Uşağın cinsi kimdən asılıdır - ANADAN yoxsa ATADAN?

Uşağın cinsi kimdən asılıdır - ANADAN yoxsa ATADAN?Uşağın doğulması böyük bir sevinc və xoşbəxtlikdir. Təəssüf ki, heç də hər ailəyə bu sevinci yaşamaq qismət olmur.
Lakin bunu anlamayan və uşağın cinsinə görə "narazı" olanlar da tapılır. Belə narazı olnaların əksəriyyəti kişilərdir - "filankəsin 2 oğlu var, mənim isə...", "oğlan olmalıdır", "oğlan istəyirəm" və s.
Qadınlar belə vəziyyətdə sıxılır, özünü günahkar hesab edir, buna görə qınaq və bəzən hətta şiddət obyektinə çevrilir. Bu "rüsvayçılıqdan" qurtulmaq üçün yazıq qadınlar nələrə əl atır - saysız selektiv abortlar, riskli hamiləliklər, hətta ölüm. Yaxın günlərdə Respublika Perinatal Mərkəzində baş vermiş dəhşətli hadisə məhz bunun növbəti sübutudur...
Bu məqalədə biz uşağın cinsinin necə formalaşdığını və əslində kimdən asılı olduğunu sizə izah edərik.
Beləliklə,
İnsan bədəni milyonlarla hüceyrələrdən ibarətdir. Hər hüceyrənin içərisində nüvə, nüvənin içərisində – xromosomlar yerləşir. Xromosomlar genlərdən ibarətdir. Məhz genlər bizim göz, dəri, saç rəngi, maddələr mübadiləsinin xüsusiyyətləri və s. özəllikləri haqqında bütün məlumatları başıyır. Genlər gen toplusunu (genotip) yaradır. Gen toplusu hər bir insanda fərqlidir.
Qadınların xromosom dəsti 46XX kimi, kişilərin – 46XY kimi işarə olunur. 44 xromosom qeyri-cinsi (dediyimiz kimi, göz, saç, dəri rəngi və s.), 2 xromosom isə cinsidir. Qadınlarda cinsi xromosomlar XX, kişilərdə XY kimi işarə olunur.
Spermatozoid və yumurta hüceyrəsinin hər birisində yalnız xromosomların yarısı, yəni 23 olur – 22 qeyri-cinsi xromosom + 1 cinsi xromosom, ki sonra bu hücerələr birləşəndə yeni orqanizmin tam xromosom dəsti (23+23=46) alınsın.
Qadınlarda bütün yumurta hüceyrələrində yalnız X cinsi xromosomları (qadın orqanizmində digər cinsi xromosom mövcud deyil!) olur – 23X. Kişi spermatozoidləri isə fərqlidir - onlar ya X, ya da Y cinsi xromosomlarına malik olur (23X və ya 23Y).
Bu hüceyrələrin birləşməsi (mayalanma) nəticəsində yeni orqanizmin xromosom dəsti formalaşır. Bu dəst ya 46XX və ya 46XY şəklində ola bilər.
Yumurta hüceyrəsi X-xromosomuna malik olan spermatozoid tərəfindən mayalanarsa, bu zaman qız uşağı (23X+23X=46XX), Y-xromosomuna malik olan spermatozoid tərəfindən mayalanarsa, oğlan uşağı (23X+23Y=46XY) inkişaf etməyə başlayır.
Beləliklə, fiziki olaraq uşağın cinsinin formalaşmasında yalnız atanın "rolu" var, ananın isə heç bir rolu yoxdur.
Lakin bunu da demək tam düzgün deyil. Bəli, uşağın cinsini spermatozoid formalaşdırır, ancaq hər bir konkret halda hansı spermatozoid (X və ya Y) bunu edəcək nə kişi, nə də qadından asılı deyil və bunu qabaqcadan proqnozlaşdırmaq mümkün deyil. Məhz bu səbəbdən uşağın cinsinə aid olan heç bir "hesablama" dəqiq nəticə vermir və verə də bilməz.
Bunu yalnız Uca Allahımız təyin edir.
Müqəddəs Quranda bu haqda konkret olaraq deyilir:
"Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan bəxş edir" (əş-Şura, 49).
Allahınmı qərarına qarşı çıxacaqsınız?

Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 3542   Tarix: 17 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Körpələri yelləyərək yatırmayın – RİSKLƏRİ NƏLƏRDİR?

Valideynlərin əksəriyyəti körpəni yelləyərək yatırırlar. Bu üsul kifayət qədər faydalı görünsə də, əslində körpələr titrəmənin təsiri ilə bayılma deyilən bir vəziyyətə düşürlər. Bu, qədim zamanlardan bəri tətbiq olunan v

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Qorxu və narahatlıq uşağın beyninə NECƏ TƏSİR EDİR?

Bəzi uşaqlar hisslərini açıq şəkildə ifadə etsələr də, bəziləri hisslərini içində saxlaya bilər. Uşaqların beyni hələ tam inkişaf etmədiyi üçün stresli və narahat vəziyyətlər onların beyinlərinə mənfi təsir göstərə bilər

.

Uşaq bezləri virus yayır – Valideynlərin NƏZƏRİNƏ

 . Uşaq bezləri məlum olmayan yeni viruslar yayır. "Nature Microbiology" jurnalında bununla bağlı məqalə dərc edilib. Məlumata görə, beynəlxalq tədqiqat qrupu körpə nəcisində 10 00 yeni virus aşkar etdiyini bildirib

.

Ana bətnində DAUN SİNDROMU necə müəyyən edilir? - DETALLAR

Ana bətnində Daun sindromlu körpə hərəkətləri, sözügedən sindromun anlaşılması üçün son dərəcə əhəmiyyətlidir. Əgər ana bətnində daun sindromlu körpənin əlamətlərinin nə olduğu ilə maraqlanırsınızsa, məqaləmizi oxumağınız

.

Uşaqlarda inkişaf ləngiməsi artıb - SƏBƏBLƏRİ

Son dövrlərdə poliklinikalara uşaqlarda fiziki inkişafın ləngiməsi ilə bağlı müraciətlər artıb. Bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 17 nömrəli Uşaq Poliklinikasının həkim-endokrinoloqu Flora Alcanov

turlar.az

sonxeber.az geyim seçimi kosmetika mehsullari adlarin menasi qadin.net ari mehsullari cinsi mövzular eroziya xesteliyi kosmetika salatlar xanim az sevgi efsaneler novruz hakıştası