Uşaqların sağlam qidalanması üçün bunlar vacibdir

Uşaqların sağlam qidalanması üçün bunlar vacibdirMəktəbəqədər və məktəb dövrü intensiv boy artımı, skeletin və əzələlərin böyüməsi ilə müşayiət olunan dövrdür. Orqanizmin inkişafı əsasən bu yaşlardan başlayır. Uşaqların düzgün qidalanması bu prosesdə böyük əhəmiyyət daşıyır.
AQTA-dan Milli.Az-a verilən məlumata görə, normal yuxu və balanslaşdırılmış qidalanma uşaqların inkişafına müsbət təsir göstərir. Günə səhər yeməyi ilə başlamaq ilkin şərtlərdən biridir. Bu dövrdə uşaq orqanizmində aktiv inkişaf gedir, ona görə uşaqların yaşına və orqanizmin tələbatına uyğun qida rejimi təşkil edilməsi tövsiyyə olunur. Gündəlik qida menyusuna zülal, karbohidrat, yağ, vitamin, mineral olan qida məhsulları daxil edilməlidir. Qeyri-sağlam qidalanma uşaqlarda mədə, ürək-damar, hipertoniya və s. kimi bir sıra xəstəliklərin yaranmasına səbəb ola bilər. Səhər yeməyində süd və süd məhsulları, yumurta, bal, quru meyvə, çərəz, mövsümə uyğun təzə meyvə və tərəvəzlərin istehlakı məqsədəuyğun hesab edilir.
Yaxşı səhər yeməyi uşaqların fiziki inkişafını sürətləndirməklə yanaşı, qavrama qabiliyyətini artırır, yorğunluğu aradan qaldırır. Böyüməkdə olan uşaq orqanizminin kalsiuma və vitamin D-yə ehtiyacı daha çoxdur. Bu baxımdan süd, pendir, kəsmik kimi məhsulların qəbulu vacibdir. Süd və süd məhsulları sümüklərin, diş əzələsinin güclü olması üçün lazımlı kalsium, riboflavin və B 12 mənbəyi hesab edilir. Yumurta zülal mənbəyidir ki, uşaqların zehni inkişafına müsbət təsir göstərir, eləcə də dəmir, B qrupu vitaminləri və minerallarla zəngindir. Meyvə və tərəvəzlər A, E, C və B qrup vitaminləri həmçinin Ca, K, Mg mineralları ilə zəngindir.
Qida maddələrinin gündəlik qəbul edilməli miqdarı uşaqların yaş qrupundan asılı olaraq müxtəliflik təşkil edir. Qidaların normadan çox və normadan az qəbul edilməsi bir sıra fəsadlara gətirib çıxara bilər. Qidaların normadan az qəbul edilməsi böyümə və inkişafda geriləmə, infeksion xəstəliklərə həssaslıq ilə nəticələnir. Qidaların normadan çox qəbulu isə piylənməyə səbəb olur ki, bu da gələcəkdə hipertoniya, ürək-damar xəstəlikləri, diabet riskini artırır.
Səhər yeməyi ilə nahar fasiləsi arasında uşaqların qəlyanaltı qəbul etməsi məqbul hesab edilir. Qəlyanaltıya evdə hazırlanmış sendviçlər, meyvə və tərəvəzlər, lifli qidalar daxil edilsə yaxşı olar. Bu qəlyanaltıda fast food qidalar, çipslər, paketlənmiş suxarilər, qazlı-şəkərli sular, energetik içkilər, yağlı və şəkərli un məmulatlarından istifadə edilməməsi məsləhətdir. Belə ki, qeyd olunan qidaların kalorisi çox olsa da, qida dəyəri olduqca azdır və bunlar piylənmə, hipertoniya, mədə-bağırsaq xəstəlikləri, diş çürümələrinə səbəb ola bilər. Bu qidaların hazırlanmasında müxtəlif rəngləndiricilər, dadlandırıcılar, aromatizatorlar və digər konservantlar istifadə edildiyindən uşaqlarda allergiya, hiperaktivlik, eyni zamanda diqqət dağınıqlığına səbəb ola bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1294   Tarix: 11 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Çox tərləyənlər bu yazını oxuyun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. axşam.az-a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən

.

Konservləşdirilmiş balıqdan imtina etməyin, amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən bildirir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən. Hazır qəhvəd

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Çuğundur bu dərdlərin dərmanı imiş

Hələ qədim zamanlardan çuğundur bir çox xəstəliklərin müalicəsində istifadə olunub. Tərkibində olan askorbin turşusu və karotin orqanizm üçün çox faydalıdır. -a istinadən çuğundurun faydalarını təqdim edir:. Alçanın faydaları

.

Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". -a istinadən bildirir ki, bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymu

.

Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən can dərmanı

a istinadən "Şəfalı bitkilər" rubrikasında akasiya çiçəkləri barədə məlumat verir. Bahar gələndə salxım-salxım ağ çiçəklərinin qoxusu insanı məst edən akasiya əslində yüz dərdin dərmanıdır. Bu bitkinin çiçəklərində

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

.

Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Ürək xəstəlikləri ən önəmli sağlamlıq problemlərindən biridir. Ona görə də, bu problemi yaşayan insanlar üçün qidalanmanın təsiri böyükdür. -a istinadən ürək xəstəliyi olan insanların uzaq durmalı olduğu qidaları təqdim edir:

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

turlar.az

sonxeber.az qaşların formalari toy makiyaji sekilleri maskalar qaynar qazan qaymaqlı krem cins şalvar ilk öpüş kosmetika məsəllər masqalar vətən həsrəti veten haqqinda atalar sozleri veten