Üzündə, gözündəki dəyişikliklər ürəyindən xəbər verir

Üzündə, gözündəki dəyişikliklər ürəyindən xəbər verirÜrəkdə pozulmalar mütləq insanın zahirində özünü göstərir. Bəs bu əlamətlər hansılardır?
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, əgər xəstə və ailə üzvləri vaxtında bu müayinələrdən keçmirsə, o zaman bu əlamətlərə diqqət edin
1. Göz içində boz və ağımtıl halqalar
Bu arka lipidlərin orqanizmdə yığılması və xolesterin çoxluğundan əmələ gəlir. Əgər 30-40 yaşlı insanda bu halqalar varsa, deməli, onda xolesterin, triqliseridlər çoxdur, bu isə ürək-damar problemlərinin başlamasına işarədir. Hətta savadlı göz həkimi və kardioloq göz bəbəklərinə baxmaqla aterosklerozu da görə bilər.
2. Göz qapağı üstündə, künclərdə piy törəmələri - ksantelazmalar
Buna bəzən ət xallar deyirlər. Çox zaman yuxarı göz qapağında, göz dibinə yaxın yerləşir. Bərk və ya yumşaq ola bilər. Bunlar təkcə kosmetik qüsur yox, həm də ürəklə bağlı ciddi siqnal, lipoprotein və xolesterinin artması deməkdir.
Araşdırmalar göstərib ki, gözünün üzərində belə piy topacıqları olanlar 17% daha çox ürək-damar xəstəliyinə tutulur.
Piy topaları ateroskleroz, yüksək təzyiq, insult, iri damarların tutulması, şəkərli diabetdə də xəstənin gözündə çıxa bilər.
3. Belin diametri
Enli, piyli bel ürək-damar problemlərinə 2 dəfə artıq yaxınlaşmalıdır. Normalda qadınların beli 80-85, kişilərdə isə 94-96 olmalıdır. Bundan yuxarı göstərici xəstəlikdir. Piylənmə, diabet və yüksək təzyiq, buna bağlı olaraq ürək, qan-damar. Bu adamlarda damarlar tez tutulur, tromb əmələ gəlir.
4. Qulaqda kəsmə xətt
Buna Frenk simptomu deyilir, qulağın sırğalığında dərin qırış kimi qat əmələ gəlir. Elmi tədqiqatlar göstərib ki, bu əlamət ürəyin işemik xəstəliyi ilə bağlıdır. Çünki işemik xəstələrin yarısının qulağında belə qat, xətt olub. Eləcə də bu qırış infarkt xəstələrində olub. Amma alimlər deyir ki, 60 yaşdan sonra yaşlılarda qulaqda bu qırış yaşa bağlı ola bilər.
5. Alında qırışlar
Avropa kardioloqları müşahidə edib ki, dərin, horizontal qırışlar, xüsusən gənclərdə ürək -damar xəstəliklərindən xəbər verə bilər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 722   Tarix: 24 dekabr 2023
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu

.

Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?

Hipertoniyaya qarşı təzyiq salıcı dərmanları günün hansı saatında içmək lazımdır ki, xəstələr özlərini qorusun?.   -a istinadən xəbər verir ki, rusiyalı həkimlər Yelena Malışeva və German Gandelman hipertoniklərə tövsiyələ

.

Belə nəfəs almaq ağciyərlərə ZƏRƏR VURUR

"Dayaz nəfəs almaq, siqaret çəkmək, oturaq həyat tərzi və əyilmək ağciyər tutumunu azalda bilər". -a istinadən bildirir ki, bu barədə Nijni Novqorod Regional Səhiyyə və Tibbi Profilaktika Mərkəzinin baş həkimi Nataly

.

34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir

Hazırda dünyada 34 ölkədə qadağan olunan bu məhsul, Azərbaycanda demək olar ki, çiçəklənmə dövrünü yaşayır. Söhbət elektron siqaretlərdən gedir. Uşaq, böyük, qadın, kişi - istənilən insanın əlində bu kiçik, rəngli alətlər

.

"Ölkənin bu ərazilərində xəstəliklərin artması müşahidə olunur" – HƏKİM SƏBƏBİ AÇIQLADI

Əldə olunan göstəricilərə görə, 18 yaşadək insanların ən yüksək ümumi xəstələnmə Bakı, Abşeron və Xızıda qeyd olunur. . Maraqlıdır, bəs bunun səbəbi nədir? Yaşadığımız yer sağlamlığa nə dərəcədə təsir edir?. xəbər verir ki

.

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

Alimlər psixodelik təsir yaradan qurbağa zəhərindən depressiya və anksiyetenin müalicəsi üçün istifadə edilə biləcəyini düşünürlər.   -a istinadən xəbər verir ki, halüsinasiya təsirli göbələklərdəki LSD və psilosibin kim

.

Nanə çayının faydaları nələrdir?

Özünəməxsus aroması olan nanə həm çay kimi, həm də yeməklərdə ədviyyat kimi istifadə oluna bilən ətirli bir bitkidir. Bu bitkidən adətən çay kimi də istifadə olunur. -ə istinadən bildirir ki, nanə çayının faydalarını açıqlanıb

.

Niyə oyandıqdan dərhal sonra qalxmaq lazımdır?

Bir çox insan səhər oyananda çarpayıda uzanmağa davam edir.   -a istinadən xəbər verir ki, bu yanaşma yalnışdır. Fakt budur ki, oyanan insan uzun müddət yataqda qalsa, onun "yuxudan çıxması" daha çətin olacaq. Başq

.

Banan, pomidor, xiyar... – Səhərlər bunları yeməyin

Müxtəlif qidaların düzüldüyü zəngin səhər yeməyi süfrəsini bir çox insan sevir. Ancaq səhərlər hər qidanı yemək olmaz. Həkimlər səhərlər istehlak edildikdə sağlamlığa mənfi təsir edə biləcək 10 qidanın adını açıqlayıblar

turlar.az

sonxeber.az sac duzumleri makiyaj etmek qaydalari kosmetik vasiteler qüsl almaq qaydası yay kolleksiyasi 2024 həyat stili meyvələr kosmetika dieta haqisda novruz bayrami naz mila anabaci