Varlı adama ərə getməyin yolları

Varlı adama ərə getməyin yollarıGöyçək Fatmanın nağılı neçə əsrlərdir ki, qadınlara rahatlıq vermir, xüsusilə də bu nağıl hələ də müxtəlif variantlarda təkrar olunur. Ofisiant işləyən tələbə Mette-Marit müsiqi festivalında Norveç şahzadəsi Haaakon ilə tanış olub, ona ərə gedir. Çox varlı adam olan amerikalı maliyyəçi Uarren Buffett də ofisiant işləyən 32 yaşı latviyalı immiqrant Astridlə evlənib.

Belə nigahların bəziləri uğursuz olsa da, bəziləri uğurlu olub. Dəbdəbəli malikanələrin bağlı qapıları haqda çox az adam bilir, lakin bəziləri hansısa yolla milyonerlərin ailə həyatına dair məlumatlar toplaya bilirlər. Bunların hansının doğru, hansının isə uydurma olduğunu artıq təxmin etmək lazımdır.
Əgər doğurdan da şahzadə axtarmaqda qərarlısınızsa, onda xatırladaq ki, nağıl qəhrəmanı Göyçək Fatma ilə harada rastlaşa bilər. O, zəhmətsevər ev xanımını deyil, gözəl geyinmiş, dəbdəbəli saç düzümü və şıq ayaqqabılı şahzadə xanıma aşiq oldu. O şahzadə xanımla kasıb evdə deyil, məhz sarayda tanış oldu. Nağılda olduğu kimi əgər sizə kömək edən sehirli mələk tanışınız yoxdursa, bütün işlər öz üzərinizə düşəcək.

Özünüzlə məşğul olmaq gərəkdir.

Qarderobunuzda dəbli palratlar olmalı, yeni stil ayaqqabılar və əla saç düzümünüz olmalıdır. Düzgün makiyaj etməyi öyrənməli, dirnaqlarınızın manikürünə daim nəzarət etməlisiniz. Başa düşməlisiniz ki, axtardığınız şahzadə sizin gözəl qəlbinizi, itaətkar xasiyyətinizi, evdarlığınızı qiymətləndirmədən əvvəl, o sizin xarici görnüşünüzə baxacaq.
Ümid etməyin ki, səliqəsiz saçlı, makiyajsız, zövqsüz geyim geyinən, bütün günü şirniyyat yeyən xanım onun diqqətini cəlb edəcək. Ona görə də fitnes klublara yazılın, gözəllik salonlarını və dəbli geyim mağazalarını tez-tez ziyarət edin. Yeri gəlmişkən, idman zalında tez-tez özünü formada saxlamaq istəyən varlı kişilərə rast gəlmək olar. Əsas odur ki, nüfüzlu və bahalı fitnes klubları seçəsiniz.

Yadda saxlamaq lazımdır ki, gözəl xarici görünüş yalnız qarşıya qoyulmuş məqsədin bir hissəsidir.

Ədəb qaydalarını, savadlı danışmağı öyrənmək vacibdir. Bunun üçün çoxlu kitablar oxumaq, dünyagörüşünüzü artırmaq gərəkdir. Xanım nə qədər təhsilli olarsa, o, kişilər üçün bir o qədər maraqlı olur. Əsas odur ki, hədəfə aldığınız insandan ağıllı görünməyə çalışmayasınız. Bundan sonra, Göyçək Fatmadan şahzadəyə çevrilmə prosesi başa çatdıqdan sonra , varlı şahzadəni harada tapa biləcəyiniz məsələsi önəmlidir. Onlar təsadüfi hallarda küçədə piyada gəzir, ucuz mağazalara gedirlər.

Harda axtarmaq lazımdır?

Dəbli əyləncə mərkəzlərində.

Belə mərkəzlərdə təminatlı insanlar az olmur. Doğrudur, belə gəcə əyləncələri adətən qapalı mərkəzlərdə keçirilir və ora düşmək o qədər də asan olmur.
Varlı insanlarla cins heyvanların sərgisində, antikvar auksionlarda rastlaşa bilərsiniz. Həmin tədbirlərə düşməyiniz üçün səmərəli tanışlara ehtiyacınız var.

