Vaxtında və düzgün müalicə nəticəsində görmənin tamamilə itirilməsinin qarşısını almaq mümkündür

Vaxtında və düzgün müalicə nəticəsində görmənin tamamilə itirilməsinin qarşısını almaq mümkündürGörmə qabiliyyəti zəifləyən, göz xəstəliklərindən əziyyət çəkənlər tibb və texnologiyanın inkişafı nəticəsində vaxtında və düzgün müalicə olunarsa, korluğun qarşısını almaq mümkündür. Vaxtında edilən müalicə ilə 80 faiz hallarda görmə qabiliyyətini tamamilə itirmənin qarşısı alına bilər. Azərbaycanda görmə məhdudiyyətli və görmə qabiliyyəti zəif olan 50 min nəfərə yaxın əhali var. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünya əhalisinin isə təxminən 1,3 milyardı müxtəlif göz problemlərindən əziyyət çəkir və onlardan 39 milyonu tamamilə görmür. Dünyada göz xəstəliklərindən əziyyət çəkən uşaqların sayı 19 milyon, görmə ilə bağlı problemləri olanların ümumi sayı isə 124 milyondur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, cərrah-oftalmoloq Emil Yusifov göz xəstəlikləri barədə danışıb.
Görmə qabiliyyətinin itirilməsinin səbəblərindən danışan həkim-oftalmoloq deyib: "Alimlər uşaqlarda xroniki korluğun əsas səbəbləri sırasında katarakta, qlaukoma, sarı nöqtənin degenerasiyası, buynuz qişasının tündləşməsi, traxoma və uşaqlarda A vitamini çatışmazlığını göstərirlər. Yaşlılarda isə korluq şəkərli diabetin nəticələrindən biri ola bilər. Hazırda görmə qabiliyyətinin pisləşməsi ilk növbədə gözlərimizi təhlükəyə atan müxtəlif cihazların, qurğuların inkişafı ilə bağlıdır. Bəzən valideynlər uşaqların kompüterlə və mobil telefonla çox vaxt keçirməsinə göz yumurlar. Bütün bunlar gözə pis təsir göstərir. Uşaq yaşlarından başlayaraq gözləri müxtəlif xəstəliklərdən qorumaq mümkündür. Bunun üçün uşaqların vaxtlarını necə keçirməsinə nəzarət etmək, asudə vaxtlarının səmərəli keçməsi üçün onlara məsləhətlər vermək, telefon və kompüterlə məşğul olmaq üçün ayrıca vaxt ayırmaq lazımdır".
E.Yusifov bildirib ki, gözlə bağlı hər hansı problemlə qarşılaşarkən həkimə mütləq müraciət edilməlidir: "Belə olan halda, gözlə bağlı xəstəliklərin, əsasən isə, görmə qabiliyyətinin zəifləməsinin və ya itirilməsinin qarşısını almaq mümkün olur. Biz həyatın gözəlliklərini gözlərimizlə görür, duyur və hiss edirik. Ona görə də müalicəsi mümkün olan göz xəstəliklərindən qurtulmaq üçün həkimə vaxtında müraciət etmək məsləhətdir. Müntəzəm olaraq oftalmoloq müayinəsindən keçmək və sadə qaydalara riayət etməklə normal görmə qabiliyyətini uzun müddət saxlamaq mümkündür".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 916   Tarix: 14 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Çirkli ev sağlamlığınız üçün faydalı ola bilər – İlginc açıqlama

Evini tez-tez təmizləməyən insanların sizdən daha sağlam olmasında məhz "pintilik" amili rol oynaya bilər?. Bu, qeyri-mümkün səslənsə də, elm adamları məişət mikroblarının sağlamlıq üçün faydalı ola biləcəyini deyirlər

.

Banan yeməyin faydaları və zərərləri

Banan sağlam pəhrizin əsas elementi olan liflə zəngindir. Banan istehlak etməyin faydaları çox böyükdür və sağlamlığın müxtəlif aspektlərini əhatə edir.   -a istinadən bildirir ki, banan sağlam pəhrizin əsas elementi ola

.

Çoxlu qəhvə içmək varikoz yaradır

Varikozu olan və ya bu xəstəliyə irsi meyli olan insanlara qəhvə olmaz. "Medicina"-ya istinadən xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov danışıb:. "Venaların genişlənməsi venoz damarın naziləşməsidir

.

Bu qadınlarda uşağın ölü doğulması riski yüksəkdir

Yeniyetmələrdə hamiləlik zamanı fəsadların baş vermə riski arta bilər. Özbaşına düşük, vaxtından əvvəl doğuş və uşağın ölü doğulması ehtimalı yeniyetmə yaşlarında hamilə olan qadınlarda bir qədər yüksəkdir.  Trend-ə istinadə

.

Yaz yorğunluğu ilə mübarizə aparmağın sirri

Baharla birlikdə dəyişməyə başlayan gündüz və gecə dövrləri, iqlim dəyişikliyi səbəbi ilə orqanizmin yeni şərtlərə uyğunlaşmağa çalışması asan deyil. axşam.az-a istinadən bildirir ki, mütəxəssislər yaz yorğunluğu ilə mübariz

.

Kivini qabığı ilə yesək nə olar?

Kivinin faydaları haqqında hər kəs eşidib. Lakin az adam bilir ki, bu meyvəni qabığı ilə yemək daha faydalıdır.   -a istinadən bildirir ki, kivi qabığı çox sağlamdır. Tərkibində çoxlu lif, fol turşusu, kalium, C və E vitaminlər

.

Soğanın hansı növü daha faydalıdır?

Soğan immuniteti möhkəmlədir, dərini cavanlaşdırır, virusları öldürür, damarları təmizləyir. Amma hansı soğanı daha çox yeməliyik- yaşıl, ağ, yoxsa qırmızı?. Eləcə də porey soğanı unutmamalıyıq. İmtahandan əvvəl bunları YEYİN

.

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır?

"Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Yatmazdan əvvəl bunu etmək sağlamlığınıza zərər verə bilər - Həkim AÇIQLADI . Mədə üçün ən faydal

.

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur

Sarıkök və zeytun yağı ayrı-ayrılıqda sonsuz faydaları olan iki qida olsa da, bir araya gəldikdə gücünü ikiqat artırır. Ekspertlər bir qaşıq zeytun yağına bir çimdik sarıkök əlavə edəndə möcüzəvi təsirlərin üzə çıxdığın

turlar.az

sonxeber.az aksessuarlar makiyaj instagram donlar 2024 göyəm mürəbbəsinin resepti gavalının faydaları merlin monro usaq saclarinin yigilmasi kosmetika baldıza aid hakışta zencefil qiz evi zəhmət xanım az