Uşaqda qəbizlik varsa, səbəbi bu xəstəlik ola bilər - DİQQƏT

Uşaqda qəbizlik varsa, səbəbi bu xəstəlik ola bilər - DİQQƏTUşaqlarda qəbizlik hallarına tez-tez rast gəlinir. Bu isə onlarda müəyyən problemlərə, narahatlıqlara səbəb olur. Bəs görəsən uşaqlarda qəbizliyi yaradan səbəblər hansılardır?

Bu haqda Ailem.az-a danışan pediatr Günay Rəsulova bildirir ki, uşaqlarda qəbizlik anaların qorxduğu bir haldır: "Nədənsə valideynlərin çoxu uşağın qəbiz olmasından qorxur. Kimisi uşağı tez-tez imalə etmək məcburiyyətində qalır, hər dəfəsində çöplə bağırsağı qıcıqlandırır, yaxud şam qoyur. Bu kimi invaziv müdaxilələr uşağın və ananın psixologiyasını pozur. Qəbizlikdən əziyyət çəkən uşaq hər defekasiyadan əvvəl həyəcan keçirir, ağrı qorxusu səbəbilə defekasiyanı ləngidir, bağırsaqda qalan nəcisin suyu sorularaq kal kütləsi daha da bərkiyir və beləlikl,ə qüsurlu dövran yaranır, vəziyyət daha da ağır hala gəlir".

Həkim bildirir ki, uşaqlarda qəbizliyi yaradan səbəblər çoxdur: "95 faiz hallarda bu funksionaldır, yəni elə bir səbəbi yoxdur. Çünki süni qidaya keçəndə, əlavə qidaya başlayanda, inək südü, tualetə alışdırıldığı zamanlarda bu hallarla sıx rastlaşılır. Çox az hallarda anadangəlmə bağırsaq anomaliyası - Hirşprung xəstəliyi, megakolon, kistik fibroz və s-dir. "Uşaqlarda qəbizliyin ağıla gəlməyən, lakin ölkəmizdə çox yayılmış, əsasən də endemik zonalarda yaşayan uşaqlarda səbəbi hipotireoz ola bilər. Bu, "zob" kimi tanınan qalxanabənzər vəzin funksiyasının zəif olmasıdır. Qəbizliyə bu hal da səbəb ola bilər. Ümumiyyətlə, doğulan hər körpə rutin qan analizlərindən keçəndə mütləq qalxanabənzər vəzin funksiyasına da baxılmalıdır. Dünyanın bütün ölkələrində doğulan hər uşaq bu vəz və başqa metabolik xəstəliklərə görə testdən keçirilir. Qəbizlikdən başqa bu problemi olan uşaqlarda əqli inkişafdan qalma, nitqdə ləngimə, yaddaşsızlıq kimi əlamətlər də görülə bilər. Belə problemləri olan uşaqlarda da qalxanabənzər vəzin funksiyası yoxlanılsa, yaxşı olar. Beləliklə, övladınızın uzun sürən qəbizlik problemi varsa və səbəbi hələ də müəmmalıdırsa, "zob"u yoxlatdırmağı unutmayın".

Ailə və Uşaq     Baxılıb: 3963   Tarix: 18 sentyabr 2017
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Körpələrə doğum zamanı bunu etmək ƏLİLLİK VƏ ÖLÜM RİSKİNİ ARTIRIR

Vaxtından əvvəl doğulmuş körpələrdə göbək kəsilmədən əvvəl 60 saniyə gözləmək lazımdır. Bu üsulla vaxtından əvvəl doğulan hər 20 körpədən biri böyük xəsarət almadan sağ qalacaq. Yeni bir araşdırmaya görə, yeni doğulmuş körpəni

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Ana bətnində DAUN SİNDROMU necə müəyyən edilir? - DETALLAR

Ana bətnində Daun sindromlu körpə hərəkətləri, sözügedən sindromun anlaşılması üçün son dərəcə əhəmiyyətlidir. Əgər ana bətnində daun sindromlu körpənin əlamətlərinin nə olduğu ilə maraqlanırsınızsa, məqaləmizi oxumağınız

.

Hiperaktiv uşaqlar necə qidalanmalıdır?

Günümüzdə bir çox uşaq oturaq həyat tərzi keçirir, bu da onların obez uşaqlara və gələcəkdə obez yetişkin insanlara çevrilmə riskini artırır. Mövzu ilə əlaqədar türkiyəli diyetoloq Rıdvan Arslan məlumat verib. "Uşağınızı

.

Körpələri yelləyərək yatırmayın – RİSKLƏRİ NƏLƏRDİR?

Valideynlərin əksəriyyəti körpəni yelləyərək yatırırlar. Bu üsul kifayət qədər faydalı görünsə də, əslində körpələr titrəmənin təsiri ilə bayılma deyilən bir vəziyyətə düşürlər. Bu, qədim zamanlardan bəri tətbiq olunan v

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Uşaqlarda inkişaf ləngiməsi artıb - SƏBƏBLƏRİ

Son dövrlərdə poliklinikalara uşaqlarda fiziki inkişafın ləngiməsi ilə bağlı müraciətlər artıb. Bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 17 nömrəli Uşaq Poliklinikasının həkim-endokrinoloqu Flora Alcanov

.

Uşaqlarda saç yolma: Səbəbi idarəolunmaz stress ola bilər

Uşaqlar da böyüklər qədər stressə məruz qala bilər və stress altında böyüklərdəki kimi müxtəlif psixoloji problemlər yaşaya bilərlər. Bu problemlərdən biri də saç yolma xəstəliyi, trixotillomaniyadır. İbtidai məktəb və y

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

turlar.az

sonxeber.az geyim şəkilləri kosmetika mehsullari toy makiyajlari doğumdan sonra paltarlar 2024 xınayaxdı hakışta geyimler kosmetika ginekoloq aydin sani yemek reseptleri fitat ağır itki