina"-ya istinadən xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov danışıb:. "Venaların genişlənməsi venoz damarın naziləşməsidir

.

Sürətli arıqlamaq üçün iki sağlam inqrediyentdən hazırlanan YAĞ YANDIRICI İÇKİ

Əlavə çəkilərdən xilas olmaq üçün pəhriz saxlayan hər kəs bu prosesin nə qədər çətin olduğunu bilir.   -a istinadən xəbər verir ki, incə belə sahib olmağa köməklik edən kefir və kətan toxumundan hazırlanmış yağ yandırıc

.

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur

Sarıkök və zeytun yağı ayrı-ayrılıqda sonsuz faydaları olan iki qida olsa da, bir araya gəldikdə gücünü ikiqat artırır. Ekspertlər bir qaşıq zeytun yağına bir çimdik sarıkök əlavə edəndə möcüzəvi təsirlərin üzə çıxdığın

turlar.az

sonxeber.az reseptler kosmetoloq qis geyimləri 2024 fotoqaleriya ilk tibbi yardim sengulum nagili sağlamlıq haqqında kosmetika öpüşme birlik xeyanet balıq fitat