Uşaqlarda ürək-damar sistemi xəstəliklərinin profilaktikası

Uşaqlarda ürək-damar sistemi xəstəliklərinin profilaktikasıUşaqlarda ürək-damar sistemi xəstəliklərinin profilaktikasını uşağın həyatının ilk günlərindən başlamaq lazımdır.

Təbii ana südü ilə qidalanma böyük əhəmiyyətə malikdir.

Həkimlərin rəyinə görə uşaqların təbii qidalanması, heç olmasa, onların 1 yaşına qədər davam etdirilməlidir.

Bundan başqa, uşaqların yeməyinə əlavə qidaları vaxtında və savadlı şəkildə daxil etmək də çox vacibdir. Bir qədər böyük uşaqların rasionu meyvə-tərəvəz, yağsiz süd məhsulları, balıqla zəngin olmalıdır.

Uşaqlarda ürək-damar sistemi xəstəliklərinin profilaktikası üçün kifayət qədər təmiz havada gəzmələri və fiziki hərəkətlərlə məşğul olmaları da vacib hesab olunur.

Həkimlər uşağa gündə 2 saatdan artıq televizora baxmalarına icazə verməyi məsləhət görmürlər. Passiv şəkildə (həmçinin sağlamlıq üçün zərərli olan) televizorun qarşısında oturmağı təmiz havada aktiv oyunlarla, bədən tərbiyəsi və yüngül idman növləri ilə əvəz etmək lazımdır. Üzgüçülüklə məşğul olmaq bu halda daha çox xeyirlidir. Üzgüçülük bədəni möhkəmləndirir, ürək-damar və tənəffüs sistemlərinin düzgün inkişafına kömək edir.

Təmiz havada gəzintilər avtomobil yollarından uzaq olan ərazilərdə olmalıdırlar.

Yaz və payız aylarında kalium, kalsium, maqnezium, dəmirlə zəngin kompleks vitaminlər qəbul edilməsi zəruridir (həkimin məsləhəti ilə). Bu mikroelementlər ürəyin normal işləməsi üçün çox vacibdir.

Bundan başqa, karies, iltihablaşmış adenoid, badamcıqlar və s. kimi uşağın orqanizmində olan xroniki infeksiya ocaqlarını da vaxtında müalicə etmək lazımdır. Çünki daimi orqanizmdə olan infeksiya ocaqları revmatizmin və daha sonra ağır ürək patologiyalarının inkişafına gətirib çıxara bilər.

Uşaqlıq və yeniyetmə dövrü insan sağlamlığının gələcəyinin bünövrəsidir! Əziz valideynlər, bunu heç zaman unutmayın!

Ailə və Uşaq     Baxılıb: 1362   Tarix: 08 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Körpələrə doğum zamanı bunu etmək ƏLİLLİK VƏ ÖLÜM RİSKİNİ ARTIRIR

Vaxtından əvvəl doğulmuş körpələrdə göbək kəsilmədən əvvəl 60 saniyə gözləmək lazımdır. Bu üsulla vaxtından əvvəl doğulan hər 20 körpədən biri böyük xəsarət almadan sağ qalacaq. Yeni bir araşdırmaya görə, yeni doğulmuş körpəni

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Uşağınız gecə yatarkən altını isladırsa SƏBƏBİ BUDUR

Gecə sidik qaçırma bütün dünyada milyonlarla uşağa təsir edən sağlamlıq problemidir. Əgər uşaq 5 yaşındadırsa və hələ də gecə yatağı isladırsa, bu, ciddi problemdən xəbər verə bilər. Təxminən hər beş uşaqdan birində gecələ

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Abortdan sonra yenidən hamilə qalmaq - Təhlükəli tərəfləri

ABORTUN EFFEKTİVLİYİ. Bəzi hallarda, abortun keçirilməsinə baxmayaraq hamiləlik qalır və öz inkişafını davam etdirir. Dərman vasitəsi ilə abortdan sonra dölün qalma ehtimalı orta hesabla 2-dən 5%-dəkdir. Vakuum aspirasiyas

.

Yayda uşaqlar ən çox bu xəstəliyə tutulur

Yay aylarının gəlişi ilə xüsusilə uşaqlarda ishalda böyük artım yaşanır. Bununla bağlı mütəxəssislər ailələrə xəbərdarlıq edib. Prof. Dr. Şanlıay Şahin bildirib ki, hər il dünyada 1,5 milyon uşaq ishaldan ölür və hər uşa

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Hamiləliyiniz belə keçirsə OĞLUNUZ OLACAQ - Əlamətləri bunlardır

Hamiləlik zamanı uşağın cinsiyyətinin oğlan olmasını necə anlamaq olar? Uzun illərdir yayılan fikirlərə görə, əsas əlamətləri bunlardır:. Qarın uclu və aşağıya doğru olur. Ananın ürəyi daha çox şirniyyat istəyir. Sidiyi

turlar.az

sonxeber.az donlar 2024 yay geyimləri 2024 sade makiyaj sekilleri ilhamə qasımova atalar sozleri ve meseller oxatan burcu xalq təbabəti kosmetika gozellik baldiz sekisler vətən həsrəti sağlıq