Uşaqlar arasında yayılmış bağırsaq qripi ilə necə mübarizə aparmalı?

Uşaqlar arasında yayılmış bağırsaq qripi ilə necə mübarizə aparmalı?Son bir ayda Həkimlər uşaqlarda qusma, yüksək hərarət və ishalla müşahidə edilən virusun yayılması ilə bağlı əhalini xəbərdar edirlər. Rotavirus adlanan bu infeksiya uşaqlarda aşkarlanarsa, ona uyğun müalicənin aparılması tövsiyə olunur. Xəstəliyə daha çox 5 yaşa qədər olan uşaqlarda rast gəlindiyini deyən mütəxəssislər simptomların bir həftədən bir aya qədər davam edə biləcəyini söyləyirlər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, hazırda epidemiya şəklində olan bu virus haqqında ATU-nun II uşaq xəstəlikləri kafedrasının dosenti Sevda Məmmədova məlumat verib.
Həkim-pediatr rotavirus infeksiyasının 9 tipi olduğunu, insanlarda onun 3 tipinə, uşaqlarda isə daha çox A tipinə rast gəlindiyini bildirib. Onun sözlərinə görə, bu virus, ilk növbədə mədə-bağırsağın selikli qişasını zədələyir və özünü müxtəlif əlamətlərlə büruzə verir: "Ola bilsin ki, bəzi hallarda uşaq səhər tezdən durarkən ürəkbulanma, qusma baş versin.
Bir neçə saatdan sonra hərarət yüksələ, daha bir neçə saatdan sonra isə ishal, qarın nahiyəsində ağrılar başlaya bilər. Bəzi hallarda uşaq boğazında ağrıların olmasından da şikayətlənir. Başqa bir əlamət: uşaq süstdür, halsızdır, arabir qarnında ağrıların olduğunu deyir, bir dəfə qusuntusu, bir-iki dəfə də ishalı olub və s. Müəyyən əlamətlərinə görə rotavirus infeksiyasına əhali arasında "bağırsaq qripi" də deyirlər".
S.Məmmədova qeyd edib ki, rotavirusun əlamətləri ilə infeksion qastroenteritin əlamətləri çox oxşardır. Ona görə də, valideyn uşaqlarda ilkin əlamətlər müşahidə edəndə özbaşına müalicəyə başlamamalıdır:
"Çünki onlar bunun rotavirus infeksiyası, yoxsa bakterial qastroenterit olduğunu qarışıq sala bilərlər. Ən yaxşısı, ilk saatlarda həkimə müraciət edərək diaqnozu dəqiqləşdirmək və düzgün diaqnoz əsasında müalicəyə başlamaq lazımdır. Təəssüf ki, bəzi valideynlər uşaqda ishal başlayan kimi antibiotik "təyin edirlər". Hətta internetdə oxuduğu hansısa simptomun onun uşağındakı əlamətlərlə eyni olduğunu düşünərək özbaşına müalicə aparan valideynlər var. Belə hallara qətiyyən yol vermək olmaz. Unutmamalıyıq ki, simptomlar eyni, müalicələr isə müxtəlif ola bilər. Rotavirus infeksiyasında susuzlaşma getdiyinə görə daha çox su-elektrolit balansını normaya salmaq vacibdir. Hər uşağa antibiotik vermək doğru deyil. Əvvəlcə qanın, sidiyin ümumi analizi götürülməli, yalnız ətraflı kliniki müayinə və laborator analizlərin nəticələrindən sonra müalicə təyin olunmalıdır".
Bu infeksiyanın həm də mövsümi xarakter daşıdığını vurğulayan mütəxəssis bildirib ki, xəstəliyin ilkin əlamətləri 12 saatdan 1-2 günə kimi üzə çıxır. Müalicəsi yüngül formalarda 6-7 gün, ağır formalarda 10-14 gün çəkir. Üçüncü mərhələ isə bərpa dövrüdür ki, 4-5 gün, ağırlaşmalardan sonra 10-14 gün çəkə bilir: "Simptomlar başlayan kimi, həkimə müraciət edilərsə, ağırlaşmalar olmayacaq. Ağırlaşmalara gətirib çıxaran əsas səbəb həkim nəzarətindən kənar aparılan müalicələrdir. Bir də uşağın immun sistemi nəzərə alınmalıdır. Əgər uşağın immun sistemi yaxşıdırsa, vəziyyətdən tez çıxacaq. İmmun sistemi zəif, yanaşı xəstəlikləri olan uşaqlarda rotavirus aşkar edilərsə, həkim müdaxiləsi mütləqdir".
Əslində, rotavirusun yüngül və ağır formasından asılı olmayaraq, bütün hallarda həkimə müraciət etməyin zəruriliyini bildirən S.Məmmədovanın sözlərinə görə, bəzən uşağın vəziyyətini o dərəcəyə çatdırırlar ki, adi şöbəyə yox, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirmək lazım gəlir. Həkim-pediatr qeyd edib ki, 6 aylıq uşaqda rotavirus infeksiyası yüngül formada keçdiyindən, müalicəsi həkim nəzarəti altında ev şəraitində də mümkündür.
O, eyni zamanda xatırladıb ki, xəstəliyin orta və ağır formalarında müalicə mütləq xəstəxana şəraitində aparılmalıdır: "İmmun sisteminin həddindən artıq zəifliyi səbəbindən bəzi uşaqlarda ishal, süstlük, yuxululuq halları olsa da, hərarət yüksəlmir. Yəni hər vaxt qızdırma olması 100 faizlik göstərici deyil. "Qızdırma yoxdursa, yaxşı olar" - yanaşması da yanlışdır.
Bəzi valideynlər qızdırmadan çox qorxurlar. Lakin qızdırma bir müdafiə reaksiyasıdır. Ona görə də qızdırmanın olmaması ilə müşahidə edilən əlamətlər daha çox narahatlıq yaratmalıdır. Bütün valideynlərə, uşaqlara möhkəm cansağlığı arzulayıram. Valideynlərə tövsiyəm odur ki, xəstəliyin ilk əlamətlərini hiss edən kimi həkimlə məsləhətləşsinlər. Birdəfəlik yadda saxlasınlar ki, həkim təyinatı olmadan müalicə, antibiotiklərdən istifadə yolverilməzdir. Hər bir valideyn ilk növbədə uşağının sağlamlığı barədə düşünməlidir. Bunun üçün isə ən doğru və yeganə seçim həkimə müraciətdir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1058   Tarix: 15 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bu davranışlar ciddi xəstəliyə səbəb ola bilər

