Uşaqların bel inkişafı üçün düzgün çanta seçimi

Uşaqların bel inkişafı üçün düzgün çanta seçimiUşaqların bel inkişafı üçün düzgün çanta seçimi

Təbiidir ki, uşaqların inkişafı və sağlamlığı barədə hamıdan çox valideyn düşünür. Bütün ata-analar övladı üçün hər şeyin ən yaxşısını arzulayır. Bu istək özünü uşaqların geyimində, məktəb aksessuarlarında da göstərir. Valideynlər mümkün qədər daha məhşur, daha çəkici, cəlbedici aksessuarlara üstünlük verirlər. Milli.Az xəbər portalı məktəblilərin ən vacib əşyalarından biri olan çantalar barədə lazımlı məlumatları diqqətinizə çatdırır.

Valideynlərin nəzərinə: Məktəb çantası necə olmalı, uşaqlarımıza çanta seçərkən nələrə diqqət yetirməliyik?

Bizim ölkəmizdə uşaqlar məktəbə 6 yaşında göndərilir. Bu yaşın məktəb dərsləri və daşıdığı çantanın ağırlığı üçün uyğun bir dövr olub-olmadığından da yazmaq istərdim, amma bu başqa mövzudur, biz bu yazımızda 6 və daha çox yaşlı uşaqların məktəbə apardıqları çantaların keyfiyyətindən, normal çantanın göstəricilərindən bəhs edəcəyik.

Məktəb çantaları uşaqlarda hansı problemlər yaradır?

Kürəkdən asılan məktəb çantası, məktəb yaşlı uşaqların yük və ağırlıqla tanışlığının ilkin mərhələsidir. Ağır kürək çantası daşımaq, məktəb uşaqlarının inkişaf etməkdə olan oynaq və əzələ strukturlarının inkişafında çətinlik və problemlərə səbəb olur.
Mütəxəssislər xəbərdarlıq edir ki, məktəb çantalarının ağırlığı məktəbə gedən uşaqlar üçün olduqca çoxdur. Belə ağır çantalar uşaqlarda ağır bel-onurğa problemlərinə, "skolyoz" adlandırılan xəstəliyə səbəb olur. Skolyoz xəstəliyi insan onurğasının C şəklini alması deməkdir. Skolyoz xəstəliyinin başlanğıcını da məhz kiçik yaşda onurğanın zədə alması, ağırlıq səbəbi ilə boy qısalığından, görünüş eybəcərliklərindən, ağciyər problemlərindən, psixoloji pozğunluqlardan götürməsini deyən mütəxəssislər valideynləri diqqətli olmağa çağırırlar.

İndidən beli ağrıyarsa, sonra nə olacaq?

Çantalar kürəkdə və çiyinlərdə ağrıya səbəb olmayacaq ağırlıqda olmalıdır. Türkiyədə aparılan araşdırmalara görə, ağır çanta götürmə səbəbindən uşaqlarda bel ağrısı müşahidəsi yüzdə 70%-ə çatıb. Bu faiz olduqca yüksək göstəricidir. Düşünün, hələ məktəb yaşında bel ağrılarından şikayətlənən uşaqların gələcəyi necə olacaq? Yaxud da, bu cür uşaqların sağlam qocalığı olacaqmı? Bunun üçün valideynlərə lazımı məlumat verilməlidir.

Mütəxəssislər deyir ki, valideynlər övladlarına çanta seçərkən daha dəbdəbəli, tikilişi zamanı daha ağır materiallar istifadə edilmiş çantalar almamalıdır. Bu dəbdəbə övladınızın gələcəyinə olduqca böyük və mənfi təsir edir. Çantanın forması, daşınma şəkli, ağırlığı önəmli faktordur. Düzgün oturma, doğru fiziki hərəkət övladlarımızın orqanizmi üçün nə qədər vacibdirsə, çanta və çantaların ağırlığı da bir o qədər önəmlidir.