Bahalı restoranlar

Restoranlar da tanışlıq üçün mümkün yerdir. Duzdur, ora getmək üçün heç də az pul tələb olunmur. Belə yerlərə getmək üçün kifayət qədər pula qənaət etməlisiniz.

Böyük kompaniyalarda işə düzəlmək.

Əməkdaşlarla (əsas da müəssisənin rəhbəri ilə) romantik münasibətlər qurmayın. Çünki həmin müəssisəyə işguzar danışıqlar üçün çox müxtəlif insanlar gəlir. Bəlkə elə sizə lazım olan insan onların arasındadır.
Lazım gələrsə yeni peşələr də öyrənin. Əgər ərə getmək alınmasa əlavə ixtisas sizin üçün heç də zərərli deyil.
Məzuniyyətə dəbdə olan istirahət mərkəzlərinə gedin. Bilin ki, Antalya və Hurqadaya çətin ki, varlı kişilər getsin. Onalar Bahama, Seyşel və Maldiv adalarına üstünlük verirlər. Dəbli mərkəzlərin siyahısına baxın, onları işarələyin və ora getmək üçün pul yığın.

Varlı insanlar həmişə özlərini qalib hiss etməyi sevirlər.

Həmçinin avtomobildə. Onların əksəriyyəti ekstremal sürücülük kurslarını ziyarət edirlər. Onlara yazılın. Bir güllə ilə iki dovşan vurun: həm şahzadə tapın, həm də sürücülük qabiliyyətinizi təkmilləşdirin. Uğurlu biznesmen üçün həyatda əsas meyar onun işidir (təbii ki, sizə rast gəlməyənə qədər). Onların əksəriyyəti biznes seminarları və təlimlərdə iştirak edirlər.
Varlı işgüzar kişilərlə tez-tez A kateqoriyalı biznes-mərkəzlərində rastlaşa bilərsiniz. Orada tez-tez olun. Onları maraqlandıran mövzularda söhbət edin, hətta nədən söhbət getdiyini yaxşı başa düşməsəniz belə diqqətlə qulaq asın.
Varlı kişilər maşınlarını tez-tez dəyişirlər. Onlar adətən maşın seçməyi başqasına tapşırmırlar və onu almağa özləri gedirlər. Arzuladığınız adamla avtosalonlarda da rastlaşmaq ehtimalı böyükdür.

"Sahzadə" ilə rastlaşmaq azdır.

Tanış olmaq üçün mütləq söhbətə başlamalısınız. Avtomobil mövzusunda sualınız yerinə düşər. Məsələn, hansı növ yağları sizin maşınıza məsləhət görür və yaxud ilin bu fəslində hansı markalı təkərlər münasibdir və s.
Əksər biznesmenlər öz sağlamlıqlarına ciddi yanaşırlar. Onlar nəinki, siqareti atır, təsadüfi hallarda sərt içkilər içirlər, idmanla məşğul olur, qida rasionlarına diqqət edirlər. Buna görə də, onlarla sağlam qıda satılan mağazalarda rastlaşmaq ehtimalı da var. Bahalı supermarketlərdə qiymətlərə baxmaqdan qorxmayın. Siz bura alış-veriş üçün gəlməmisiniz. Ondan axşama hansı növ almanı almağı məsləhət gördüyünü soruşun, bir-iki söz və artıq danışıq başlamış olacaq. Bəlkə belə tanışlıq da uğurlu oldu.

Nəticə

Həyat pulsuz gözəl və asandır fikri əlbəttdə ki, doğru deyil. Ancaq belə nigaha daxil olmaqdan əvvəl düşünün: Həyat sevgisiz maraqsız və darıxdırıcıdır. Maddi təminat həyatı asanlaşdırır, ancaq xoşbəxtlik gətirmir. Bəlkə də sizin ətrafınızda o qədər də varlı olmayan, ancaq ağıllı, mehriban və etibarlı biri var. Bəlkə, elə o, sizin həyatınızdakı ideal kişi olacaq və hətta "pula görə" varlı adamlara ərə getmiş xanımlar sizə həsəd aparacaqlar.

