Valideynlərin nəzərinə! Solaxaylıq qüsur deyil

Valideynlərin nəzərinə! Solaxaylıq qüsur deyilƏziz valideynlər, gəlin, uşağımız niyə solaxaydır deyə narahatlıq keçirməyək.
Çünki burada heç bir faciəvi hal yoxdur. Sol əllə iş görməyə meyl anadan gəlmə haldır. Solaxaylıq ya irsən keçir, ya da baş beynin sol yarımkürəsinin funksional zəifliyi ilə bağlı olur. Bu funksiyanı sağ yarımkürə öz üzərinə götürür. Bəzən bu proses gizli getdiyindən valideynlər bunu hiss edə bilmirlər. Solayaxlıq nadir hal deyil. İnsanların 10 faizi solaxaydır.
Bəzi ibtidai sinif müəllimləri solaxay uşaq görəndə dəhşətə gəlirlər. Həkimin nəzarəti olmadan onların vərdişlərini sağ ələ keçirməyə çalışırlar. Ancaq unudurlar ki, insanın beyni sol və  sağ yarımkürədən ibarətdir. Sol yarımkürə bədənin sağ tərəfinin, sağ yarımkürə isə sol tərəfinin hərəkətlərini idarə edir. Bu yarımkürələrdən biri aparıcı olduqda insanın sağ əli, ayağı, digər orqanları daha çevik və güclü olur. Zorla sağ ələ keçirilən hərəkətlərin nəticəsində uşaq nervoz, pəltək və tənbəl olur.
Solaxaylığı qüsur hesab etmək düzgün deyil.
Təcrübələrdən də görürük ki, solaxay uşaqlar normal şəraitdə öz çevikliliyi və bilikli olması ilə seçilirlər. Məhşur italiyalı rəssam Leonardo da Vinçi, tanınmış ingilis aktyoru Çarli Çaplin, görkəmli yazıçı və riyaziyyatçı Luis Keroll, ABŞ-ın keçmiş prezidenti Bill Klinton və başqa görkəmli şəxsiyyətlər solaxay olublar.
Solaxay uşaqların məktəbə tam hazır olması üçün  onlara qayğı ilə yanaşmaq, solaxay olduqlarını üzə vurmamaq lazımdır. Evdə, uşaq bağçasında bu ləqəbdən istifadə etmək, irad tutmaq yanlış addımdır. Uşağın hər bir müvəffəqiyyətini qiymətləndirmək vacibdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 869   Tarix: 27 noyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı

Britaniya alimləri xərçəngin müalicəsində yenilik ediblər. -ə istinadən bildirir ki, onlar melanomaya qarşı unikal mRNT vaksini hazırlayıblar. Belə ki, onkoloji xəstəliklər hələ də ölüm səbəbləri siyahısında aparıcı yerlərdə

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.   -a istinadən bildirir ki, dietoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dər

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

.

Bu problemləri yaşamaq istəmirsinizsə, stressdən uzaq olun

Dərimiz gündəlik həyatımızın qaçılmaz hissəsi sayılan stressin ən ağır yükünü daşıyır. Buna görə də bir çox dəri xəstəlikləri yaranır. . -a istinadən xəbər verir ki, dərimiz bədənimizin ən böyük orqanıdır və ətraf mühit faktorların

.

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 9-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanla

.

Kartofun əzilməməsi üçün BUNU EDİN

Bir çox insanlar əzilməyən və mükəmməl qızardılmış kartof hazırlamaqda çətinlik çəkirlər. Bəzən kartoflar qızardılarkən ya yapışır, ya da əzilir. Bəs, bunun olmaması üçün nə etmək lazımdır? .   -a istinadən xəbər verir ki

.

Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən can dərmanı

a istinadən "Şəfalı bitkilər" rubrikasında akasiya çiçəkləri barədə məlumat verir. Bahar gələndə salxım-salxım ağ çiçəklərinin qoxusu insanı məst edən akasiya əslində yüz dərdin dərmanıdır. Bu bitkinin çiçəklərində

.

Niyə körpələrə yumurta ağı vermək olmaz?

Yağla zəngin olan yumurta sarısı uşağa 7-ci ayından verilməlidir. .   -a istinadən bildirir ki, uşaq bir yaşına çatana qədər yumurta ağını istehlak etmək tövsiyə edilmir. . Dondurulmuş çörəyin faydaları nələrdir?. Doğru bilinə

turlar.az

sonxeber.az geyim və ayaqqabılar həkim məsləhəti geyim seçimi kokteyl paltarlari şəxsi təcrübə huseyn cavid seirleri qan qruplari haqqinda melumat kosmetika layla maraqlı novruz bayramina aid google hakışdalar