Amerikada 2009-cu ildə 13 min 200 uşaq məktəb çantalarının verdiyi zərərlər ucbatından həkimə müraciət edib. Müayinələr zamanı məlum olub ki, uşaqların bel ağrılarından, onurğa əyriliklərindən şikayət etməsinə səbəb məktəb çantalarıdır. Çünki çantalar kürəyə və belə, eləcə də onurğa sütununa olduqca çox ağırlıq salır, əzələlər bu yükə davam gətirmir.

Məktəb çantası necə olmalıdır?

Bəs məktəb çantaları hansı standartlara cavab verməlidir?
Çantanın geniş və dəstəkli çiyin asqıları, bel kəmərinin olması mütləqdir. Çanta hər iki çiyindən asılaraq düzgün şəkildə götürülməlidir. Çantanın ağırlığı omba və ya bel kəməri bölgəsinə düşməlidir. Uşağa mütləq boyuna görə çanta almaq lazımdır. Daha böyük və
lap kiçik çantalar da düzgün deyil.
Uşaqlara çanta alanda bir şeyə də fikir vermək lazımdır, çantanın altında təkərləri olmalıdır ki, uşaq çantanı belində gəzdirməkdən yorulanda yerə qoyub arxasınca çəkə bilsin. Daha aydın anlaşılsın deyə çantalarda diqqət edilməli əsas şərtləri yazırıq:

• Ağırlıq çanta içərisində bərabər paylanmalı və daha ağır əşyalar kürəyə, belə yaxın yerlərə qoyulmalıdır.
• Kürək çantaları uzun müddət, davamlı daşınmamalı, uzun müddət ayaqüstə dayanacaqsa, çıxarılmalıdır.
• Çiyin asqıları qalın və rahat olan çantalara önəm verin
• Uşağa çanta alarkən heç bir halda qənaət etməyin
• Kürək çantası hər iki çiyindən asılmalıdır, övladınızı çantanı yalnız bir çiynindən asmaqdan çəkindirin
• Ağır çantalarda omba, yəni beldən, kəmər yerindən dəstək qayışı olmalıdır
• Görünüşü böyük olmayan, amma içi geniş çantalara üstünlük verin
• Altında təkərləri olan kürək çantalarını seçin

Hansı yaşda hansı çanta?

8 yaşınadək olan uşaqlar 2 kilo, 8-12 yaşındakı uşaqlar ən çox 4, 12-15 yaş arası uşaqlar isə 5 kilo ağırlığında çantalar götürməlidir. Çantaların uzun müddət çiyində qalmamasına da diqqət yetirilməlidir. Ümumiyyətlə, məktəblərdə şagirdlər üçün xüsusi kilidli dolablar olmalıdır ki, şagird özünə lazım olan şeyləri o dolabda saxlasın və çantasında yalnız gərəkli əşyalarını daşısın. Bu vaxt nə çantası ağır olmaz, nə uşağa zərər toxunmaz. Çünki uşaqlar məktəbə hər gün apardığı dəftər və kitablar ola bilər ki, ona yalnız məktəbdə gərək ola bilər. Ona görə də evə daşımaq artıq əziyyət ola bilər. Dolabların önəmi bunun üçün böyükdür, evdə lazım olmayan əşyalar məktəbdə saxlanar.

Uşaq çantadan güclüdürmü?

Valideynlər heç bir halda "mənim uşağım güclüdür, hər ağırlığın öhdəsindən gələ bilər" deyə düşünməməlidir. Eyni zamanda, məktəbə gedən uşaqların çantalarının valideynlər tərəfindən daşınması hallarına da sıx-sıx rast gəlirik. Bunun olmaması daha yaxşıdır. Psixoloq Xatirə Səfərova deyir ki, bu uşaqların sağlamlığı üçün önəmli olsa da, psixologiyasına mənfi təsir edə bilər: "Çünki uşaq o zaman özünə güvən hissindən uzaqlaşır, hər çətin durumda yanında, arxasında valideyninin olacağına alışır. Amma uşaqlar üçün dərsliklər çox ağır olduğundan valideyn buna məcburdur. Amma bu vaxt ata-ana uşağı başa salmalıdır ki, çantasını daşımağa müvəqqəti kömək edir, bu həmişə belə olmayacaq."

