Uşaqlıqdan kənar hamiləlik nədir? - 1000 qadından 20-də rast gəlinir, risk qrupuna daxil olanlar

Uşaqlıqdan kənar hamiləlik nədir? - 1000 qadından 20-də rast gəlinir, risk qrupuna daxil olanlarMayalanmış döl yumurtasının uşaqlıq boşluğundan kənar implantasiyası, yəni yerləşməsi uşaqlıqdan kənar hamiləlik adlanır. 98% hallarda, uşaqlıqdan kənar hamiləlik boruda aşkarlanır.

Xanim.az medicina.az-a istinadən bildirir ki, uşaqlıqdan kənar hamiləlik patologiyası təxminən hər 1000 hamilədən 20-də qeydə alınır. Ən çox yay və qış aylarında müşahidə edilir.

Hətta tam sağlam qadında bu patologiyanın inkişafı mümkündür.

Uşaqlıqdan kənar hamiləlik bir çox hallarda qadının həyatı üçün təhlükə yaradır. Belə ki, dölün boruda inkişaf edərək böyüməsi nəticəsində borunun partlaması və qanaxma, hətta şok yarana bilər. Buna görə də rüşeymin inkişafını izləmək, onun uşaqlığa düşməsini qəqiqləşdirmək üçün mütləq ginekoloqa müayinə olunmaq lazımdır.

Bəzi qadınlarda uşaqlıqdan kənar hamiləliyin riski digər qadınlarla müqayisədə daha yüksəkdir.

Bu qadınların arasında:

- hormonal pozulmaları olan qadınlar,
- cinsiyyət sistemi iltihabları olan qadınlar (xüsusilə boru iltihabları),
- kiçik çanaq orqanlarında cərrahiyyə əməliyyatları keçirmiş qadınlar (o cümlədən, appendiksin xaric olunması),
- süni abortlar keçirmiş qadınlar,
- uşaqlıqdaxili kontraseptiv vasitələrdən ("spiral") istifadə edən qadınlar,
- borularda cərrahiyyə əməliyyatları keçirmiş qadınlar (bağlı boruların "açılması" və s.),
- endometriozu olan qadınlar,
- süni mayalanma nəticəsində hamilə qalmış qadınlar.

Nəzərinizə çatdıraq ki, uşaqlıqdan kənar hamiləliyin riski yaşlı qadınlarda (35 yaşdan sonra) cavanlarla müqayisədə daha çox olur.

Uşaqlıqdan kənar hamiləlik bir çox hallarda ilkin mərhələlərdə bəzi əlamətlərlə özünü büruzə verir. Bu əlamətlər haqqında xəbəri olan qadın vaxtında həkimə müraciət etməklə özünü uşaqlıqdan kənar hamiləliyin ağır fəsadlarından xilas edə bilər.

Əlamətləri:

- Uşaqlıqdan kənar hamiləlik də adi hamiləliyə xas olan simptomlarla müşahidə olunur: menstruasiya gecikir, süd vəziləri böyüyür, onların həssaslığı artır, qadın halsızlıq, yuxululuq hiss edir və s. Uşaqlıqdan kənar hamiləlik zamanı da hamiləlik testində 2 zolaq çıxır. Lakin bu halda bir zolaq tünd, digəri isə daha solğun çıxa bilər. Belə nəticə bir neçə dəfə təkrarlana bilər. Bunun səbəbi ondan ibarətdir ki, uşaqlıqdan kənar hamiləlik zamanı xorionik honadotropin hormonun (hamiləliyin əsas hormonu) səviyyəsi normal hamiləliklə müqayisədə daha az olur və gec artır. Bəzən də elə olur ki, ilk testdə iki eyni qalın zolaq çıxır, daha sonra isə növbəti testlərdə ikinci zolağın rəngi sanki şəffaflaşır.

- Qadında cinsiyyət yollarından qanlı ifrazatlar, bəzən hətta kiçik qanaxma ola bilər.

- Qarının aşağı hissəsində ağrılar ola bilər.

