VƏSSALAM! Azərbaycanda pensiyalar artıb bu rəqəmi keçdi

VƏSSALAM! Azərbaycanda pensiyalar artıb bu rəqəmi keçdiAzərbaycanda neftçilərin əməyinə verilən yüksək qiymət onların pensiya təminatında da öz təsdiqini tapır. Bu təbəqədən olan pensiyaçıların orta aylıq pensiya məbləği 430,8 manat təşkil edir.

Bu barədə Sonxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Hazırda ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ilə təmin olunanların 28,3 min nəfəri neft sənayesində çalışmış şəxslərdən ibarətdir. Həmin vətəndaşların pensiyalarının orta aylıq məbləği son altı ildə 26,7 faiz artaraq 2011-ci ildəki 340 manatdan hazırda 430,8 manata çatıb.

23 il bundan əvvəl 1994-cü ilin 20 sentyabr tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və böyük səyləri nəticəsində neft kontraktlarından ibarət "Əsrin müqaviləsi"nin imzalanması ölkəmizin dinamik və uzunmmüddətli sosial-iqtisadi inkişafında, dövlət müstəqilliyimizin ildən-ilə möhkəmlənməsində güclü əsas yaradıb. Həmin əlamətdar tarixi hadisə ilə əlaqədar olaraq və milli iqtisadiyyatın inkişafında neft sənayesinin əhəmiyyəti nəzərə alınmaqla, Ulu Öndərimizin 16 avqust 2001-ci il tarixli Sərəncamına əsasən, hər ilin 20 sentyabr günü ölkəmizdə "Neftçilər günü" peşə bayramı kimi qeyd olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə bu günlərdə "Əsrin müqaviləsi"nin davamı olaraq, "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması da ölkəmizin perspektiv inkişafında yeni dövr açır.

Respublikanın neft sənayesində əldə olunan mühüm tarixi nailiyyətlər bu sahədə çalışan, ölkənin iqtisadi inkişafına dəyərli töhfələr verən insanlara dövlət qayğısının mütəmadi olaraq artması ilə müşahidə edilir. Bu amil Azərbaycan neftçilərinin pensiya təminatında da aydın şəkildə öz təsdiqini tapır. Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində işləyən vətəndaşlar qanunvericilikdə yaşa görə əmək pensiyası hüququ qazanmaq üçün müəyyən edilmiş yaş həddindən daha tez yaşa görə pensiyaya çıxmaq hüququna malikdirlər.

Bu gün Azərbaycan neftçiləri ölkəmizin sığorta-pensiya sisteminin ən fəal iştirakçıları sırasındadırlar. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanlarının sayına, eyni zamanda məcburi dövlət sosial sığorta haqlarının ödənişinə görə sığortaedənlər arasında ən yüksək xüsusi çəkiyə malik bir qurumdur. Yalnız bu ilin yanvar-avqust aylarında ARDNŞ tərəfindən neft sənayesində işləyən sığortaolunanlar üzrə ödənilən məcburi dövlət sosial sığorta haqqının məbləği 96 milyon manatdan çox olmuşdur.

Xəbərlər     Baxılıb: 2495   Tarix: 19 sentyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Pişiyin xəstə olduğunu necə başa düşmək olar? - Burnuna toxunmayın

Bir çox pişik sahibləri ev heyvanlarının quru və isti burnundan narahatdırlar. Əslində, bu, şübhəli bir əlamətdir, çünki heyvanlar yuxuda olduqda, burunları tez-tez quruyur. Bundan əlavə, evdə rütubətin səviyyəsini nəzər

.

Burun axıntısı və öskürəyi bir gündə yox edir

Son günlər yayılan qrip virusu öskürək, burun axıntısı kimi xoşagəlməz hallarla müşahidə edilir. axşam.az-a istinadən xəbər verir ki, şiddətli və davamlı burun axıntısı insanın gündəlik işlərini yerinə yetirməsinə mane olur

.

Yuxusuzluğa səbəb olan QİDALAR

Araşdırmalara görə, yuxusuzluğun səbəbi pəhrizinizin nəzərə almadığınız digər aspektləri ola bilər. .   -a istinadən xəbər verir ki, yatmazdan əvvəl bəzi qidalardan uzaq durmaq lazımdır. Ədviyyatlı ərzaq. Yatmamışdan qaba

.

Gecələr kivi yesək, orqanizmdə nə baş verər?

Kivinin faydaları haqqında hər kəs eşidib, lakin az adam bunun yatmazdan əvvəl qəlyanaltı üçün əla seçim olduğunu bilir.   -a istinadən bildirir ki, yatmamışdan əvvəl kivi yemək yuxusuzluğu aradan qaldırmağa kömək edir. Səhərlə

.

Yerkökü və qaragilə görməni yaxşılaşdırır?

Araşdırmalara görə, yerkökü və qaragilə görmə qabiliyyətini yaxşılaşdırmağa kömək edir.   -a istinadən bildirir ki, oftalmoloq Vyaçeslav Kurenkovun fikrincə, heç bir məhsul görmə kəskinliyinə təsir edə bilməz. Onun sözlərin

.

Piylənmənin uşaqlar üçün yaratdığı yeni təhlükələr açıqlanıb

"Lids" Universitetinin (Böyük Britaniya) alimləri müəyyən ediblər ki, artıq çəkidən və ya piylənmədən əziyyət çəkən uşaq və gənclərdə dəmir çatışmazlığı riski əhəmiyyətli dərəcədə yüksəkdir. Bu vəziyyət diqqət

.

Uşaqlar niyə valideynlərini eşitmirlər? - 3 əsas səbəb

Bir çox valideynlər uşaqların itaətsizliyi və anlaşılmazlığı problemi ilə üzləşir. Buna məhəl qoyulmasa, hər şey daha da pisləşəcək.   -a istinadən xəbər verir ki, uşağın itaətsizliyinin səbəbini düzgün müəyyən etsəniz, hərəkətləriniz

.

Baş nazir qəzəbləndi: Belə uşaqlar "supermarket məhsulu"dur

İtaliyanın baş naziri Corciya Meloni deyib ki, surroqat analıq uşaqlara "supermarket məhsulları" kimi yanaşıldığı "qeyri-insani təcrübə"dir. -a istinadən xəbər verir ki, bu barədə "Reuters" məluma

.

Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?

Hipertoniyaya qarşı təzyiq salıcı dərmanları günün hansı saatında içmək lazımdır ki, xəstələr özlərini qorusun?. -a istinadən xəbər verir ki, rusiyalı həkimlər Yelena Malışeva və German Gandelman hipertoniklərə tövsiyələ

turlar.az

sonxeber.az geymler 2024 adlarin menasi yaz geyimleri 2024 zeytunun hazirlanmasi sepsis xesteliyi burcler kisiler gözəllik kosmetika tapmaca novruza aid novruza aid hakışda bayatı oglaq