Qeyri-standart çanta hansı zərərlər verə bilər?

• Bel ağrısı: Xüsusilə çantanın asqılarının uzun və ensiz olması bütün ağırlığın belə yönlənməsinə səbəb olur. Bədənin ağırlıq mərkəzinin arxaya sürüşməsi nəticəsində bel əzələlərində həddindən artıq zorlanma olur və ağrı meydana gəlir, diqqət edilməzdə irəlidə önəmli bel ağrıları meydana gələr.

• Kürək ağrısı: Çanta ağır olsa və tək tərəfli çiyin asqısı istifadə edilsə əzələlər çətinlik çəkəcək Xüsusilə boyun bir tərəfə əyiləcək. Birtərəfli daşınan çantalar onurğada sağ və ya sola əyilmələr (skolyoz ) kimi duruş pozğunluqlarına səbəb ola bilər.

• Çiyin ağrısı: Çantadakı çiyin asqıları geniş və yumşaq olması çiyin üzərində yükün bərabər paylanmasına kömək edər, dar və sərt çiyin asqıları əzələnin müəyyən nöqtələrinə ağırlığın yüklənməsinə səbəb olacaq.

• Əl və qollarda ağrı: Çantanın çiyin asqılarının incə, ensiz, uzun və çantanın ağır olması sinirlərə edilən ən pis təzyiq olacaq. Bunun da nəticəsində əl və qola gedən sinirlər də zədə alacaq.

• Boyun - baş ağrısı: Ağır çanta daşıma, yaxud da ağır çantanın tək tərəfli daşınması durumunda boyun əzələlərində gərginlik, peysərdə ağrı və damar dartılmaları, baş ağrısı olacaq.

• Qıçlarda ağrı: Ağır və qeyri-düzgün şəkildə kürək çantası daşıyan və pillə qalxıb-enən uşaqlarda ayaq ağırıları daha çox olur.

Şagird çantası alarkən nələrə diqqət yetirməliyik?

Çantalardan yazı hazırlayırıqsa, mütlər bir şeyi də qeyd etmək vacibdir. Uşaqlara çanta alanda bir məqama diqqət etməliyik- çantanın hazırlandığı materialın mənbəyinə. Məlum olduğu kimi bir çox ölkələrdə sənaye tullantılarından, kimyəvi məhsullardan əşyalar hazırlanır. Xüsusilə uşaqlar üçün bu çox təhlükəlidir. Çin istehsalı olan belə məhsullar ölkəmizdə satış vitrinlərini daha çox bəzəyir.

Avropada aparılmış tədqiqatlara görə, kimyəvi tullantılardan hazırlanan məhsullar uşaqlarda dəri xərçəngi, astma, allergik xəstəliklər və s yaradır. Uşaqların sağlamlığına zərər verə biləcək materiallardan hazırlanmış məhsullar adətən ucuz olur, onları bundan tanımaq olur.

Bundan əlavə belə mallar çox keyfiyyətsiz olur və tez sıradan çıxır. İngilislər demişkən, "biz varlı deyilik ki, ucuz mal alaq". Ümumiyyətlə məktəb ləvazimatları uşaqların ən çox təmasda olduğu əşyalardır. O üzdən uşaq ləvazimatları seçərkən qeyd edilən amillərə diqqət yetirməliyik.

Nəhayət... övladımızı məktəbə göndərərkən onunla mümkün qədər daha çox ünsiyyətdə olmağa çalışmalıyıq. Çantasının ağırlığına, uşağın bu ağırlığa reaksiyasına dəqiq fikir verməliyik. Heç olmasa 6 ayda bir uşağı pediatra göstərmək, məsləhət almaq mütləqdir. Unutmaq lazım deyil ki, uşaq yaşda aldığı hər hansı bir zədə onun gələcəyinə böyük və mənfi təsir göstərə bilər.

Ailə və Uşaq     Baxılıb: 3462   Tarix: 12 fevral 2015
f Paylaş

Oxşar xəbərlər

.

