Uşaqları mövsümi infeksiyalardan necə qoruyaq? - Pediatrdan AÇIQLAMA

Uşaqları mövsümi infeksiyalardan necə qoruyaq? - Pediatrdan AÇIQLAMA"Payız və qış mövsümlərində qrip virusuna daha çox rast gəlinir. Bu dövrlərdə insanların sıx olduğu məkanlarda olmamağa çalışmaq, xəstə ilə kontakt zamanı maskadan istifadə etmək lazımdır"
Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, bu məlumatı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev öz açıqlamasında bildirib.
Onun sözlərinə görə, mövsümi infeksiyalardan qorunmaq üçün ümumi gigiyena qaydalarına riayət etmək, sağlam qidalanma, mövsümə görə geyinmə kimi fərdi tədbirlərin görülməsi vacibdir.
"Bundan əlavə, uşaqların olduğu otağın havası tez-tez dəyişdirilməli, gün ərzində ən azı 45-60 dəqiqə təmiz havada olmaq lazımdır. Lakin yoluxma saylarının azaltmaq üçün ən effektiv qorunma üsulu peyvəndlənmədir. Peyvəndlənmə sayəsində xəstəliyin ağır keçməsi və baş verə biləcək ağırlaşmalarının qarşısını almaq mümkündür. Peyvəndin qoruyuculuğu 70%-90%-dir. İnfluenza virusu antigenləri hər il dəyişkən olur. Bu səbəbdən keçirilən qrip xəstəliyi və vurulan peyvənd ömürlük immunitet yaratmır. Ona görə də hər il qripə qarşı peyvənd olunmağı tövsiyə edirik. Əsasən oktyabr ayında təqvim immunlaşdırma tədbirləri aparılır. Hər hansı bir səbəbdən peyvəndlənməsi gecikən uşaqlara növbəti aylarda immunlaşdırma aparıla bilər".
Həkim əlavə olaraq qeyd edib ki, peyvəndin qoruyuculuğu 6-8 ay davam edir. 6 aydan sonra bütün uşaqları peyvənd etmək olar:
"Aşağıdakı qrupa aid olan uşaqlara isə peyvənd xüsusi olaraq tövsiyə olunur: bronx hiperreaktivliyi olan və bronxial astma olan uşaqlar; ürək-ağciyər xəstəliyi olan uşaqlar; xroniki davam edən xəstəliyi olan uşaqlar; immun sistemi zəif olan və tez-tez xəstələnən uşaqlar. Bununla belə, 6 aydan kiçik körpələrə və yumurta allergiyası olan uşaqlara, həmçinin əvvəlki peyvəndlənmə zamanı allergik reaksiyası və yaxud peyvəndin tərkibindəki hər hansı komponentə qarşı həssaslığı olan uşaqlara qripə qarşı peyvənd edilməməlidir", - deyə Ə.Quliyev qeyd edib.
Milli.Az  / news.milli.az

Xəbərlər     Baxılıb: 857   Tarix: 25 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Çox tərləyənlər bu yazını oxuyun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. axşam.az-a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən

.

Niyə körpələrə yumurta ağı vermək olmaz?

Yağla zəngin olan yumurta sarısı uşağa 7-ci ayından verilməlidir. .   -a istinadən bildirir ki, uşaq bir yaşına çatana qədər yumurta ağını istehlak etmək tövsiyə edilmir. . Dondurulmuş çörəyin faydaları nələrdir?. Doğru bilinə

.

Konservləşdirilmiş balıqdan imtina etməyin, amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən bildirir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən. Hazır qəhvəd

.

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI

Qaynadılmış yumurtanı səhər yeməyindən daha çox axşam yemək daha faydalıdır.   -a istinadən xəbər verir ki, yumurtanın tərkibində çox miqdarda protein var. Axşam yumurta yemək yuxu zamanı yağ yandırma prosesini stimullaşdırır

.

Armud şirəsi 10 xəstəliyin dərmanı imiş

Armud şirəsi qədimdən bir çox xəstəliklərin şəfası hesab edilib.   -a istinadən armud şirəsinin 10 faydasını təqdim edir:. Çox tərləyənlər bu yazını oxuyun. Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız. Ba

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.   -a istinadən bildirir ki, dietoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dər

.

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir?

Almaniyanın Vürzburq Universitetindən olan alimlər müəyyən ediblər ki, bədii ədəbiyyat oxumağın koqnitiv bacarıqlara kiçik, lakin əhəmiyyətli təsiri var. -a istinadən bildirir ki, tədqiqat "Journal of Experimental Psychology

.

Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Ürək xəstəlikləri ən önəmli sağlamlıq problemlərindən biridir. Ona görə də, bu problemi yaşayan insanlar üçün qidalanmanın təsiri böyükdür. -a istinadən ürək xəstəliyi olan insanların uzaq durmalı olduğu qidaları təqdim edir:

.

Yuxusuzluq piylənməyə səbəb olur

Piylənməyə səbəb olan bir çox faktorlar vardır. -a istinadən xəbər verir ki, onlardan biri də düzgün yuxu rejiminin olmamasıdır. Yuxusuzluq piylənmə və şəkər xəstəliklərini yaradır. Amerikalı diyetoloqlar 7 sağlam qadın v

turlar.az

sonxeber.az geymler 2024 yemek reseptleri geyim seçimi marqarita pizza aroma və fitoterapiya xina bayatilari limonun faydasi kosmetika xərçəng bürcü hakistalar toy gecesı nagillar kökəlmək üçün