- Toksikoz daha ağır xarakter daşıyır (güclü ürəkbulanması, başgicəllənməsi, halsızlıq və s.).

Qeyd edək ki, uşaqlıqdan kənar hamiləlik zamanı dölü təkrar uşaqlıq boşluğuna salmaq mümkün deyil. Bu zaman hamiləlik mütləq sonlandırılmalıdır.

Xəbərlər     Baxılıb: 1752   Tarix: 17 yanvar 2019
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri

Səhər saatlarında yeyilən şirin sıyıq orqanizmə zərərli təsir göstərir.   -a istinadən xəbər verir ki, mütəxəssislərin gəldiyi qənaətə əsasən, xüsusən səhər saatlarında karbohidratlardan uzaq durmaq daha yaxşıdır. Eyni zamand

.

Mütləq səhər yeməyi yeyin

Həkimlərin əksər hissəsi səhər yeməyini əsas qida qəbulu kimi qiymətləndirir. axşam.az-a istinadən bildirir ki, səhər yeməyi orqanizmi "işə salır", ona lazım olan enerji ilə təmin edir. Təəssüf ki, insanların əksə

.

Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı

Yaponiyanın Toregem Biopharma startapı dişlərin böyüməsi üçün dünyada ilk dərmanın sınaqlarını elan edərək stomatologiya sahəsinə inqilabi töhfə verib. .   -a istinadən xəbər verir ki, bu dərman, yaradıcılarının iddia etdiy

.

Orqanizmi qalxan kimi qoruyan RESEPT

Sarıkök və zeytun yağı ayrı-ayrılıqda sonsuz faydaları olan iki qida olsa da, bir araya gəldikdə gücünü ikiqat artırır. . -a istinadən bildirir ki, ekspertlər bir qaşıq zeytun yağına bir çimdik sarıkök əlavə edəndə möcüzəv

.

Elektron siqaretlərin ciddi fəsadları - Həkimdən XƏBƏRDARLIQ

"Elektron siqaretlərin istifadəsi adi siqaretlə müqayisədə orqanizmə nikotinin daha çox daxil olmasına gətirib çıxarır ki, bu da orqanizmin müxtəlif həyati sistemlərinə mənfi təsir göstərir". -a istinadən bildiri

.

Gənələr ən çox bu qan qruplarına düşür: Otluqda oturanlara XƏBƏRDARLIQ

Yaz və yay aylarında park, bağ kimi, çəmənlərin olduğu yerlərdə insanlar dincəlməyə üstünlük verir. Ancaq otluqda oturub durandan sonra bədəninizi yoxlamaq tövsiyə olunur. Əgər bədəninizdə gənə aşkarlasanız va ya hər hans

.

Saç boyaları süd vəzi xərçəngi yaradır?

Saçları davamlı olaraq rəngləyən şəxslərdə döş xərçənginə tutulma riski digərlərinə nisbətən 9 dəfə çoxdur.   -a istinadən xəbər verir ki, elmi araşdırmada 46 min 709 qadın iştirak edib. Tədqiqatlarda Afrika əsilli amerikal

.

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur

Sarıkök və zeytun yağı ayrı-ayrılıqda sonsuz faydaları olan iki qida olsa da, bir araya gəldikdə gücünü ikiqat artırır. Ekspertlər bir qaşıq zeytun yağına bir çimdik sarıkök əlavə edəndə möcüzəvi təsirlərin üzə çıxdığın

.

Bu vərdiş diabet riskini azaldır

Alimlər deyirlər ki, sadə yemək vərdişi diabet riskini azaltmağa kömək edir.   -a istinadən bildirir ki, düzgün pəhriz şəkər səviyyənizi nəzarət altına almağa kömək edəcək. Son elmi araşdırmalar müəyyən bir pəhrizin diabe

turlar.az

sonxeber.az qadin sayti yemek reseptleri qadın geyimi gəlin paltarları sirniyyatlar sac düzümləri qadin dunyasi.az kosmetika novruz bayramına aid hakışda oyunlar intim munasibetler tut ağacı tutdudu vetene aid atalar sozu