Əksər insanlar üçün adi görünən bəzi davranışlar obsesif-kompulsiv pozğunluqdan (OKB) əziyyət çəkən insanlar üçün ciddi problem hesab olunur. Başqa sözlə desək, OKB olan insanlar istər-istəməz təkrarlanan düşüncələri və b

.

Satışda saxta gigiyenik vasitələr var: Necə tanımaq olar?

Ölkədə bir müddətdir ki, saxta gigiyenik vasitələr və kimyəvi məhsullar istehsal edən sex aşkar edilib. Bu isə bazarda satılan gigiyenik və yuyucu vasitələrin orijinallığı məsələsini gündəmə gətirib. Beləliklə, müştərilə

.

İdmanla məşğul olanlara ŞAD XƏBƏR: güc məşqlərinin gözlənilməz faydası

Güc məşqləri bədənlə yanaşı beyindəki əzələləri də gücləndirir.   -a istinadən xəbər verir ki, bu, aparılan araşdırmalar nəticəsində məlum olub. Ağırlıq məşqləri beynin qlükoza əldə etmək və emal etmək qabiliyyətini yaxşılaşdırır

.

Baş ağrısına dözmək görün nələrə səbəb olur

Həkimlər baş ağrısına dözməyin təhlükəli olduğunu açıqlayıblar.   -a istinadən xəbər verir ki, baş ağrısı təhlükəli xəstəliklərin əlaməti ola bilər. Baş ağrıları müxtəlif tibbi şərtlərin əlaməti ola bilər, lakin çox vax

.

Arağın öldürücü dozası ilə bağlı XƏBƏRDARLIQ

Çoxlu miqdarda arağın çox tez içilməsi həyat üçün təhlükəli ola bilər. .   -a istinadən xəbər verir ki, Rusiya Dövlət Təhsil Universitetinin tibb fakültəsinin müəllimi, cərrah Aleksandr Umnov spirtli içkinin ölümcül dozas

.

Yaşıl alçanın bilmədiyiniz FAYDALARI

Alça yaz pəhrizlərində əvəzedilməzdir, 100 qram alçada təxminən 45 kalori var. Antioksidant komponentləri ilə bədəni qoruyan və yüksək miqdarda C vitamini ehtiva edən alça xəstəliklərə qarşı müqaviməti artırır. Alça, eyn

.

Mütləq səhər yeməyi yeyin

Həkimlərin əksər hissəsi səhər yeməyini əsas qida qəbulu kimi qiymətləndirir. axşam.az-a istinadən bildirir ki, səhər yeməyi orqanizmi "işə salır", ona lazım olan enerji ilə təmin edir. Təəssüf ki, insanların əksə

.

Həkimlər həyəcan təbili çalır: "İnfeksional xəstəliklər öldürür"

Son günlər qızdırmadan ölənlərin sayı artıb. Həmçinin azyaşlılar arasında geniş yayılan qızılca səbəbindən bir neçə uşaq baş verən virus və bakterial infeksiyanın ağırlaşmasına görə həyatını itirib.  Baku TV-yə istinadə

.

Bu vərdiş diabet riskini azaldır

Alimlər deyirlər ki, sadə yemək vərdişi diabet riskini azaltmağa kömək edir.   -a istinadən bildirir ki, düzgün pəhriz şəkər səviyyənizi nəzarət altına almağa kömək edəcək. Son elmi araşdırmalar müəyyən bir pəhrizin diabe

turlar.az

sonxeber.az toy makiyaji sekilleri geyim və ayaqqabılar makiyaj etmek qaydalari badimcan murebbesi qalstukun baglanmasi suni usaq yemekleri veten haqda atalar sözləri kosmetika ana haqqinda bayati novruza aid brusell bakteriyası novruza aid hakistalar azerbaycan