Uşaq niyə pis yeyir?

Uşaq niyə pis yeyir?Demək olar ki, hər bir ana bu problemlə üzləşir. Müəyyən müddətə qədər uşaq ananın verdiyi hər bir yeməyi həvəslə yeyir. Birdən o hətta sevdiyi yeməkdən belə imtina etməyə başlayır.
Uşağınızın səhhəti barədə nəticə çıxarmağa tələsməyin. İştahanın təsadüfi və davamlı olmayan müddətə azalmasını çox da narahatlıqla qəbul etməyin.
Uşaq hər hansı bir kəskin xəstəliyə tutulan zaman iştahası müvəqqəti olaraq azalır. Bu zaman ona verilən yeməyi zorla, axıra qədər yeməsini təkid etmək məsləhət deyil. Uşağa daha çox meyvə, tərəvəz, su, müxtəlif şirələr (xüsusilə yüksək hərarət zamanı) və daha yüngül, yarımduru yeməklər verin.
Daimi olan iştahasızlıq çox pis göstəricidir. Yanaşı olaraq uşaq tez-tez xəstələnirsə və inkişafına görə də yaşıdlarından geri qalırsa, bu daha da təhlükəli bir haldır. Belə halda mütləq həkimə müraciət etmək lazımdır.
Bəs uşağın iştahasını necə yaxşılaşdırmaq olar? Hər şeydən əvvəl bütün yaş dövrlərində olan uşaqların gündəlik rejimini qaydaya salmaq lazımdır. Uşaq tez-tez təmiz havaya çıxarılmalı, hərəkətdə olmalıdır. Zəifləmiş uşaqlar daha çox istirahət etməlidirlər. Onlar erkən yatmalı, səhərlər daha gec oyanmalıdırlar. Günorta mütləq yatmalıdırlar.
Heç bir halda, yeməkdən 1-2 saat qabaq uşağa şirniyyat, şirələr, qazlı içkilər vermək olmaz!
Uşaqlarda iştahanın pis olmasının səbəbi, əksər hallarda qida rejiminin pozulmasıdır. Əksər hallarda uşaqlara həddən artıq yağlı, şirin qidalar verilir. Bu zaman onların növbəti qidalanmaya qədər acması ləngimiş olur. Əvvəl yediyi qidanı həzm etmək və aclıq hiss etməsi üçün uşağa bir qədər vaxt vermək lazımdır.
Heç bir halda uşağın başını qataraq və onu əyləndirərək yedizdirməyə çalışmayın. Bu, iştahanın uzun müddətli itirilməsinə səbəb ola bilər. Çünki yemək zamanı uşağın fikri bütünlüklə oyuncaqlara, kitablara, nağıllara, qohumlar tərəfindən qurulmuş "sirk" tamaşalarına yönəlir. Bu zaman həzm şirələrinin ifrazı kəskin şəkildə ləngiyir və nəticədə qidanın həzm edilməsi də pisləşir.
Bundan başqa, yemək zamanı uşaqlar üçün multiplikasiya filmlərinə baxmağa şərait yaratmaq, yemək yeyəcəkləri halda onlara hədiyyələr vəd etmək, daha böyük uşaqlara isə yeyərkən kitab oxumağa icazə vermək olmaz.
Digər tərəfdən, uşagı zorla yedizdirmək, yemədiyi üçün onu danlamaq, üstünə qışqırmaq da olmaz! Bütün bunların nəticəsində sonda valideynlər yalnız bir şeyi əldə edirlər - uşaqda istənilən qidaya nifrət hissi yaranır.
Yeməyin uşağa hansı şəkildə təqdim olunması da çox vacib məsələdir. Yemək masasını uşaqla birgə hazırlayın. Əvvəl uşağa az miqdarda yemək çəkin ki, gözü qorxmasın. Yalnız özü istədiyi halda ona əlavə yemək verin. Çoxçeşidli yeməklər hazırlayın. Eyni yeməyi gün ərzində təkrar verməyin. Yadda saxlayın: qida gatı və kalorili olmalıdır. Çörəyi, sıyığı, supu az miqdarda verə bilərsiniz, amma balıq, ət, kəsmik, yumurtanın normal miqdarda yeyilməsinə fikir verin.
Uşaq mütəmadi olaraq normadan az həcmdə yeyirsə, onu daha tez-tez, gündə 5-6 dəfə yedizdirin. Amma yedizdirmələr arasındakı müddət çox qısa olmamalıdır (təxminən 3,5 saat, südlü qidadan sonra isə 3 saat).
Ən vacib olan daha bir şey də var. Uşaq yemək masası arxasına sakit, yaxşı əhval-ruhiyyə ilə, istirahət etmiş, kefi pozulmamış və qıcıqlanmamış vəziyyətdə əyləşməlidir. Nahar və şam yeməyindən qabaq heç bir səs-küylü, qıcıqlandırıcı oyunlara imkan vermək olmaz. Onlar həzm şirəsinin ifrazını xeyli dərəcədə ləngidir! Uşaq maraqlı oyun oynayarkər qəflətən oyunu dayandırıb onu yeməyə vadar etmək olmaz. Bu onun xoşuna gəlməyəcək, sonda uşaq inadkarlıq edərək yeməkdən tamamilə imtina edəcək.
Yeməyə təxminən 15-20 dəq. qalmış uşağı hər hansı bir vasitə ilə (əllərini yu, masanı açmağa kömək et! və s) qida qəbulu prosesinə hazırlaşdırın. Ona yeməyi tərifləyərək bəzi xoşagələn sözlər də deyə bilərsiniz: məsələn, bu gün ana və ya nənə çox dadlı yemək bişirib, kotlet bu gün çox gözəl görünür, ləzzətli qoxusu var. Əgər uşaq yenə də yeməyə qarşı neqativ fikirdədirsə, yemək vaxtını 15-20 dəqiqə təxirə salın. Oyununu və ya işini başa çatdırmasına imkan verin. Bir müddət sonra isə onu yenidən masaya dəvət edin. Yeməyi axıradək yeyibsə, uşağı mütləq tərifləmək lazımdır!
Bəzi uşaqlar səhərlər pis yeyirlər. Onları yuxudan oyanan kimi yedizdirməyin. Birlikdə səhər idmanı etsəniz, yuyunsanız, oynasanız, uşağın iştahası bərpa olunacaq.
Pis yediyi üçün uşağın yanında həyəcanınızı göstərməyin. Onun iştahasızlıgı, pis yeməsi barədə narahat olduğunuzu ona bildirməyin. Uşaqlar belə şeylərə tez alışır. Sonra ərköyünlük edir, yeməkdən imtina edir, oz istəyinə nail olmaq ücün hər cür şıltaqlığa əl atırlar.
Həkimlə məsləhətləşdikdən sonra iştahası pis olan uşağa xüsusi iştahgətirici preparatlar, C vitamini, kompleks vitaminlər vermək olar.
Milli.Az