Ailələrə xəbərdarlıq: Körpələri bələmək təhlükəlidir

Türkiyənin Şanlıurfa Siverek İlçe Dövlət Xəstəxanasının Ortopediya və Travmatologiya şöbəsində çalışan m ütəxəssis həkim Ahmet Yiğitbay yeni doğulmuş körpələri bələməyin fəsadlarından danışıb. Onun sözlərinə görə, bu inkişafd

.

Şiddət görən uşaqların inkişaf problemi: 1 şillə belə təsir edir

Yeni bir araşdırma uşaqları döyməyin beyin inkişafına təsirini aydınlaşdırıb. Bir çox valideynlər mübahisə edə bilər ki, səhv bir şeyi təkrarlamamaq üçün uşağına yüngül bir şillə vurulmalıdır. Ancaq bu valideynlər bilməlidirlə

.

Uşaqlarda saç yolma: Səbəbi idarəolunmaz stress ola bilər

Uşaqlar da böyüklər qədər stressə məruz qala bilər və stress altında böyüklərdəki kimi müxtəlif psixoloji problemlər yaşaya bilərlər. Bu problemlərdən biri də saç yolma xəstəliyi, trixotillomaniyadır. İbtidai məktəb və y

.

Ana bətnində DAUN SİNDROMU necə müəyyən edilir? - DETALLAR

Ana bətnində Daun sindromlu körpə hərəkətləri, sözügedən sindromun anlaşılması üçün son dərəcə əhəmiyyətlidir. Əgər ana bətnində daun sindromlu körpənin əlamətlərinin nə olduğu ilə maraqlanırsınızsa, məqaləmizi oxumağınız

.

Bu səbəbdən hər il 65 min uşaq 5 yaşına çatmamış ölür

30 yaşlarında siqaretdən imtina edənlərin ömrü təxminən 10 il uzanır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada 1,3 milyard tütün məhsulu istifadəçisinin 80 faizindən çoxu aşağı və orta gəlirli ölkələrd

.

Hamiləliyin ilk 3 ayı bunu etməlisiniz - FOL TURŞUSU NİYƏ VACİBDİR?

Hamiləlikdə fol turşusu qəbul edilməsə, dünyaya gələcək körpənin sağlamlıq problemləri ola bilər. Türkiyəli ginekoloq Nazlı Salihoğlu bildirib ki, bütün hamilə qadınlara fol turşusu istifadə etmək birmənalı olaraq tövsiy

.

40 ədəd saqqız udan 5 yaşlı balaca oğlan həkimləri şoka saldı

ABŞ-ın Ohayo ştatında yaşayan 5 yaşlı uşaq ümumilikdə 40 saqqız udub. Belə ki, ana təcili yardıma zəng edərək azyaşlı oğlunun böyük bir qutu şəkərsiz saqqız yediyini bildirib. Amma ona mədə problemi olduğu zaman xəstəxanay

.

Körpələr yuxu görürmü? - YATAN UŞAĞIN REAKSİYALARININ SƏBƏBLƏRİ

Bir çox insan körpələrin yuxuda niyə gülümsədiyi və mırıldadığı bağlı düşünür. Körpələrin bu davranışlarını bəzi insanlar sadəcə bir refleks olaraq qəbul edir, bəziləri isə körpələrin əslində yuxu gördüyünü fikirləşir. Körpələ

.

Oyuncaqlı uşaq menyuları tələsinə ALDANMAYIN

Mütəxəssislər fast food şəbəkələrinin uşaqları qida dükanlarına daxil etmək üçün həyata keçirdiyi "oyuncaqlı uşaq menyusu" tələsi ilə bağlı valideynlərə xəbərdarlıq ediblər. Türkiyəli prof. Dr. Ali Kağan Gökak bununl

turlar.az

sonxeber.az gelinlikler gozel gorunmek geyim şəkilləri cins 2024 kokteyl paltarlari marqarita pizza sandal ayaqqabilar kosmetika qadin saglamlig google laylalar bayraq vətənə aid