Uşaqlarda davranış pozuntusu - KAPRİZLƏR

Uşaqlarda davranış pozuntusu - KAPRİZLƏRHazırda uşaqlar arsında ən çox rast gəlinən narahatlıqlardan biri davranış pozuntusu və kaprizlərdir. Demək olar hər 10 uşaqdan 7-sində bu problemə rast gəlinir.
Əksər hallarda davranış pozuntusunu aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqlarla qarışdırırlar. Ancaq burada olan əsas fərq, aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqların mənimsənilməməsi tərbiyə qüsurudur, davranış pozuntusu isə psixi və fiziki inkişafda yaranan narahatlıqların davranışda göstəricisidi.
Klassik davranış pozuntusu aşağıdakı kimi sərgilənir:
1) Uzun müddət davam edən aqressiv davranışlar
2) Yalanlar yaxud hadisənin şişirdilməsi
3) Təcavüzkar davranışlar
4) Uyğunsuz ifadələrin işlədilməsi və.s
5) Altını islatma
6) Dırnaq yemə və barmaq əmmə
7) Əsassız qorxular
8) Masturbasiya (cinsiyyət orqanını əli ilə oynatma)
9) İştahasızlıq
10) Yuxu problemləri (gec yuxuya getmə, yuxudan qəfil oyanma, yuxuda danışma və.s.)
11) Kaprizlər
12) Aşırı hərəkətlilik
Yaranma səbəbləri
Davranış pozuntusunun aşağıdakı səbəbləri var:
1) Diqqət çəkmək istəyi. Uşaqlar həmişə diqqət mərkəzində olmaq istəyərlər və ailədən lazımi diqqəti almayan uşaq həmin diqqəti üzərinə çəkmək üçün mənfi yollara əl atır. Məsələn, əlinə keçən hər şeyi yerə atır, aqressiv davranır, ondan nəyisə alanda durmadan qışqırır və s.
2) Özünü təsdiqlətmək istəyi. Bəzən valideynlər uşaqlarını ya çox sıxır, çox qadağa qoyur, ya da onları aşırı qoruyur hətta uşağın işini onun yerinə yetirirlər. Hər iki halda uşaqlarda özlərini, öz bacarıqlarını təsdiqlətmək istəyi ortaya çıxır. Bunun əsas səbəbi uşaqlarda fəaliyyətsizliyin və diqqətsizliyin ortaya çıxardığı pozuntudur. Belə ki, valideynlər uşaqları üçün xeyirli bir şey etdiklərini düşünürlər, ancaq, əslində bu uşaqda davranış pozuntusunu ortaya çıxarır.
3) Valideynlərdən intiqam almaq istəyi. Bu əsasən diktator tipli ailələrdə meydana çıxan davranış qaydasıdır. Belə ki, valideyn uşağın istək və arzularını nəzərə almır və uşağa yetərincə sevgi və diqqət vermir. Belə halda uşaqda bir növ valideyindən intiqam almaq istəyi formalaşır və onda yuxarıda sadalanan davranışlar ortaya çıxmağa başlayır.
4) Özünü xatırlatma. Bu ən çox mühavizəkar ailə tipində böyüyən uşaqlarda görünür. Belə ailələrdə valideyn uşağı həddsiz çox qoruyur. Hətta, onun məsuliyyətinə daxil olan işləri də valideynlər  yerinə yetirir və bunun uşağı üçün xeyirli olduğunu düşünür. Belə halda, uşağın şəxsiyyət inkişafı da ləngiyir. Çünki, psixi inkişafın əsası odur ki, şəxsiyyət fəaliyyət zamanı inkişaf edər. Şəxsiyyət tam formalaşmadıqda isə uşaqda özgüvən aşağı olur. Özgüvən aşağı olduqda isə uşaq mənfi davranışla diqqət çəkməyə başlayır. Şüuraltı bir növ "Özünü ailəyə xatırlatmağa çalışır.
Belə uşaqlarla necə davranmalı?
1) Uşağa zaman ayırmaq, onun maraqları və istəkləri ilə maraqlanmaq. Onun xoşladığı tərzdə oyunlar oynamaq (macəra, axtarış və s.)
2) Sevgi göstərmək. Uşağa qətiyyən aqressiya göstərmək olmaz. Krizlər zamanı sadəcə onu iqnora salın və bu durum keçdikdən sonra onunla bu hadisə haqqında danışın. Hər bir şey haqqında fikrini soruşun. Seçim haqqını ona verin.
3) Özgüvən vermək. Onun yerinə yeitrdiyi hər xırda yaxşı işi belə tərifləyin. Daha da yaxşı davranması üçün cəsarətləndirin. Ona güvədiynizi və Onu təmənnasız sevdiyinizi bildirin.
Əziz valideyinlər, bir şeyi heç vaxt unutmayın: uşaq gördüyü davranışı sərgiləyər. Ona görə hər şeydən öncə öz davranış və müraciət formalarınıza diqqət yetirin.
Fəridə Həsənova
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1030   Tarix: 10 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Hamilə qadınlar bu qidaları qəbul etməməlidir

Hamiləlik hər bir qadının həyatında vacib bir mərhələdir, bunun üçün düzgün hazırlanmaq lazımdır. .   -a istinadən bildirir ki, əsas aspektlərdən biri düzgün qidalanmadır. . Ana olmağa hazırlaşan qadın, kifayət qədər miqdard

.

Niyə körpələrə yumurta ağı vermək olmaz?

Yağla zəngin olan yumurta sarısı uşağa 7-ci ayından verilməlidir. .   -a istinadən bildirir ki, uşaq bir yaşına çatana qədər yumurta ağını istehlak etmək tövsiyə edilmir. . Dondurulmuş çörəyin faydaları nələrdir?. Doğru bilinə

.

Bu problemləri yaşamaq istəmirsinizsə, stressdən uzaq olun

Dərimiz gündəlik həyatımızın qaçılmaz hissəsi sayılan stressin ən ağır yükünü daşıyır. Buna görə də bir çox dəri xəstəlikləri yaranır. . -a istinadən xəbər verir ki, dərimiz bədənimizin ən böyük orqanıdır və ətraf mühit faktorların

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

.

Konservləşdirilmiş balıqdan imtina etməyin - Amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən xəbər verir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Mütəxəssislər konservləşdirilmiş balıqdan imtin

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

.

Çox tərləyənlər bu yazını oxusun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. -a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən, qadınlard

.

Zeytun yağının daha bir faydası ortaya çıxdı

Son araşdırmalar göstərib ki, gündə təxminən yarım xörək qaşığı zeytun yağı demensiyadan ölmə ehtimalını azalda bilər. Ürək damarlarını qoruyan, stressi azaldan çay. Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən ca

.

Botoksun psixikaya faydası üzə çıxdı

Botoks toksin inyeksiyasının nəinki miqren, həmçinin depressiya və təşvişi azaltması sübut olundu. Milli.Aaz "Medicina"ya istinadən xəbər verir ki, təmizlənmiş neyrotoksin olan botoks hazırda qırışları açmaq v

turlar.az

sonxeber.az gelinlikler reseptler həkim məsləhəti pəhriz ana ve usaq 2024 cu ilin modasi veten haqqinda atalar sözü kosmetika baldiza aid hakisda hakıştalar kokelmek cantalar sanama