Uşaqlarda febril qıcolmalar: İlkin yardım necə olmalıdır?

Uşaqlarda febril qıcolmalar: İlkin yardım necə olmalıdır?Uşaqlarda baş verən qıcolmalardan biri də febril, yəni bədən temperaturunun qalxması nəticəsində baş verən qıcolmalardır. Adətən bu, temperaturun çox yüksəlməsi zamanı yaranır. Febril qıcolmalar təhlükəlidirmi? Belə hallarda hansı tədbirlər görülməlidir? Qıcolmalar zamanı ilk yardım necə olmalıdır?
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) bununla bağlı hazırladığı məqaləni təqdim edir:
Qıcolmalar mərkəzi sinir sisteminin müxtəlif mənşəli daxili və xarici faktorların təsiri nəticəsində baş verən qeyri-spesifik reaksiyasıdır. Bu zaman əzələlərdə qəfil qeyri-iradi yığılmalar baş verir. Bəzi hallarda qıcolmalar huşun itirilməsi, baxışın və başın yana çevrilməsi ilə müşayiət olunur.
Uşaqlarda baş verən qıcolmalardan biri olan febril qıcolmalar bədən temperaturunun 38°C-dən yüksək olması zamanı baş verə bilər. Adətən bu tip qıcolmalar nevroloji problemi olmayan, əvvəllər afebril (temperatursuz) qıcolma verməyən uşaqlarda baş verir. Qıcolmalara olan irsi meyillilik febril qıcolmaların inkişaf etmə riskini artırır.
Febril qıcolmaların sadə və mürəkkəb növü var. 90% hallarda bu qıcolmaların sadə növü inkişaf edir. Sadə qıcolmalar 15 dəqiqədən az davam edir, ocaqlı simptomatika ilə müşayiət olunmur. Adətən sadə növ qıcolma 5 yaşına qədər müalicəsiz keçib gedir.
Mürəkkəb qıcolmalar 15 dəqiqədən çox davam edir, ocaqlı simptomatika ilə müşayyət olunur və 24 saat ərzində bir neçə dəfə təkrarlanır. Qıcolmalar zamanı ərtafların bir tərəfli (qeyri-simmetrik) yığılmaları, tutmadan sonra isə lokal əzələ zəifliyi müəyyən edilir. Bu tip qıcolmalar 1 dəfə belə təsadüf etdikdə nevroloqun uzun dönəmdə müşahidəsini tələb edir.
Valideyinlərin mütləq nəzərə almalı olduğu məqam: temperaturun qalxması fonunda baş verən qıcolmalar təkcə febril qıcolmalar deyil, həm də mərkəzi sinir sisteminin təhlükəli infeksion xəstəlikləri (meningit, ensefalit) nəticəsindədə baş verə bilər. Febril qıcolma diaqnozu qıcolmaların digər səbəbləri inkar olunduqdan sonra həkim-nevroloq tərəfindən qoyulur.
Febril qıcolmalar zamanı ilk yardım:
Uşağı uzandırmaq, başını yana çevirmək, sərbəst hava axını ilə təmin etmək;
Ağız boşluğunda bir şeyin olub-olmamasına fikir vermək;
Uşağın dili və ya çənəsinə toxunmamaq, dişlərin arasına qaşıq və ya digər əşya qoymamaq;
Uşağa yaşına uyğun dozada hərarətsalıcı sirop vermək - parasetamol və ya ibuprofen (parasetamol şam şəklindədə istifadə oluna bilər);
Fiziki üsullardan istifadə edərək uşağın hərarətini salmaq (uşağı sıx və ya qalın paltardan azad etmək)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 927   Tarix: 07 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Gündə 1 çay qaşığı qəbul edin, cinsi gücünüz artacaq

Cinsi performansı artırmaq üçün təbii üsullara maraq günü-gündən artır.   -a istinadən xəbər verir ki, kimyəvi dəstək əvəzinə qidalanma vərdişlərini dəyişdirərək cinsi sağlamlıq üzərində müsbət təsirlər yaratmaq mümkündür

.

Gündə 50 qram püstə yeyin - FAYDALARI

Püstə zəngin qida mənbəyidir. Xüsusilə zülal, sağlam yağlar, lif, maqnezium, fosfor və B vitamini ilə zəngindir. Antioksidantlar, digər minerallar və vitaminlər baxımından da əhəmiyyətli bir tərkibə malikdir. -ə istinadə

.

Moruq bu xəstəlikləri sağaldırmış

a istinadən moruğun faydalarını təqdim edir:. Arıqlamaq üçün bu məhsullara diqqət yetirin. Bu bitki xərçəngin qarşısını alır . Bunu oxuyandan sonra bir də heç vaxt çiyələk yarpaqlarını atmayacaqsınız . - Qanı təmizləyir v

.

Niyə qadınlar 40 yaşdan sonra arıqlaya bilmir? – SƏBƏB

Bəzi qadınlar yetkinlik dövründə arıqlamağın gənclik illəri ilə müqayisədə daha çətin olduğunu bildirirlər. Zərif cinsin nümayəndələrinin yaş keçdikcə artıq çəkidən çətinliklə qurtulmasının 2 mümkün səbəbi var. . -a istinadə

.

İnsan böyrəyindən çıxarılan ən böyük daş: Buna görə məşhur oldu

Bəzən insanlar istəmədən rekordçu ola bilirlər, yəni Ginnesin Rekordlar Kitabına düşmək üçün demək olar ki, heç nə etmirlər.   -a istinadən xəbər verir ki, Şri-Lankada yaşayan 62 yaşlı Kanistus Kunhe də oxşar vəziyyətlə üzləşib

.

Arıqlamağı asanlaşdıran qidalar

"Zülalla zəngin qidalar yeyərək maddələr mübadiləsinin sürətini artıra və arıqlamağı asanlaşdıra bilərsiniz". Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI. Bunu oxuyandan sonra bir də heç vaxt çiyələ

.

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

"Azərbaycan qanunvericiliyinə müvafiq olaraq köçürülməsinə icazə verilən orqanlar qaraciyər, ürək, ağciyər, bağırsaqların köçürülməsi, mədə, gözün buynuz qişasıdır. Eyni zamanda, qanunvericiliklə canlı donordan sümü

.

Günəş əleyhinə kremlər dəri xərçəngi yaradır- XƏBƏRDARLIQ

"Həkimlər xüsusi kremlərdən istifadə edərək özünüzü Günəşin mənfi təsirinə məruz qalmadan qorumağı tövsiyə edirlər. Amma burada bir nüans var: Bu zaman orqanizmdə D vitamini ifraz olunmur. Bu vitamin çox az olarsa, dər

.

Şəkər istehlakı xərçəngə yol açır?

Həddindən artıq şəkər istehlakı, xüsusən də çəki almağa səbəb olarsa, xərçəng riskini artıra bilər. Aktiv həyat tərzi zərərləri azalda bilər. -a istinadən bildirir ki, bu barədə rusiyalı onkoloq-ginekoloq Yekaterina Timofeyev

turlar.az

sonxeber.az geyim və ayaqqabılar həkim məsləhəti geyim seçimi tük çıxartma ana südü balıq yeməkləri könül kerimova kosmetika bayati englishdilində qulaq bakire birlik google