Uşaq vaxtı düzgün qidalanmamaq gələcəkdə çox ciddi xəstəliklərə səbəb olur

Uşaq vaxtı düzgün qidalanmamaq gələcəkdə çox ciddi xəstəliklərə səbəb olurBalanslı, ekoloji cəhətdən təmiz və faydalı qidalanma olmadan uşağın düzgün inkişafı mümkün deyil. Mütəxəssislər uşaq vaxtı düzgün qidalanmamağın gələcəkdə çox ciddi xəstəliklərə səbəb olduğunu söyləyirlər. Vitamin, antioksidant və mikroelementlərin çatışmadığı, karbohidrat və yağların çox olması, bol ədviyyat və zərərli əlavələr uşağın inkişafına mənfi təsir göstərir.

Qida mütəxəssisləri uşağın orqanizmi üçün ən təhlükəli məhsulların siyahısını tərtib ediblər.

"Yağlar, karbohidratlar, kansoregenlər, rəng və dadvericilərlə zəngin olan çipsilər insult və infarkt riskini artırır. Çipsilər, həmçinin damar xəstəlikləri, anemiya, hipertoniya, həzmin pozulması, qastrit və hətta xərçəngə səbəb ola bilər. Tərkibində aspartam və natrium benzoat olan şirin qazlı içkilər dad reseptorlarının həssaslığını dəyişməklə yanaşı, idarəolunmaz qəzəb, əsəb, depressiya və ya təlaşa səbəb ola, çox miqdarda qəbul edildikdə isə qida zəhərlənməsi və ürək problemlərinə aparıb çıxara bilər. Şaurma, fri kartofu və fastfudlar heç də uşaq yeməyi deyil. Kolbasa, sosiska və s. kimi hazır ət məhsullarının tərkibində olan fenol maddəsi yüksək toksiki xüsusiyyətlərə malikdir. Uşaq orqanizmi üçün digər bir zərərli qida marqarindir. Onun hazırlanması prosesində duru yağların emal olunması zamanı kimyəvi reaksiyalar nəticəsində ziyanı hamıya məlum olan transpiylər əmələ gəlir. Transpiylər isə uşaq üçün yalnız təmiz halında deyil, həm də qastronomik təamlar - pirojna, tort, qat-qat xəmir və kremlərin tərkibində də təhlükəlidir".

Həkim-pediatr uşaq orqanizmi üçün zərərli olan digər qida məhsullarını da göstərib: "Tərkibində natrium qlütamat olan qidalar, şokolad batonlar, qəhvə və energetik içkilər, saqqız, rəngli jele və marmelad, mayonez və ketçupun da tərkibində ziyanlı maddələr çoxdur. Valideynlər öz övladlarını mümkün qədər həmin qidalardan uzaq tutmağa çalışmalıdırlar".

Sağlamlıq     Baxılıb: 1167   Tarix: 13 sentyabr 2021
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Qadınlara dodaq boyasına niyə icazə verilmirdi? - Zərərli idi, yoxsa... Qəribə FAKTLAR

Bəzi ölkələrdə dini səbəblərə  görə qadağan edilən dodaq boyası (pomada) buna baxmayaraq, son 137 il ərzində  ardıcıl olaraq hazırlanan kosmetik vasitədir. Müasir dövrdə çantasında dodaq boyası daşımayan bir qadın tapa bilməzsiniz

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Yuxuda orqazm: səbəblər və xüsusiyyətlər

Yuxuda orqazmın səbəbləri sonuna kimi öyrənilməmişdir. Biri aydındır: kişilərdə və qadınlarda o yuxuda müxtəlif xarakteri daşıyır və müxtəlif səbəblərlə çağırıla bilər. Yuxuda orqazmın ən sadə variantı cinsiyyət yetişməs

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

turlar.az

sonxeber.az kosmetik vasiteler adlarin menasi yaz geyimleri 2024 hicab ortukleri cennet almasinin hazirlanmasi qadini ehtiraslandiran sozler kontrasepsiya və abort kosmetika gülməli hakıştalar tərəzi bürcü oglan evi saglam qidalanma dostluq