Üzünüz qabıq verərsə, bunları edin

Üzünüz qabıq verərsə, bunları edinQış aylarında soyuq hava, külək, istilik sistemləri üz dərimizə çox mənfi təsir edir - dəri quruyur, qabıq verir, öz elastikliyini itirir, dartınır.

Bu problemlərlə mübarizə etmək üçün kosmetoloqların bu kimi tövsiyələrindən istifadə edin:

- Suyun qəbulunu artırın. Qış aylarında insanlar daha az su içir. Bu isə susuzlaşmaya səbəb olur. Susuzlaşma ilk növbədə özünü dərinin vəziyyətinin pisləşməsində göstərir.

- Evinizin havası çox quru olmamalıdır. Bu həm selikli qişaların, həm də dərinin qurumasına səbəb olur. Evin havasını tez-tez dəyişin, xüsusi havanı nəmləndirən cihazlardan istifadə edin.

- Qışda skrablardan daha az istifadə olunur. Lakin yumşaq skrabların istifadəsi qabıqvermə problemini həll etməyə kömək edir. Ev şəraitində adi yulaf yarmasından ("herkules") hazırlanan yumşaq skrab çox yaxşı effekt verir. Yulaf yarmasını ilıq suda isladın və sonra üzünüzə çəkib yüngül massaj edin. Dəriniz daha yumşaq və elastik olacaq.

Digər skrab resepti - 1 xörək qaşığı kəsmik və 1/2 çay qaşığı narın duz yaxşı qarışdırılır və skrab kimi istifadə olunur.

- Üzünüz qabıq verirsə, daha yağlı kremlərdən istifadə edin.

- Qidalanmanıza fikir verin. A, C və B qrupu vitaminlərin defisiti üz dərisinə çox mənfi təsir edir. Qidalanmanızda meyvə-tərəvəz, göyərtilər, balıq, yumurta, süd məhsulları bol olmalıdır.

- Ev şəraitində üz dərisini yumşaldan və qidalandıran maskalardan istifadə etmək olar. 1 yumurta sarısı, 1 çay qaşığı bal, 1 çay qaşığı zeytun yağı, 1 xörək qaşığı yulaf yarması unu (yarmanı üyütmək lazımdır) yaxşı qarışdırılır və üz dərisinə çəkilir. 20 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyun.

Kətan yağını su hamamında bir az qızdırın və üz dərinizə çəkin. 20 dəqiqədən sonra üzünüzü ilıq suda isladılmış salfetlə silin.//Saglamolun.Az

Gözəllik və Moda     Baxılıb: 3345   Tarix: 28 noyabr 2015
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xanımların gözəllik sirləri

Görəsən qadınların  neçə yüz il əvvəl gözəl qalma üçün  hansı  sirləri var idi? Gəlin bu sualların cavabına birlikdə baxaq. Manikürün banisi. Sən demə,  manikür və dırnaqlara qulluq proseduru Kleopatra tərəfindən icad edib

.

Diqqəti cəlb etmək istəyirsinizsə… – QADINLAR OXUSUN

Cazibədar görünmək, əks çinsin xoşuna gəlmək hər bir qadının arzusudur. Siz də diqqəti cəlb etmək istəyirsinizsə, onda aşağıda göstərilən məlumatlara diqqət yetirin. Saç düzümünüzə fikir verin. Çalışın saç düzümünüzə qarş

.

Makiyaj tətbiqində edilən səhvlər – 3 XƏTA

Makiyajda qadınları yaşlarından daha çox göstərən ümumi səhvlər var. Makiyajda düzgün tətbiqin təmin edilməsi çox vacibdir. Bir çox qadın istəmədən qırışları vurğulayan və görünüşünə əlavə yaş qatan makiyaj səhvləri edir

.

Qızlar pomada alarkən əsas buna diqqət etməlidir

Pomada hər bir qadının istənilən obrazını vurğulayan əsas ştrixdir, buna görə də qadınlar onun seçiminə xüsusi hörmətlə yanaşır, mükəmməl rəng tapmağa çalışırlar. Bir çox makiyaj ustası rəng seçimlərini məhdudlaşdırmamağ

.

Qəpik-quruşa başa gələn məlhəm: Və ya qüsursuz ərəb şahzadələrinin 8 gözəllik sirri

Şərq gözəlləri cazibədarlıqlarını qorumaq üçün təbii yanaşmaya sadiq qalır və bu baxım sirlərini nəsildən-nəsilə ötürürlər. Qərb kosmetologiyasında çıxan yeni məhsullar, yerini çox zaman ənənəvi üsullara verir. " sayt

.

Bu il qırmızı dodaq boyasının ən aktual variantı hansı olacaq?

Daim dəyişən gözəllik cərəyanları arasında belə dəyişməz bir ənənə var. Məsələn, qırmızı dodaq boyası. O, yüzilliklər ərzində qadınlıq və zərifliklə sinonim olaraq qalan və heç vaxt öz aktuallığını itirməyən əbədi klassikadır

.

Estetik olmasaydı, məşhurlar necə görünərdi?

Müasir dövrdə plastik-estetik cərrahiyyə sahəsinin sürətli inkişafı nəticəsində bu əməliyyatlardan istifadə edənlərin sayı getdikcə artır. Əvvəllər əsasən səhnə adamlarında gördüyümüz estetik əməliyyatlara artıq hər kəs müraciə

.

Kirpikləri daha effektli göstərən hiylə

Vazelin istənilən kosmetik vasitənin effektivliyini artırmağa kömək edən möcüzəvi məhsuldur. Biləklərə və qulaq arxasına vazelin çəkdikdən sonra ətir sıxsanız, qalıcılığı artır. Onun köməyilə qaşlarınızı da qidalandıra bilərsiniz

.

Asiyalıların 10 yaş cavanlaşdıran baxım sirləri

Koreyalılar üzə qulluğa xüsusi yanaşmaları ilə tanınır. Onun sayəsində Cənubi Koreyada qadınların çoxu kifayət qədər yetkin yaşda belə gənc tələbələrə bənzəyirlər. " saytı " "-a istinadən oxucuları koreyal

turlar.az

sonxeber.az qadin sayti gozel gorunmek hamiləlik usaq oyuncaqlari seks pozalari baliq yagi həyat tərzi kosmetika badambura maskalar burclerin uygunlugu rus dilini öyrənək 2 ci dərs zencefil