Xəbərlər     Baxılıb: 4147   Tarix: 24 fevral 2015
f Paylaş

Oxşar xəbərlər

.

Bu yeməkləri sabaha saxlamaq olmaz - Siyahı

İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür. Lakin mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər bir neçə saat keçdikdən sonra xəstəlik mənbəyinə çevrilir. Belə ki, onlar soyuducud

.

Kartofun kişilərə faydası - Cinsi aktivlik

Yediyimiz tərəvəzlər bizi tox saxlamaqla yanaşı, bir çox xəstəliklərə də məlhəm olur. axşam.az-a istinadən kartof haqqında bilmədiyiniz yeni məlumatlar təqdim edirik:. 1. Gün işığı və istilik kartofun tərkibində solanin maddəsini

.

Qatığı daha faydalı etməyin yolu

Şəfa mənbəyi olan qatığın içinə 1 qaşıq kətan toxumu əlavə etdikdə, verdiyi güclü təsirlərə inanmayacaqsınız. Toxumlar sağlamlığımız üçün vacib vitamin və minerallar təmin edən qidalardır. Omeqa-3 yağ turşuları, lif, zülal

.

Üzünüzü qazlı su ilə yuyun, görün nə baş verəcək

Nəmləndirmə dərinin cavan qalmasında böyük rol oynayır. Məhz nəmlilik dəriyə elastiklik, hamarlıq və təravət bəxş edir. axşam.az-a istinadən bildirir ki, quru dəri həmişə qoca görünür. Dəriyə makiyaj edən də səliqəsizdi

.

İnsanlar niyə solaxay doğulur və beyinləri necə fərqlənir?

Sağ əli ilə rahat hərəkət edənlərin üstünlük təşkil etdiyi dünyada əksər şey solaxayları qeyri-dominant əllərindən istifadə edərək uyğunlaşmağa məcbur edir. Dünyada solaxayların payının əhəmiyyətli bir faiz təşkil etməsin

.

Gündə 50 qram halva yeməyin faydaları

Halva gündə 50 qramdan çox olmamaq şərti ilə ürək və bağırsaqlar üçün faydalıdır,. "unikal"a istinadən xəbər verir ki, zülallar, vitaminlər və minerallarla (kalsium, dəmir və maqnezium) zəngin olan halva qığırdaq

.

Görmə qabiliyyətini necə yaxşılaşdıraq?

Görmənin pisləşməsinin qarşısını almaq üçün vizual stress zamanı fasilələr, göz məşqləri etmək, otaqdakı havanı nəmləndirmək lazımdır. report-a istinadən xəbər verir ki, bunu Rusiyanın tanınmış oftalmoloqu İrina Zimina deyib

.

Yaranı necə tez sağaltmaq olar?

Dəri yaraları həyatımızın hər mərhələsində qarşılaşa biləcəyimiz bir problemdir. Bəzən kiçik kəsiklər, dərin yaralarla qarşılaşa bilərik. -a istinadən bildirir ki, mütəxəssislər dəridə yaralar yaranan kimi həkimə müraciə

.

Novruz bayramından sonra hansı xəstəliklər kəskinləşir?

Bayram günlərində hər evdə masalarda məcməyi dolu şirniyyat, qoz-fındıq, müxtəlif çərəzlər qoyuldu. Ailənin bütün üzvləri uşaqdan tutmuş yaşlıya kimi çayla paxlava, şəkərbura, qoğal yeyəcək, tez-tez də ağzına ləbləbi atacaq

turlar.az

sonxeber.az kosmetik vasiteler gözəllik məhsulları qaşların formalari mexmerek mətbəx qaydaları şir bürcü tort reseptləri kosmetika xərçəng bürcü qadin saglamlig yemek reseptleri brusell bakteriyası arıqla