Xəbərlər     Baxılıb: 960   Tarix: 10 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Pəhriz kekslərini necə hazırlamaq olar? - Unu bununla əvəz edin

Pəhrizdə olsanız belə, bu, özünüzü dadlı yeməkdən imtina etmək üçün bir səbəb deyil. Təqdim edəcəyimiz reseptə görə hazırlanmış pəhriz keksləri öz çəkilərinə baxanlar üçün əsl xilasedici olacaq. . Gecə yatmazdan öncə anana

.

Bu problemləri yaşamaq istəmirsinizsə, stressdən uzaq olun

Dərimiz gündəlik həyatımızın qaçılmaz hissəsi sayılan stressin ən ağır yükünü daşıyır. Buna görə də bir çox dəri xəstəlikləri yaranır. . -a istinadən xəbər verir ki, dərimiz bədənimizin ən böyük orqanıdır və ətraf mühit faktorların

.

Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?

Dönərdən zəhərlənmə səbəbindən hər il onlarla insan həyatını itiririr. Ən ağır qida zəhərlənmələrindən hesab olunan bu patologyiyada vaxtında yardım göstərilməzsə xəstə ağırlaşır. "medicina"ya istinadən dönərdə

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.   -a istinadən bildirir ki, dietoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dər

.

Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız

Göz altındakı şişlik və ya torbalar qadınların 80%-nin problemidir. Yaşlanma, sıx emosiyalar, yuxu olmaması və ya müəyyən sağlamlıq şərtləri gözlərin şişməsinə səbəb ola bilər. Eyni şey duza aiddir - duzlu qidaların həddində

.

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş - ARAŞDIRMA

ABŞ-nin Nyu-York Universitetinin alimləri müəyyən ediblər ki, havada kükürd dioksidin (geniş yayılmış çirkləndirici) daha az konsentrasiyası əksər hallarda ağır pnevmoniya ilə özünü biruzə verən təhlükəli xəstəlik olan legionellyozu

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Kartofun əzilməməsi üçün BUNU EDİN

Bir çox insanlar əzilməyən və mükəmməl qızardılmış kartof hazırlamaqda çətinlik çəkirlər. Bəzən kartoflar qızardılarkən ya yapışır, ya da əzilir. Bəs, bunun olmaması üçün nə etmək lazımdır? .   -a istinadən xəbər verir ki

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

turlar.az

sonxeber.az geyim dəbləri kosmetoloq qadin sayti hind filmleri nişan və evlilik arvaddan icaze kagizi aciq zedelenmeler yaralar kosmetika suni mayalanma novruz bayramina aid cinsi elaqe vətən haqqında bayatılar haqisda